Ordu
132 bələdiyyə sədri inzibati məsuliyyətə cəlb olunub
2016-cı ildə inzibati nəzarət qaydasında baxılması üçün daxil olmuş bələdiyyə aktlarının sayı ötən illə müqayisədə 5.6 faiz artaraq 62 mini ötüb. “Olaylar” xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyində keçirilən kollegiyada məlumat verilib. İclasda bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətlə bağlı hazırlanmış illik məruzə dinlənilib. Bildirilib ki, daxil olmuş bələdiyyə aktlarında 1.365-i nazirliyin təklifləri əsasında dəyişdirilib və ya ləğv edilib. Pozuntulara yol vermiş 132 bələdiyyə sədri inzibati məsuliyyətə cəlb olunub. Eyni zamanda, 58 bələdiyyənin fəaliyyətində aşkar edilmiş daha ciddi hüquq pozuntuları ilə əlaqədar hüquqi qiymət verilməsi üçün materiallar istintaq orqanlarına göndərilib, 8360 hektara yaxın torpaq sahəsinin qanunsuz ayrılmasının qarşısı alınıb.
Təcili yardım bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
Yeni il bayramı və 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günündə Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yadım Stansiyası gücləndirilmiş iş rejimində çalışacaq. Stansiyanın baş həkimin müavini Murad Mirzəzadə bildirib ki, bayram və istirahət günlərində təcili yardıma müraciət edən insanların çox olduğunu nəzərə alaraq 138 briqadanın hər biri işdə olacaq: “Gücləndirilmiş iş rejimi zamanı bütün briqadalar, heyət tam şəkildə fəaliyyət göstərəcək. Bununla yanaşı bütün məsul şəxslər, rəhbərlik heyəti də növbətçiliyə əsasən işləyəcəklər”.
Bu il Bakıda 52 mindən çox uşaqda müxtəlif xəstəliklər aşkarlanıb
Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində olan 55 ambulator - poliklinik tibb müəssisəsi tərəfindən 730606 nəfər uşağa tibbi xidmət göstərilir. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, aparılan profilaktik müayinələrin əsas məqsədi uşaqlar arasında xəstəliklərin erkən aşkar edilərək müayinə, müalicəyə cəlb edilməsi və beləliklə də sağlam gələcəyin təminatına yönəlib. Nəticədə, yekun statistik məlumatlara əsasən uşaqlar arasında ilkin xəstəliklərin sayı 2014-cü ilə nisbətən bir qədər azalıb və bu xəstəliklərin 25%-i məhz icbari tibbi müayinələr zamanı aşkar olunub.
Gənclərin vətənpərvər ruhda təbiyyəsinə diqqət artır
Gənclərin milli mənlik şüurunun inkişaf etdirilməsi, onlarda vətənpərvərlik hisslərinin artırılması istiqamətində orta ümumtəhsil müəssisələrində də təqdirəlayiq addımlar atılır. Belə ki, məktəblərdə tədris olunan gənclərin çağırışa qədərki hərbi hazırlıq fənni gənclərin vətənpərvər ruhda tərbiyə olunmasına öz müsbət təsirini göstərir.
Ağacan Abıyev: “Astan Şahverdiyevin təhqiramiz sözlər işlətdiyi təsdiqləncə, barəsində tədbir görüləcək"
“Deputat Astan Şahverdiyevin etiraza səbəb olan sözlərinin həqiqətən onun tərəfindən deyilib-deyilməməsi hələ ki tərəfimizdən dəqiqləşdirilməyib”.
Erməni silahlı bölmələri cəbhədə təxribat törətdi
Ermənistan torpaqları sülhlə qaytarmasa, müharibə yolu ilə azad etməyə hazırıq
“Azərbaycan prezidenti, Ali Baş Komandan İlham Əliyevordumuzun ən yeni silah sistemi və vasitələrlə təchiz edilməsinə sadiq olduğunu növbəti dəfə nümayiş etdirib. Bu gün biz torpaqlarımızı işğal altında saxlayan Ermənistandan gələn təhdidlərin qarşısının alınması iqtidarında olduğumuzu nümayiş etdiririk”.
Şair Ramaldanov: “İldırım”dan vahiməyə düşən Ermənistanın susqunluğu davam edir”
“Azərbaycan Silahlı Qüvvələrinin real döyüş atışları icra etməklə, “İldırım” zenit-raket komplekslərini nümayiş etdirməsi Ermənistanda birmənalı şəkildə şok effekti yaradıb”. Bunu açıqlamasında ehtiyatda olan polkovnik Şair Ramaldanov bildirib.
Avtobusun vurduğu 1 nəgər ölüb, 2-si xəstəxanaya yerləşdirilib
Bakıda ölümlə nəticələnən yol-nəqıiyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, dekabrın 21-də saat 07 radələrində Nərimanov rayonu ərazisində Bakı şəhər sakini Müşfiq Şıxəliyev idarə etdiyi "Daevoo" markalı 20 saylı xətt avtobusu ilə yolun kənarında dayanmış paytaxt sakinləri Mahmud Cəfərovu, Mələk Zülfüqarovanı və Habil Ağayevi vurub. Nəticədə M.Cəfərov hadisə yerində ölüb, digər 2 nəfər isə xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
Dəm qazından zəhərləndi
Sumqayıt sakini dəm qazından zəhərlənib.Daxili İşlər Nazirliyindən verilən məlumata görə, dekabrın 18-də Sumqayıt şəhərində yaşayan Lalə Kazımova evində dəm qazından zəhərlənərək ölüb. Araşdırma aparılır.
Azərbaycan telekanallarından əyləncəli verilişlər çıxarıldı
Mövqelərimiz atəşə tutulub
Azərbaycanlı qadınları Türkiyədə satan sabiq məhkuma ağır cəza
Azərbaycan qadınlarını Türkiyədə işə düzəltmək adı ilə cinsi istismara məruz qoymaqda təqsirləndirilən Elvira Qurbanovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
"Bakinternet"də nə zaman normal internet olacaq?
QHT layihəni yekunlaşdırdı
Region Beynəlxalq Analitik Mərkəz İB-yi artıq bir neçə müddətdir Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə "Beynəlxalq media və sosial şəbəkələrdə ingilis dilində materialların dərci və Azərbaycanın maraqlarının müdafiəsinə dair təşəbbüslər” adlı layihəsini sona çatdırdı.














