Ordu
Cəbhədə gərginlik
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 141 dəfə pozub. "Olaylar" Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Ermənistan Respublikası Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə, İcevan rayonunun Berkaber, Paravakar kəndlərində yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun Kəmərli, Qaymaqlı, Qızılhacılı kəndlərində, Berd rayonunun Çinari və Ayqedzor kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Koxanəbi, Muncuqlu kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Azərbaycan Türkiyədən düşmənə göz açmağa imkan verməyəcək SİLAH ALDI
Azərbaycan Türkiyədən pilotsuz uçuş aparatlarını məhv etmək gücündə olan “Drone Killer” silahını alıb. Bu barədə Türkiyə ordusunun silah arsenalı üçün pilotsuz aparatlar, elektronik cihazlar və robot sistemləri istehsal eən “Harp Age” şirkətinin baş kordinatoru Aytekin Güçlü deyib. Onun sözlərinə görə, “Drone Killer” silahı yexni texnologiyalar əsasında hazırlanıb. “Bu silahdan almaq üçün müxtəlif ölkələrdən, xüsusilə Afrika və yaxın Şərq ölkələrindən təkliflər gəlib. İlk ixrac edən ölkə Azərbaycandır”, – deyə o bildirib.
Atəşkəs rejimi 127 dəfə pozuldu
Nazir müavini BMT-nin sessiyasına qatılıb
Azərbaycanın Kənd Təsərrüfatı Nazirinin müavini Seyfəddin Talıbovun rəhbərlik etdiyinümayəndə heyəti BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) 40-cı sessiyasında iştirak etmək üçün İtaliyada rəsmi səfərdə olub. Nazirlikdən verilən məlumata görə, səfər çərçivəsində Kənd Təsərrüfatı Nazirinin müavini Seyfədddin Talıbovun FAO-nun Baş Direktorunun müavini Daniel Gustafson ilə iki tərəfli görüşü keçirilib. Görüş zamanı Seyfəddin Talıbov Azərbaycan Respublikası ilə FAO arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu qeyd edərək ölkəmizdə kənd təsərrüfatı sahəsindəhəyata keçirilən institutsional islahatlar barədə ətraflı məlumat verib.
Ermənilər Ağdamın işğal altında olan ərazilərinə od vurdu
Ermənilər Ağdam rayonunun işğal etdikləri bir neçə yaşayış məntəqələrinə od vurub. Alov Ağdamın işğal altında olan 3 kəndinin ərazisində - Göytəpə ərazi nümayəndəliyinin Abdınlı, Qarağacı və Sarcalı kəndlərində müşahidə olunur. Cəbhəyanı kənd sakinlərinin verdiyi məlumata görə, iki saat əvvəl başlayan yanğın artıq 300 hektaradək əraziyə yayılıb.
"Zəhranın qisası bəlkə də alınıb" - General Aydəmirov
"Ermənistan bizə yalvarır ki, müharibəni başlayaq. Ancaq Ermənistan heç vaxt açıq müharibəyə getməz. Nə qədər güclü havadarları, himayədarları olsa belə. Onların hərbi psixologiyaları, hərbi və siyasi rəhbərlərinin psixologiyası bundan ibarətdir. Onlar bilirlər ki, Azərbaycan tərəfi cavablarını artıqlaması ilə verəcək. Ona görə də Ermənistan əhalisinin başını aldatmağa çalışırlar. Sakinləri inandırmaq istəyirlər ki, cəbhə bölgəsində vəziyyət pisdir, Azərbaycan tərəfi atəş açır, biz də məcbur olub atəş açdıq. Normal həbiçi qadına, uşağa güllə atarmı? Onlar normal deyillər. Sözsüz ki, bunun cavabını qəti sürətdə alacaqlar, özlərini peşman vəziyyətə gətirəcəklər". Bu fikirləri Azərbaycan Ordusunun sabiq korpus komandiri, Birinci Qarabağ müharibəsinin iştirakçısı, general-leytenant Yaşar Aydəmirov səsləndirib.
Naxçıvanda hərbi təlimlər başladı
Naxçıvan Muxtar Respublikasında yerləşən Əlahiddə Ümumqoşun Ordunun birləşmə və hissələrində hava hücumundan müdafiə bölmələrinin döyüş atışlı taktiki xüsusi təlimlərinə başlanılıb. Zenit raket, zenit raket artilleriya və Hava Hücumundan Müdafiə Qoşunlarının digər xüsusi bölmələrinin də cəlb olunduğu təlimlərə həyəcan siqnalının verilməsi, şərti hava düşməninin ilk zərbələrinin dəf edilməsi, idarəetmə və komanda məntəqələrində döyüş işinin aparılması ilə başlanılıb. Motoatıcı bölmələrin yerdəyişməsi zamanı onların hava hücumundan müdafiəsini təmin edən hava hücumundan müdafiə bölmələri marş keçirərək təyinat rayonlarına çıxarılıb, atəş və start mövqeləri tutulub.
