Ordu

Hadı Rəcəblidən mediaya qəribə QADAĞA

3 Fevral 2017 16:25

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin fevralın 6-da keçiriləcək komitə iclasına jurnalistlər dəvət olunmayıb.

Avtomobillərinə araq tökən sürücülərə xəbərdarlıq - VİDEO

3 Fevral 2017 13:07

Əksər sürücülər şaxtalı qış aylarında şüşəsilənlərin donmaması üçün tərkibini bilmədikləri qatqılardan istifadə edirlər.

İcra hakimiyyəti orqanları digər dövlətlərin təyyarələrində yoxlamalar apara biləcək

1 Fevral 2017 16:43

Azərbaycanda müvafiq icra hakimiyyəti orqanı digər dövlətlərə məxsus hava gəmilərində uçuşların təhlükəsizliyi üzrə yoxlamalar aparmaq hüququna malik olacaq.

Ermənilər 21 dəfə atəşkəsi pozub

1 Fevral 2017 10:57

 “OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 21 dəfə pozub. Ermənistan Respublikası İcevan rayonu ərazisindəki adsız yüksəkliklərdə və Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonu ərazisindəki adsız yüksəkliklərdə və Qızılhacılı kəndində, Berd rayonunun Çinari, Mosesqex kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi, Ağdam və Əlibəyli kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.

“Azərbaycan xalçaları” jurnalının 21-ci sayı nəşr olunub

23 Yanvar 2017 13:39

Sənətşünaslıq və tarix ixtisasları üzrə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının elmi nəşrləri sırasında olan jurnalda sənətşünaslıq, tarix, ayrı-ayrı xalq tətbiqi sahələrini əhatə edən müəllif yazıları, reportajlar, elmi məqalələr, maraqlı tərcümə materialları yer alıb.

Şuşada saxlanılan azərbaycanlı girovlarla görüş olacaq

23 Yanvar 2017 12:56

Bu gün Kəlbəcər girovları ilə görüş keçirilə bilər. Bu barədə girov Dilqəm Əsgərovun qardaşı Sahib Musayev bildirib. "Bizdə olan məlumata görə, Beynəlxalq Qızıl Xaç Komistəsinin nümayəndələri bu gün girovlara baş çəkəcək, bizim məktublarımızı onlara çadırıcaqlar", - deyə girovun qardaşı deyib.

Milli Məclisdə iranlı deputatlarla görüş keçirilib

18 Yanvar 2017 15:39

Milli Məclisdə Azərbaycan və İran İslam Respublikasının parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvləri arasında görüş keçirilib. “Olaylar” xəbər verir ki, MM-in Aqrar siyasət komitəsinin sədri, İranla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Eldar İbrahimov parlamentin fəaliyyəti barədə iranlı deputatlara ətraflı məlumat verib. Bildiriib ki, ölkələrimiz arasında sıx əlaqələr hələ ulu öndər Heydər Əliyevin zamanında qurulub və bu gün də uğurla inkişaf etdirilir. İki ölkənin parlament sədrlərinin xoş münasibəti sayəsində qanunverici orqanlar qarşılıqlı faydalı əməkdaşlıq edirlər. Komitə sədri əlavə edib ki,  2016-cı il Azərbaycanda “Multikulturalizm ili” kimi qeyd olundu. Ölkədə yaşayan müxtəlif xalqların, dini konfesiyyaların nümayəndələrinə olan nümunəvi münasibət mədəniyyətlərarası dialoqun qurulmasına xidmət edir. 2017-ci il isə “İslam Həmrəyliyi İli” elan edilib.

MTRŞ: Teleradio yayımçılarına verilmiş lisenziyalar müddətsiz hesab olunub

17 Yanvar 2017 12:55

““Mədəniyyət” telekanalı, Araz FM radiosu və yerdə qalan bütün teleradio yayımçılarına verilmiş xüsusi razılıq (lisenziya) sənədləri müddətsiz hesab edilib”. Bunu Milli Televiziya və Radio Şurasının (MTRŞ) Aparat rəhbəri Toğrul Məmmədov deyib.

