Ordu

NATO-nun təhsil ekspertlərinin işçi görüşləri keçirilir 

19 Sentyabr 2017 15:49

Silahlı Qüvvələrin hərbi təhsil sisteminin müəyyən sahələrinin inkişafına dəstək üzrə NATO-Azərbaycan Birgə Fəaliyyət Planına müvafiq olaraq, Silahlı Qüvvələrin Hərbi Akademiyasında Müdafiə Nazirliyi və NATO-nun Beynəlxalq Dil Koordinasiyası Mərkəzinin (BİLC) ekspertləri arasında işçi görüşləri keçirilir. “OLAYLAR”-ın xəbərinə görə, nümayəndə heyətinin ölkəmizə səfərinin məqsədi, tədris müəssisələrində xarici dil tədrisi ilə məşğul olan mütəxəssislərə NATO-nun müvafiq mərkəzlərində tətbiq edilən müasir tədris sistemi haqqında məlumat vermək, qarşılıqlı fikir mübadiləsi aparmaq, eləcə də gələcək əməkdaşlıq imkanlarını müzakirə etməkdən ibarətdir. İşçi görüşlər sentyabrın 22-dək davam edəcək.

Rusiyanın hərbi gəmiləri Bakı sahillərində 

19 Sentyabr 2017 15:49

Rusiya Federasiyası Hərbi Dəniz Donanmasının Xəzər flotiliyasının “Velikiy Ustyuq” kiçik raket gəmisi və “MB-58” dəniz yedəyi dostluq səfəri ilə sentyabrın 19-da Bakıya gəliblər. “OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə. qonaqlar Şəhidlər Xiyabanını ziyarət edərək “Əbədi məşəl” abidə kompleksinin önünə gül dəstələri qoyublar.

Səfir: "Ukraynada bir çox potensial azərbaycanlı investorlar üçün risklər hələ də yüksəkdir"

19 Sentyabr 2017 14:13

Azərbaycan şirkətləri Ukrayna ilə çox maraqlanırlar. Burada onlar üçün geniş imkanlar var, lakin bir çox potensial azərbaycanlı investorlar üçün risklər hələ də yüksəkdir. Bunu "Business Ukraine" jurnalına müsahibəsində Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Azər Xudiyev deyib. Səfir hesab edir ki, Azərbaycan sərmayəçilərinin Ukraynada sərmayələrinin artırılması üçün əsas maneə soyğunçu dəstələrin hücumları və bəzi qaydalardır. A.Xudiyev bildirib ki, 2016-cı ildə Azərbaycan və Ukrayna arasında ticarət dövriyyəsi 334 milyon dollar təşkil edib. Bu da 2013-cü illə müqayisədə 2,6 dəfə azdır: "Hazırda ticarət dövriyyəsinin artırılması üçün hər iki ölkənin biznes dairələri ilə iş aparılır. Bu ilin yazında Kiyevdə Azərbaycan-Ukrayna biznes-forumu keçirildi və həmin forumda Azərbaycanın 40 şirkət və holdinqi təmsil olunurdu. Ümid var ki, aparılan məqsədli tədbirlər nəticəsində iqtisadi əlaqələr güclənəcək".

“TurAz Qartalı - 2017” birgə taktiki təlimləri davam edir 

19 Sentyabr 2017 12:17

TurAz Qartalı - 2017” birgə taktiki təlimlərində Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin döyüş təyyarələrinin uçuşları davam edir. “OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, təlimlərdə iştirak edən hər iki ölkənin hərbi aviasiyası müştərək fəaliyyətlərinin planlaşdırılması, əməliyyatların keçirilməsi üzrə qarşılıqlı fəaliyyət, döyüş uzlaşması imkanlarının öyrənilməsi, axtarış-xilasetmə tədbirlərinin icrası, havadan zərbələr endirməklə yer hədəflərinin məhv edilməsi və digər tapşırıqların yerinə yetirilməsi məqsədilə uçuşlar həyata keçirir.

Hərbiçilər üçün yeni yaşayış kompleksi istifadəyə verilib 

19 Sentyabr 2017 11:13

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Hava Hücumundan Müdafiə (HHM) qoşunlarının cəbhəboyu zonada yerləşən bölmələrinin birində yeni inşa edilmiş növbəti yaşayış kompleksinin açılışında iştirak edib, hərbi qulluqçular üçün yaradılmış şəraitlə maraqlanıblar. “OLAYLAR”-ın xəbərinə görə, Müdafiə Nazirliyinin rəhbərliyi həmçinin ərazidəki əsgər yataqxanası, yeməkxana, sinif otaqları, mətbəx, ərzaq və əşya anbarları, qazanxana eləcə də digər xidməti və inzibati obyektlərlə tanış olub.