Hərbi hissələrdə “Açıq qapı” günü keçirildi - YENİLƏNDİ
Azərbaycanda Silahlı Qüvvələr Günüdür
Bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 99 il ötür. 26 iyun Azərbaycanda Silahlı Qüvvələr Günü kimi qeyd edilir. 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə Azərbaycanda ilk nizami hərbi hissə - Əlahiddə Korpus yaradılıb. O dövrdə təşkil olunan Hərbi Nazirlik və onun rəhbər heyətində təmsil olunan Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski və başqa ordu biliciləri Azərbaycanda ordu quruculuğunda mühüm islahatlar həyata keçiriblər.
Bakıda insident: təcili yardıma getmiş qadın həkimi döydülər
Bakıda həkim döyülüb. 5 saylı Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkimi 48 yaşlı Fəridə Məmmədova polisə müraciət edərək bildirib ki, yardıma getdiyi xəstənin yaxını tərəfindən döyülüb.
Cocuq Mərcanlıda 6891 ədəd qəlpə tapıldı
Cəbrayıl rayonu, Cocuq Mərcanlı kəndində 13-18 iyun 2017-ci il tarixlərində 6 891 ədəd qəlpə aşkar edilib, mina və partlamamış hərbi sursat (PHS) aşkar edilməyib, nəticə etibarilə 149 455 kv.m (14.95 ha) ərazi tam təmizlənib, 73 900 kv.m (7.39 ha) ərazi isə xüsusi mexaniki vasitələrlə təmizləmə üçün hazırlanıbdır (Cəmi: 223 355 kv.m (22.34 ha)). Bu barədə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) məlumat verilib.
Mübariz İbrahimovun şəhadətindən 7 il ötür
Bu gün Azərbaycan torpaqlarını erməni qəsbkarlarından azad etmək uğrunda canından keçmiş Milli Qəhrəman Mübariz İbrahimovun şəhid olduğu gündür. Mübariz İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olub. Əsgəri xidmətini Daxili Qoşunların "N" saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə keçirib. Həqiqi hərbi xidmətini 2007-ci ildə çavuş rütbəsində başa vurub. Bir müddət mülki işlərdə işlədikdən sonra 2009-cu ilin avqust ayında yenidən gizir rütbəsində xidmətə başlayıb və öz arzusu ilə cəbhə bölgəsindəki hərbi hissələrdən birində xidmət etməyə başlayıb.
Ermənistan ordusu daha bir itki verdi – DÜŞMƏN TƏŞVİŞDƏ
Bu gün səhər saat 09:40-də təmas xəttində daha bir erməni əsgər məhv edilib. Öldürülən erməni əsgər 1997-ci il təvəllüdlü Tiqran Qasparyandır.
Təhsil Nazirliyi ictimai müzakirə təşkil edəcək
Təhsil Nazirliyi “Məktəbəqədər təhsilin kurikulumu” sənədinin layihəsini ictimai müzakirəyə təqdim edir. “OLAYLAR”-ın nazirliyə istinadən verdiyi xəbərə görə, sənəd “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planının icrasını təmin etmək məqsədi ilə hazırlanıb. İctimai müzakirədə iştirak etmək istəyənlər Təhsil Nazirliyinin internet saytının “Sənədlər” bölməsində həmin sənədlə tanış ola bilərlər. Rəy, təklif və iradları [email protected] elektron poçtuna göndərməklə bildirmək mümkündür.
TN: İndiyədək 140 min müəllimin diaqnostik qiymətləndirilməsi aparılıb
Ötən 4 ildə hər il müəllimlərin işə qəbulu prosesində iştirak edən iddiaçıların sayı artıb. Təhsil Nazirliyindən verilən xəbərə görə, 2015-ci ildə bu rəqəm 24437 nəfər olubsa, 2016-cı ildə 34888 nəfər miq.edu.az saytında qeydiyyatdan keçib. Müddətli və müddətsiz müqavilə ilə işə qəbul olunmuş müəllimlərin sayı 2015-ci ildə 2879, 2016-cı ildə 3000-dən çox olub ki, bunların da 86 faizi həvəsləndirmə tədbirləri ilə qəbul edilib.










.jpg)