Maralgöldə təbiətə qarşı qanunazidd münasibət göstərənlər cərimələndi

16 Yanvar 2017 16:26

Göygöl Milli Parkının Maralgöl ərazisində 3 yanvar 2017-ci il tarixində müvafiq qayda və qanunları pozan şəxslərin sosial şəbəkə vasitəsi ilə yayılan görüntüləri dərhal Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən təhlil edilib və qanunu pozan 7 nəfərdən ibarət qrupun dairəsi tam müəyyən olunaraq şəxsiyyətləri dəqiqləşdirilib.

Nazirlik NARAHATDIR - Sürüşmə sahəsində hələ də evlər tikilir

16 Yanvar 2017 14:02

Nə qədər maarifləndirmə işləri aparılsa da, əhalini bu prosesdən xəbərdar etsək də, Zığ sürüşmə sahəsində hələ də evlər tikilir.

"Siz adam deyilsiniz, heç gestapo da belə eləmirdi..."

13 Yanvar 2017 14:30

Ermənistan hakimiyyəti dekabrın 29-da sərhəddə baş vermiş döyüşlər zamanı həlak olmuş Azərbaycan əsgəri Çingiz Qurbanovun  cəsədinin geri qaytarılmasına dair beynəlxalq ictimaiyyətin çağırışlarına məhəl qoymur.

132 bələdiyyə sədri inzibati məsuliyyətə cəlb olunub

29 Dekabr 2016 12:01

2016-cı ildə inzibati nəzarət qaydasında baxılması üçün daxil olmuş bələdiyyə aktlarının sayı ötən illə müqayisədə 5.6 faiz artaraq 62 mini ötüb. “Olaylar” xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyində keçirilən kollegiyada məlumat verilib. İclasda bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətlə bağlı hazırlanmış illik məruzə dinlənilib. Bildirilib ki, daxil olmuş bələdiyyə aktlarında 1.365-i nazirliyin təklifləri əsasında dəyişdirilib və ya ləğv edilib. Pozuntulara yol vermiş 132 bələdiyyə sədri inzibati məsuliyyətə cəlb olunub. Eyni zamanda, 58 bələdiyyənin fəaliyyətində aşkar edilmiş daha ciddi hüquq pozuntuları ilə əlaqədar hüquqi qiymət verilməsi üçün materiallar istintaq orqanlarına göndərilib, 8360 hektara yaxın torpaq sahəsinin qanunsuz ayrılmasının qarşısı alınıb.

Təcili yardım bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq

28 Dekabr 2016 15:25

Yeni il bayramı və 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günündə Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yadım Stansiyası gücləndirilmiş iş rejimində çalışacaq. Stansiyanın baş həkimin müavini Murad Mirzəzadə  bildirib ki, bayram və istirahət günlərində təcili yardıma müraciət edən insanların çox olduğunu nəzərə alaraq 138 briqadanın hər biri işdə olacaq: “Gücləndirilmiş iş rejimi zamanı bütün briqadalar, heyət  tam şəkildə fəaliyyət göstərəcək. Bununla yanaşı bütün məsul şəxslər, rəhbərlik heyəti də növbətçiliyə əsasən işləyəcəklər”.

Bu il Bakıda 52 mindən çox uşaqda müxtəlif xəstəliklər aşkarlanıb

27 Dekabr 2016 13:04

Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində olan 55 ambulator - poliklinik tibb müəssisəsi tərəfindən 730606 nəfər uşağa tibbi xidmət göstərilir. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən  verilən xəbərə görə, aparılan profilaktik müayinələrin əsas məqsədi uşaqlar arasında xəstəliklərin erkən aşkar edilərək müayinə, müalicəyə cəlb edilməsi və beləliklə də sağlam gələcəyin təminatına yönəlib. Nəticədə, yekun statistik məlumatlara əsasən uşaqlar arasında ilkin xəstəliklərin sayı 2014-cü ilə nisbətən bir qədər azalıb və bu xəstəliklərin 25%-i məhz icbari tibbi müayinələr zamanı aşkar olunub.