Düşmən 125 dəfə atəşkəsi pozub

19 Sentyabr 2017 11:12

“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 125 dəfə pozub. Ermənistan Respublikası Noyemberyan rayonunun Dovex, Şavarşavan kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Qaymaqlı, Fərəhli kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Mosesqex, Çinari və Ayqedzor kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Ağdam, Koxanəbi, Əsrik Cırdaxan, Muncuqlu kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Göyəli, Zamanlı kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Beynəlxalq Türk Akademiyasının növbəti tədqiqat ekspedisiyası Azərbaycana təşkil olunacaq 

19 Sentyabr 2017 11:09

"Kentaydan Ulutauya doğru: Tarixi yaddaşın canlanması" beynəlxalq tədqiqat ekspedisiyası başa çatıb. Beynəlxalq Türk Akademiyasının (TWESCO) təşkilatçılığı ilə keçirilən "Kentaydan Ulutauya doğru: Tarixi yaddaşın yenilənməsi" adlı III beynəlxalq ekspedisiya başa çatıb. 15 avqust tarixində Monqolustanın Kentay bölgəsindən başlayan tədqiqat səfəri 18 sentyabrda Qazaxıstanın Jezkazqan şəhərinin Ulutau qəsəbəsində yekunlaşıb.  “OLAYLAR”-a daxil olan məlumata görə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Monqolustan, Özbəkistan, Türkiyə və Başqırdıstan və Dağıstandan dövlət və ictimai xadimlər, tarixçi-arxeoloqlar və media nümayəndələrinin iştirak etdiyi ekspedisiya çərçivəsində Qazaxıstanın mərkəzi əyalətlərindəki tarixi baxımdan böyük əhəmiyyətə malik ərazilər ziyarət olunub. 

Türkiyəli general: "Afrin əməliyyatına Rusiyanı razı sala bilməmişik"

18 Sentyabr 2017 17:02

"Türkiyə sərhədin o tərəfindəki Afrin bölgəsində hərbi əməliyyatlar keçirmək üçün hazırlıqlara başladığını açıqlasa da, hal-hazırda sözün gerçək mənasında və hərtərəfli hazırlıqlar olduğunu düşünmürəm. Məncə, Rusiyanı tamamilə razı sala bilməmişik. Hal-hazırda Rusiya orada PYD-nin arxasında durduğunu göstərir. Ancaq Rusiya bunu PYD-yə rəğbət bəslədiyinə görə yox, ABŞ-ı oradan uzaq tutmaq və tarazlıq yaratmaq üçün edir". Bunu istefada olan general-leytenant, "Yeni Çağ" qəzetinin hərbi-strateji məsələlər üzrə şərhçisi Armağan Kuloğlu deyib. O bildirib ki, Suriyanın Afrin bölgəsi hal-hazırda Türkiyəyə təhdid yaradır, PYD terrorçuları oradan Türkiyəyə atış açır, terror aksiyaları törədirlər: "Afrin o vəziyyətdə ikən "Əl-Qaidə" terror təşkilatının bir qolu olan "Ən-Nusra" İdlibdə üstünlük qazandı. ABŞ onları oradan təmizləmək üçün əməliyyat planı hazırlayır, əməliyyatı ABŞ özü keçirəcək, yoxsa bu işi PYD-yə gördürəcək? Əməliyyatı PYD-nin əliylə həyata keçirmə ehtimalı yüksəkdir.

Azərbaycan genişmiqyaslı hərbi təlimlərə başladı 

18 Sentyabr 2017 14:12

“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təsdiq etdiyi plana əsasən sentyabrın 18-dən müxtəlif qoşun növlərinin və qismlərinin iştirakı ilə genişmiqyaslı təlimlər başlayıb. Təlimlərə 15.000 nəfərədək şəxsi heyət, 150-dən artıq tank və zirehli texnika, 120-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatan, 20 ədəd müxtəlif təyinatlı döyüş aviasiyası, eləcə də yeni növ radioelektron kəşfiyyat vasitələri və pilotsuz uçuş aparatları cəlb olunub. Təlimlər sentyabrın 22-dək davam edəcək.

Müdafiə naziri “TurAz Qartalı - 2017” təlimlərinin açılış mərasimində iştirak edib 

18 Sentyabr 2017 14:11

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov, nazirliyin rəhbər heyəti, eləcə də Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral “TurAz Qartalı - 2017” birgə taktiki-uçuş təlimlərinin açılış mərasimində iştirak ediblər. “OLAYLAR”-ın nazirliyə istinadən verdiyi xəbərə görə, əvvəlcə hər iki dövlətin himnləri səsləndirilib, ümummilli lider Heydər Əliyevin və ölkələrimizin müstəqilliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Müdafiə naziri təlimlərdə iştirak edən şəxsi heyəti salamlayaraq çıxışına ümummilli lider Heydər Əliyevin “Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir” və Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” kəlamları ilə başlayıb.

