Ordu

Uşaq və gənclərin fiziki və mənəvi inkişafı

28 Noyabr 2016 15:31

Azərbaycanda uşaq və gənclərin fiziki və mənəvi inkişafı ilə bağlı çoxşaxəli, çevik siyasət həyata keçirilməkdədir. Yürüdülən siyasətinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri cəmiyyətin inkişafında fəal sosial təbəqə kimi demokratikləşmə prosesində iştirak edir, mədəniyyət, incəsənət, iqtisadiyyat və digər sahələrdə naliyyətlər qazanır, dövlətçiliyin möhkəmləndirilməsi prosesində yaxından iştirak edirlər.

Mahmudov üçün əziz gün - Bəs o haradadır?

28 Noyabr 2016 11:22

Bu gün sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun 60 illik yubileyidir. 2015-ci il oktyabrın 17-də prezidentin sərəncamı ilə tutduğu vəzifəsindən çıxarılan E.Mahmudovun işi ilə bağlı olaraq hansı ayda və hansı gündə doğulduğu bu günə kimi ictimaiyyətə bəlli olmayıb.

Bakıda özbək yazıçısının kitablarının təqdimatı keçirildi

25 Oktyabr 2016 15:35

Bu gün Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasında tanınmış özbək yazıçısı və tarixçisi Şuxrat Salamovun (Şuxrat Barlas) «Туркестан и Южный Кавказ XIX-XX вв.. Дашнаки: от Ферганы до Карабаха» və “КАРАБАХ ВОЙНА ИДЕЙ. Национализм-Терроризм-Геноцид” kitablarının təqdimat mərasimi keçirilib.

Jurnalistlər üçün PR tur keçiriləcək

25 Oktyabr 2016 13:56

Dekabrın 6-da “Excelsior Hotel Baku” otelində jurnalistlər üçün PR tur keçiriləcək. Tədbirdə iştirakçılara “AtaHolding” Şirkətlər Qrupunun bu sahədə keçirdiyi işlər haqqında ətraflı məlumat veriləcək.

Dəmir Yolunun Səngəçal istehsalat bazası istifadəyə verilib

13 Oktyabr 2016 12:37

“Azərbaycan Dəmir Yolları» QSC 5 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi MMC-nin Səngəçal istehsalat bazası əsaslı təmirdən sonra istifadəyə verilib. “OLAYLAR”-ın xəbərinə görə, açılış mərasımində “Azərbaycan Dəmir Yolları» QSC-nin sədri Cavid Qurbanov iştirak edib. Məlumat verilib ki, birinci bazada hər biri 400 metr olan üç yol qəlibi tamamilə sökülmüş və əvəzində yenilərinin tikilməsi həyata keçirilib. Həm də bu yol qəliblərinin hər biri 225 metr uzadılmış və iş əmsalının artırılmasına şərait yaradılıb. Yeni tikilən ikinci bazada eyni mürəkkəbliklərlə müşayiət olunan iş prosesi də sonda ikisi 625 metr, biri 705 metr olmaqla üç yol qəlibinin tikintisi ilə başa çatıb. Bütövlükdə baza daxilində 7 km-dən artıq yol yenilənib. Bu da onu göstərir ki, Səngəçal istehsalat bazalarında bir ay ərzində 60-65 km yol çərçivəsi tikib hazırlamaq mümkün olacaq. Bundan başqa ərazidə ağac və bəzək kolları əkilib, yaşıllıqlar salınmışdır. Bazadakı yenidənqurma işlərində 200-dən artıq kollektiv üzvü iştirak edib. «Azərbaycan Dəmir Yolları» QSC-nin sədri Cavid Qurbanov əsaslı təmirdən sonra istifadəyə verilən Səngəçal istehsalat bazasına baxış keçirib, dəmiryolçuları 13 oktyabr - dəmir yolu işçilərinin peşə bayramı münasibətilə təbrik edib, görülən işlərə görə 5 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi MMC-nin kollektivinə təşəkkür edib.

KİV-də milli maraqlar necə qorunur? SORĞU

7 Oktyabr 2016 11:29

Azərbaycan KİV-ləri milli və dövlətçilik maraqlarına əsaslanan həqiqətləri, xüsusilə də, Ermənistan tərəfindən işğal edilən Dağlıq Qarabağla bağlı faktları və sübutları dünya ictimaiyyətinə çatdıra bilirmi? Əgər edirsə, bunu hansı formada edir? SİA bununla bağlı media nümayəndələrinin fikirlərini öyrənib.

Azərbaycan işğalçını diz üstə çökdürmək üçün əlindən gələni edəcək

6 Oktyabr 2016 15:59

“Global Firepower portalının tərtib etdiyi reytinq cədvəlində ötən il Azərbaycan öz hərbi potensialına görə 63, Ermənistan isə 74-cü pillədə yer almışdı. Bu il bilindiyi kimi balans yaratmaq adı altında havadarları haylara yenə xeyli silah və sursat ötürdülər ki, nəticə dəyişsin, ortadakı fərq aradan qalxsın.

“Böhrandan əvvəl PR və Kommunikasiya” mövzusunda təlim keçirilib 

3 Oktyabr 2016 12:43

“Excelsior Hotel & Spa Baku” otelinin dəstəyi, “Baku School of PR” şirkətinin və “Azerbaijan Public Relations Association” APRA-nın təşkilatçılığı ilə PR mütəxəssislər üçün “Böhrandan əvvəl PR və Kommunikasiya” mövzusunda növbəti təlim keçirilib. “OLAYLAR”-a daxil olan məlumata görə, təlim ABŞ-ın nüfuzlu University of Marylandın məzunu, “PreMark” PR və media konsaltinq şirkətinin rəhbəri Azər Nəzərov tərəfindən aparılıb. Təlim öncəsi APRA-nın həmtəsisçisi və “Baku School of PR” şirkətinin rəhbəri, Veysəloğlu şirkətinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri İlham Məmmədov təlim iştirakçılarına uğurlar arzulayaraq, onların nəzərinə ölkədə İctimaiyyətlə əlaqələr (Public Relations) sahəsinin inkişafı istiqamətində öz töhvəsini verəcək bu kimi təlimlərin mütamadi olaraq keçiriləcəyini və gələcəkdə bu kimi təlimlərə beynəlxalq PR təşkilatlarından da mütəxəssislərin cəlb ediləcəyini bildirib.

“Azərpoçt”la pul köçürməsi həyata keçirənlərə “Bakcell”dən pulsuz dəqiqələr!

6 Sentyabr 2016 11:27

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti Ulduzum sadiqlik proqramı çərçivəsində ölkənin vahid dövlət poçt operatoru olan “Azərpoçt” MMC ilə birlikdə yeni kampaniyaya start verib.

Azərbaycanın kənd yerlərində ana ölümlərinin sayı artıb

29 Avqust 2016 17:55

Ötən il əvvəlki illərlə müqayisədə doğuşun və hamiləliyin ağırlaşması nəticəsində baş verən zahı və hamilə ölümləri şəhər yerlərində 63,4 faiz azalıb, kənd yerlərində isə 48,7 faiz artıb.