Ordu

Beynəlxalq humanitar hüquq mövzusunda kurs keçirilib 

15 Sentyabr 2017 15:37

“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiuyi xəbərə görə, Müdafiə Nazirliyi ilə Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyi arasında 2017-ci il üçün əməkdaşlıq fəaliyyəti çərçivəsində müxtəlif kateqoriyadan olan zabit heyəti üçün beynəlxalq humanitar hüquq mövzusunda təlim kursu keçirilib. Kursun məqsədi iştirakçıları müharibə gedən ölkələrdə müvafiq qanunvericilik və normalarla tanış etmək, eyni zamanda  hərbi əməliyyatlar zamanı davranış, mülki əhalinin təhlükəsizliyi, yaralı və xəstələrin beynəlxalq hüquq normaları çərçivəsində qorunması,  hərbi münaqişədən zərər çəkmiş dinc sakinlərə dəstək vermək və onların qarşılaşdığı mövcud problemlərin həlli barədə fikir mübadiləsinin aparılmasından ibarət olub. Bağlanış mərasimində çıxış edənlər kursun əhəmiyyətini və mənimsənilən biliklərin praktiki tətbiqinin vacibliyini vurğulayıblar.

Kəşfiyyat və əks-kəşfiyyata dair ziddiyət aradan qalxacaq

12 Sentyabr 2017 15:56

Hazırda qüvvədə olan “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunda da dəyişikliklər edilir. Bu barədə Milli Məclisdən məlumat verilib. Bildirilib ki, dəyişikliyə əsasən, Xarici Kəşfiyyat Xidmətindən və Dövlət Təhlükəsizliyi Xidmətindən ehtiyata keçirilmiş hərbi vəzifəlilərin hərbi qeydiyyatı və onlara hərbi biletin verilməsi həmin orqanlar tərəfindən həyata keçiriləcək. Xarici Kəşfiyyat Xidməti və Dövlət Təhlükəsizliyi Xidməti kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri kimi dövlət sirri təşkil edən və haqqında məlumat yayılması yolverilməz olan fəaliyyəti həyata keçirirlər. Müəyyən şəxslərin hərbi xidmətdə saxlanılması və həmin orqanlara mənsubiyyətinin açıqlanmaması prinsipi onlar ehtiyata buraxılan zaman pozula bilər. Belə ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanuna əsasən, çağırışçıların və bütün hərbi vəzifəlilərin hərbi qeydiyyatı onların yaşayış yeri üzrə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən açıq siyahılarla aparılır.

Müdafiə naziri Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun qardaşı ilə görüşüb 

12 Sentyabr 2017 15:12

İsrailə rəsmi səfəri çərçivəsində Müdafiə naziri general-polkovnik Zakir Həsənov bu ölkədə yaşayan Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun qardaşı Rantik Aqarunovla görüşüb. “OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, görüş zamanı ölkəmizin ərazi bütövlüyü və torpaqlarımızın müdafiəsi uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsi yad edilib, o cümlədən A.Aqarunovun həyat yolu, döyüşlərdə iştirakı bir daha xatırlanıb. Bildirilib ki, ölkəmizdə yaşayan digər xalqların nümayəndələri kimi yəhudi əsilli bu qəhrəman da Azərbaycanı daim vətəni bilmiş, torpağı uğrunda döyüşmüş, canını onun müstəqilliyi və suverenliyi uğrunda fəda etmişdir. 

Ermənilər 134 dəfə atəşkəsi pozub

12 Sentyabr 2017 10:42

“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi cəbərə görə, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 134 dəfə pozub. Ermənistan Respublikası Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə, İcevan rayonunun Berkaber, Paravakar kəndlərində yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun Kəmərli, Qaymaqlı kəndlərində, Berd rayonunun Çinari, Ayqedzor kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Koxanəbi, Muncuqlu kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Hərbi xidmətlə bağlı qanun dəyişdirilir

9 Sentyabr 2017 18:21

“Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna dəyişiklik edilir. Qanunun 4.2-ci bəndində qeyd edilib ki, çağırışçıların və hərbi vəzifəlilərin hərbi qeydiyyatı onların yaşayış yeri üzrə aparılır. Beləliklə də çağırışçıların və hərbi vəzifəlilərin hərbi qeydiyyatını aparan qurumlar dəyişdirilir. Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Zahid Oruc dəyişikliyi şərh edib. Deputat bildirib ki, layihəyə əsasən, hazırda qüvvədə olan “Çağırışçıların və hərbi vəzifəlilərin hərbi qeydiyyatı onların yaşayış yeri üzrə, 3 aydan artıq müddətə yaşayış yerini dəyişdirdikdə isə olduğu yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır” bəndi ləğv edilir. Əvəzində göstərilən müddət qüvvədə qalmaqla, qeydiyyatı yalnız şəxsin xidmət etdiyi qurumun aparması təklif olunur.

