Ordu

Təhsil Nazirliyi ictimai müzakirə təşkil edəcək

12 İyun 2017 13:56

Təhsil Nazirliyi “Məktəbəqədər təhsilin kurikulumu” sənədinin layihəsini ictimai müzakirəyə təqdim edir. “OLAYLAR”-ın nazirliyə istinadən verdiyi xəbərə görə, sənəd “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planının icrasını təmin etmək məqsədi ilə hazırlanıb. İctimai müzakirədə iştirak etmək istəyənlər Təhsil Nazirliyinin internet saytının “Sənədlər” bölməsində həmin sənədlə tanış ola bilərlər. Rəy, təklif və iradları [email protected] elektron poçtuna göndərməklə bildirmək mümkündür.

TN: İndiyədək 140 min müəllimin diaqnostik qiymətləndirilməsi aparılıb

12 İyun 2017 13:11

Ötən 4 ildə hər il müəllimlərin işə qəbulu prosesində iştirak edən iddiaçıların sayı artıb.  Təhsil Nazirliyindən verilən xəbərə görə, 2015-ci ildə bu rəqəm 24437 nəfər olubsa, 2016-cı ildə 34888 nəfər miq.edu.az saytında qeydiyyatdan keçib. Müddətli və müddətsiz müqavilə ilə işə qəbul olunmuş müəllimlərin sayı 2015-ci ildə 2879, 2016-cı ildə 3000-dən çox olub ki, bunların da 86 faizi həvəsləndirmə tədbirləri ilə qəbul edilib. 

Erməni mütəxəssis: "Azərbaycanın Metsamor AES-i vurması nəticəsi bəlli olmayan qlobal qəzaya gətirib çıxara bilər"

6 İyun 2017 11:53

Ermənistanın “Delovoy Ekspress”  saytında iyunun 5-də Metsamor AES üzrə mütəxəssisin məqaləsi dərc edilib.

NATO nümayəndəsi Azərbaycan Sülhməramlıları ilə görüşüb

1 İyun 2017 17:17

Əməliyyat İmkanları Konsepsiyası proqramı çərçivəsində Azərbaycan Silahlı Qüvvələrinin motoatıcı taborunun 2-ci səviyyəli NATO qiymətləndirməsi təlimi ilə əlaqədar ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının İzmir şəhərində yerləşən NATO-nun Quru Qoşunları Komandanlığının Qərargah rəisi diviziya generalı Erhan Uzun Azərbaycan sülhməramlıları ilə görüşüb.

Prokurorluq “Hürriyyət”in baş redaktoruna xəbərdarlıq etdi

25 May 2017 17:10

Baş Prokurorluqda aparılmış araşdırmalarla “Hürriyyət” qəzetində və həmin dövri mətbu nəşrin internet saytında dərc edilmiş müxtəlif başlıqlı məqalələrdə dövlət sirri haqqında, eləcə də cinayət və cinayət-prosessual qanunvericiliyin müddəalarının tələblərinin kobud surətdə pozulması aşkar edilib. Bu haqda qurumun mətbuat xidmətindən verilən məlumatda bildirilib. Araşdırmalarla müəyyən olunub ki, mətbu orqandaqla Azərbaycan Respublikasının təhlükəsizliyinə ziyan vura biləcək informasiyalar ictimailəşdirilib.

Daşkəsəndə güclü külək: evlərin dam örtüyü uçub, elektrik xətləri sıradan çıxıb

19 May 2017 15:35

Daşkəsən rayonunda güclü külək bəzi fəsadlar törədib. Günorta saatlarında əsən külək nəticəsində şəhərin bir hissəsində elektrik enerjisinin verilməsi dayandırılıb. Güclü külək bir neçə bina və fərdi evin dam örtüyünü uçurub, elektrik xətlərini sıradan çıxarıb. Hazırda rayon ərazisində küləkli hava şəraiti davam edir.

Sevginin növləri: sizdə hansındandır?

18 May 2017 19:50

Ən geniş yayılmış sevgi tipologiyalarına Dimitri Li tərəfindən irəli sürülmüş tipologiya nəzəriyyəsi daxildir. Nəzəriyyədə irəli sürülən tipologiyalar təxminən 807 nəfər arasında aparılan tədqiqatlar əsasında sübuta yetirilmişdir.

Bakıda sevgililərə hökm oxundu - 9 il cəza

8 May 2017 11:41

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən sevgililər - Fərid Əhmədov vəNigar Ağayevanın cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.  Hakim Rahib Salmanovun icraatında olan prosesdə hökm oxunub.  Məhkəmə kollegiyasının hökmü ilə hər iki şəxs 9 il müddətinə azadlıqdan məhrum edilib. 

Zakir Həsənov cəbhədə

23 Mart 2017 20:03

Cəbhədə GƏRGİN GECƏ

21 Mart 2017 11:51