Azərbaycanda “TurAz Qartalı - 2017” təlimləri başlayıb

18 Sentyabr 2017 10:58

Sentyabrın 18-dən ölkəmizdə Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin iştirakı ilə “TurAz Qartalı - 2017” birgə taktiki-uçuş təlimləri başlayıb. “OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, sentyabrın 30-dək davam edəcək təlimlərdə iki ölkənin Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29, F-16, Su-25, C-130 Herkules, CASA CN-235 təyyarələri və Mi-35, Mi-17, Sikorski S-70 helikopterlərindən ibarət 30-dək aviasiya vasitəsi iştirak edəcək.

Düşmən 118 dəfə atəşkəs rejimini pozub

18 Sentyabr 2017 10:54

“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə. Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 118 dəfə pozub. Ermənistan Respublikası Noyemberyan rayonunun Berdavan, Dovex, Barekamavan kəndlərində və adsız yüksəkliklərdə, İcevan rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Qaymaqlı, Cəfərli kəndlərində, Berd rayonunun Ayqepar, Çinari və Ayqedzor kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Ağdam, Ağbulaq, Muncuqlu kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Türkiyə aviasiyasının növbəti qrupu Azərbaycana gəlib

15 Sentyabr 2017 17:38

“TurAz Qartalı - 2017” birgə təlimlərində iştirak etmək üçün Türkiyə hərbi aviasiyasının növbəti qrupu Azərbaycana gəlib. “OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə,sentyabrın 18-dən 30-dək ölkəmizdə keçiriləcək təlimlərdə Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29, F-16, Su-25, C-130 Herkules, CASA CN-235 təyyarələri və Mi-35, Mi-17, Sikorski S-70 helikopterlərindən ibarət 30-dək aviasiya vasitəsi iştirak edəcək.

Beynəlxalq humanitar hüquq mövzusunda kurs keçirilib 

15 Sentyabr 2017 15:37

“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiuyi xəbərə görə, Müdafiə Nazirliyi ilə Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyi arasında 2017-ci il üçün əməkdaşlıq fəaliyyəti çərçivəsində müxtəlif kateqoriyadan olan zabit heyəti üçün beynəlxalq humanitar hüquq mövzusunda təlim kursu keçirilib. Kursun məqsədi iştirakçıları müharibə gedən ölkələrdə müvafiq qanunvericilik və normalarla tanış etmək, eyni zamanda  hərbi əməliyyatlar zamanı davranış, mülki əhalinin təhlükəsizliyi, yaralı və xəstələrin beynəlxalq hüquq normaları çərçivəsində qorunması,  hərbi münaqişədən zərər çəkmiş dinc sakinlərə dəstək vermək və onların qarşılaşdığı mövcud problemlərin həlli barədə fikir mübadiləsinin aparılmasından ibarət olub. Bağlanış mərasimində çıxış edənlər kursun əhəmiyyətini və mənimsənilən biliklərin praktiki tətbiqinin vacibliyini vurğulayıblar.

Kəşfiyyat və əks-kəşfiyyata dair ziddiyət aradan qalxacaq

12 Sentyabr 2017 15:56

Hazırda qüvvədə olan “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunda da dəyişikliklər edilir. Bu barədə Milli Məclisdən məlumat verilib. Bildirilib ki, dəyişikliyə əsasən, Xarici Kəşfiyyat Xidmətindən və Dövlət Təhlükəsizliyi Xidmətindən ehtiyata keçirilmiş hərbi vəzifəlilərin hərbi qeydiyyatı və onlara hərbi biletin verilməsi həmin orqanlar tərəfindən həyata keçiriləcək. Xarici Kəşfiyyat Xidməti və Dövlət Təhlükəsizliyi Xidməti kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri kimi dövlət sirri təşkil edən və haqqında məlumat yayılması yolverilməz olan fəaliyyəti həyata keçirirlər. Müəyyən şəxslərin hərbi xidmətdə saxlanılması və həmin orqanlara mənsubiyyətinin açıqlanmaması prinsipi onlar ehtiyata buraxılan zaman pozula bilər. Belə ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanuna əsasən, çağırışçıların və bütün hərbi vəzifəlilərin hərbi qeydiyyatı onların yaşayış yeri üzrə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən açıq siyahılarla aparılır.