İstilər yenidən qayıdır

5 Sentyabr 2017 13:25

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, yağmursuz keçəcək. Şimal küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 21-25° isti, gündüz 29-34°, Bakıda gecə 22-24°, gündüz 32-34° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 759 mm civə sütunu təşkil edəcək.

Cəbhədə gərgin gecə

1 Sentyabr 2017 10:43

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 126 dəfə pozub. Bu barədə məlumat Azərbaycan Müdafiə Nazirliyinin rəsmi saytında cümə günü, sentyabrın 1-də yerləşdirilib. MəlumataErmənistan Respublikası Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə, İcevan rayonunun Berkaber, Paravakar kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun Kəmərli, Qızılhacılı kəndlərində, Berd rayonunun Mosesqex, Çinari, Ayqedzor kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Muncuqlu və Qaralar kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Xızıda 45 ədəd partlamamış hərbi sursat tapıldı

1 Sentyabr 2017 10:40

Xızı rayonu ərazisində yerləşən Müdafiə Nazirliyin N saylı hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi Üzrə Milli Agentliyin (ANAMA), Fövqəladə Hallar Nazirliyinin və Daxili İşlər Nazirliyinın birgə keçirdiyi təmizləmə əməliyyatları davam edir. ANAMA-dan verilən məlumata görə, avqustun 31-də hərbi hissənin ətrafına, 12 evin həyatyanı sahəsinə, 1 su stansiyasının yaxınlığına, 1 ferma ərazisinə, 2 otlaq sahəsinə və eko-turizmin həyətinə baxış keçirilib, 45 ədəd partlamamış hərbi sursat (PHS), 12 ədəd partlamış-yanmış raketin qalıqları, 108 kq yandırma aşkar olunaraq götürülmüş, nəticə etibarilə 547 800 kv.m (54.78 ha) əraziyə yoxlanılıb.

Azərbaycan 58-ci, Ermənistan…

31 Avqust 2017 13:20

Azərbaycan ən güclü orduya malik ölkələr sırasında 58-ci yerdədir. Bu barədə “Global Fire Power” portalının hesabatında deyilir. Azərbaycanla müharibə vəziyyətində olan Ermənistan isə 93-cü yerdə qərarlaşıb. Hesabat tərtib olunarkən yalnız silahların sayı deyil, həmçinin onların müxtəlifliyi, orduda kadrların sayı, ehtiyatda olan kadrların sayı, hərbi sahənin maliyyələşməsi səviyyəsi, ölkənin nəqliyyat infrastrukturu və digər faktorlar əsas götürülüb. Coğrafi yerləşmə, ölkənin təbii resursları da reytinqin nəticələrinə təsir edib.

Partlayışa görə təxliyə olunan sakinlər evlərinə qaytarılır

27 Avqust 2017 23:34

Azərbaycan Müdafiə Nazirliyinin N Saylı hərbi hissəsində yanğın və partlayış səbəbindən təxliyə olunan yaşayış məntəqələrinin sakinləri öz evlərinə qaytarılıb. Azərbaycan Respublikası Müdafiə, Fövqəladə Hallar nazirliklərinin və Baş Prokurorluğun birgə bəyanatında hadisə yerində yanğının lokallaşdırıldığı və daha böyük ərazidə partlayışın qarşısı alındığı bildirilir. Qeyd edək ki, bu gün səhər saatlarında Azərbaycan müdafiə nazirliyinin n saylı hərbi hissəsində silah-sursat anbarında yanğın baş verib.

Füzuli və Cəbrayıl rayonlarının işğalından 24 il ötür

23 Avqust 2017 07:04

Bu gün Azərbaycanın Füzuli və Cəbrayıl rayonlarının Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmasından 24 il ötür.  1993-cü il avqustun 23-də Füzulinin 51 kəndi və rayon mərkəzi ermənilər tərəfindən işğal olunub, 55 min nəfərə yaxın sakin doğma torpaqlarını tərk edib. Füzuli rayonu Qarabağ dağ silsiləsinin cənub-şərq ətəklərindən Araz çayınadək sahəni əhatə edir, Cəbrayıl, Xocavənd, Ağcabədi, Beyləqan rayonları və Araz çayı boyunca İranla həmsərhəddir.

Qobustan qoruğunda yeni tapıntılar

18 Avqust 2017 17:42

2017-ci ilin çöl-tədqiqat mövsümü ərzində Qobustan Milli Tarix-Bədii Qoruğunun əməkdaşları Cingirdağ-Yazılıtəpə ərazisində "Qayaüstü təsvirlərin rəqəmsal məlumat bazasının yaradılması layihəsi" çərçivəsində qayaüstü təsvirlərin qeydiyyatı işini davam etdirirlər.