Ordu
Ümumdünya Sosial İş Günü qeyd olunub
Azərbaycan Universitetində Ümumdünya Sosial iş gününə həsr olunan tədbir keçirilib. “OLAYLAR”-a “İrəli” İctimai Birliyindən daxil olan məlumata görə, Universitetin Sosial iş fakültəsi və İctimai Birliyinin birgə təşkilatçılığı ilə baş tutan tədbirdə “İRƏLİ” İctimai Birliyinin sədri MirHəsən Seyidov, universitetin müəllim-tələbə kollektivi iştirak edib.
“Günəşli” yatağında daha bir quyu istismara verilib
Ölkəmizin neft-qaz sənayesində əhəmiyyətli rola malik “Günəşli” yatağındakı 15 saylı dərin dəniz özülündən 271 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib. “OLAYLAR”-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, quyu məhsuldar qat çöküntülərinin IX horizontundan qazlift üsulu ilə məhsul verib, 2977-2900 metr intervaldan sutkalıq 82 ton neft və 10000 kubmetr qaz hasilatı ilə istismar fonduna qəbul edilib. Quyuda istismar işləri “Azneft” İstehsalat Birliyinin “28 May” Neft və Qazçıxarma İdarəsi tərəfindən həyata keçirilir.
Təhsil Nazirliyi 930 ali təhsil sənədini mənfi cavablandırıb
2016-cı ildə Təhsil Nazirliyinə ali təhsil sənədlərinin tanınması və ekvivalentliyinin müəyyən olunması (nostrifikasiyası) məqsədilə 2958 müraciət (o cümlədən məzun olduqları Türkiyə 302, Gürcüstan 123 və digər ölkələr üzrə 504) daxil olub.
Cəlilabadda sürüşmə aktivləşdi - Evlər təhlükədə
Cəlilabad rayonunda qarın əriməsi sürüşmə zonalarında aktivliyi artırıb. Rayonun Sadatlı kəndində Yeddi Bulaq adlanan ərazidə bir neçə ev təhlükə ilə üzləşib. Artıq bəzi evlərin həyətlərində torpaq sürüşməsi nəticəsində iri çatlar əmələ gəlib. Kənd sakinlərinin sözlərinə görə, çatlara qar sularının dolması sürüşməni hər gün daha da artırır. Yerli sakinlər evlərinin sürüşmə nəticəsində uça biləcəyindən narahatdırlar.
Bu gecə cəbhədə silahlar susmadı
“Qarabağda müharibə olmayacaq” - Mixail Neyjmakov
Polkovnik Ramaldanov: “Ərazi itkilərimiz yoxdur”
Ermənistan silahlı qüvvələrinin atəş nöqtəsi və PUA məhv edilib
Cocuq Mərcanlıda 300-dən çox qəlpə, iki ədəd raket gilizi aşkarlandı
"Evimizdən heç yana gedən deyilik" - CƏBHƏ KƏNDİNDƏN
Ümumdünya Turizm Forumunun Qlobal İclası keçiriləcək
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev 16-18 fevral tarixində Türkiyə Respublikasının İstanbul şəhərində keçiriləcək Ümumdünya Turizm Forumunun Qlobal İclasında iştirak edəcək.
Bu gün bütün dünyanın gözü Cocuq Mərcanlıda olacaq
Dollar çökdü ŞOK
Azərbaycanda 10 xəstəxana BAĞLANDI
Maliyyə Nazirliyinin 17 noyabr 2016-cı il tarixli məktubuna əsasən, yanvarın 1-dən "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin tibbi xidmət göstərən müəssisələri təsərrüfat hesabına keçib. Bu səbəbdən özünü təmin edə bilməyən xəstəxanaların fəaliyyəti dayandırılıb.
İslam Həmrəyliyi Oyunlarının biletləri martın 19-dan satışa çıxarılır
Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarının biletləri martın 19-da satışa çıxarılacaq. Oyunlarda idmanın 20 növü üzrə 500 mindən çox biletin satışa çıxarılması nəzərdə tutulur. İdman həvəskarları izləmək istədikləri yarışlara biletləri baku2017.com rəsmi veb-saytından və şəhərin müxtəlif yerlərində açılacaq 12 satış məntəqəsindən əldə edə biləcəklər.














