Qarabağda erməni əsgər öldürüldü
13 Noyabr 2016 11:56 OrduErmənistan ordusu Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində itki verib.
AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, noyabrın 13-də, saat 02:15 radələrində Qarabağın cənub istiqamətində yerləşən düşmən hərbi hissələrindən birində olan 1995-ci il təvəllüdlü əsgər Vardan Hovhannes Arakelyan ölüb. Onun avtomatdan açılan güllə yarasından öldüyü bildirilir.
Erməni tərəfinin iddiasına görə, əsgər naməlum şəraitdə öldürülüb.
Hazırda Ermənistanın Müdafiə Nazirliyi faktla bağlı araşdırma aparır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31