Ordu

“İslam həmrəyliyi və tariximiz” mövzusunda konfrans keçirilib 

9 Oktyabr 2017 17:32

Masallı Rayon Tarix-Diyarşünaslıq Muzeyində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və Masallı rayonu Rəhim Tağıyev adına Tarix-Diyarşunaslıq Muzeyinin birgə təşkilatçılığı ilə “İslam Həmrəyliyi İli” çərçivəsində “İslam həmrəyliyi və tariximiz” mövzusunda elmi-praktik konfrans keçirilib. “OLAYLAR”-ın Dini Komitəyə istinadən verdiyi xəbərə görə, tədbiri giriş sözü ilə açan Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Əntiqə Tağıyeva qeyd edib ki, dünyada İslam həmrəyliyinin gücləndirilməsi Azərbaycanın xarici siyasətində prioritet məsələlərindən biridir. Təsadüfi deyil ki, müsəlman ölkələri ilə mehriban və qarşılıqlı münasibətlər quran respublikamız təmsil olunduğu hər bir beynəlxalq təşkilat çərçivəsində də İslam dünyasının maraq və mənafelərini müdafiə edir.

Bu gündən həqiqi hərbi xidmətə çağırış başlayıb

1 Oktyabr 2017 10:48

Bu gündən – oktyabrın 1-dən ölkəmizdə növbəti həqiqi hərbi xidmətə çağırış başlayıb.  Azərbaycan prezidenti İlham Əliyevin  5 sentyabr 2017-ci il tarixli sərəncamına əsasən 1999-cu ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1982-1998-ci illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası vətəndaşları 2017-ci il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılırlar.

Cahangir Hacıyev cərimə kamerasına salındı

29 Sentyabr 2017 17:44

"Azərbaycan Beynəlxalq Bankı" ASC-nin keçmiş sədri Cahangir Hacıyev saxlanıldığı 13 saylı Cəzaçəkmə Müəssisəsində cərimə kamerasına salınıb. Bu barədə onun vəkili Aqil Layıc məlumat verib. Vəkil bildirib ki, C. Hacıyev iki gündür, cərimə kamerasında saxlanılır. A. Layıc bildirib ki, C. Hacıyev mətbuatda fikirləri yayıldıqdan sonra cəzalandırılıb. Vəkil müvəkkili ilə görüşə bilmədiklərini, bununla bağlı lazimi qurumlara müraciət etdiklərini deyib. Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov açıqlamasında bildirib ki, hər hansı məhkum daxili nizam-intizam qaydalarını pozursa, cərimə kamerasına salına bilər. M. Sadıqov bu cür məsələlərin xidmət tərəfindən şərh edilmədiyini bildirib.

Cəbhə bölgəsində yerləşən hərbi hissədə  döyüş növbətçiliyinə daxilolma mərasimi keçirilib 

25 Sentyabr 2017 17:19

Cəbhə bölgəsində yerləşən hərbi hissələrin birində bölmələrin döyüş növbətçiliyinə daxilolma mərasimi keçirilib. “OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə. əvvəlcə ümummilli lider Heydər Əliyevin və ölkəmizin suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın dövlət himni səsləndirilib. Tədbiri giriş sözü ilə açan hərbi hissə komandiri döyüş növbətçiliyinə daxil olan bölmələri təbrik edərək tövsiyə və tapşırıqlarını verib.

Kursantların andiçmə mərasimi keçirilib

25 Sentyabr 2017 15:33

 Dövlət Sərhəd Xidməti Akademiyasında kursantların andiçmə mərasimi keçirilib. Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən “Olaylar”a verilən məlumata görə, hərbi andı qəbul etmələri münasibətilə Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin təbriki şəxsi heyətə çatdırılıb. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin 2010-cu ilin avqust ayının 10-da akademiya kompleksinin açılış mərasimində iştirak etməsinin qürur hissi ilə xatırlandığı mərasimdə qeyd olunmuşdur ki, Vətənə sədaqət andı içən kursantların hərbi bilikləri yüksək səviyyədə mənimsəmələri, bacarıqlı, sağlam, peşəkar sərhədçi zabit olmaları üçün akademiyada bütün şərait yaradılmış, güclü elmi-tədris bazası və yüksək ixtisaslı hərbi-pedaqoji heyət formalaşmışdır. Akademiyanın zabit-gizir, professor-müəllim heyəti gənc kursantların Vətənin layiqli müdafiəçiləri kimi yetişmələri üçün bütün bilik, təcrübə və bacarıqlarını sərf edirlər.

Ermənilər 148 dəfə atəşkəsi pozub

25 Sentyabr 2017 10:44

“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 148 dəfə pozub. Ermənistan Respublikası Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə, İcevan rayonunun Berkaber, Paravakar kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun Kəmərli, Qaymaqlı və Qızılhacılı kəndlərində, Berd rayonunun Çinari və Ayqedzor kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Koxanəbi və Muncuqlu kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Aprel qəhrəmanları-Azərbaycanın qələbə müjdəçiləri

22 Sentyabr 2017 11:05

Azərbaycan tarixinin şanlı səhifələrindən olan Aprel qələbəsi hələ uzun illər xatırlanacaq, bu qələbəni xalqa, Azərbaycan ictimaiyyətinə bəxş edən Vətən övladlarımızın əziz və ölməz xatirəsi hər zaman uca tutulacaq. Necə ki, günümüzdə də xalqımız Aprel şəhidlərinə öz dərin ehtiramını izhar edir. Məlumdur ki, Aprel hadisələri zamanı Azərbaycan Silahlı Qüvvələri də müəyyən qədər itgi verdi və bu itgi bizim hər birimiz üçün ağır, hüznlü oldu. Ancaq eyni zamanda Vətən övladlarımızın şücaətindən, göstərdikləri igidlikdən qürurlandıq, fəxr hissi keçirdik. Çünki onlar 4 günlük müharibə zamanı əsl qəhrəmanlıq nümayiş etdirərək Azərbaycanın uzun illərdən sonra qələbə tarixini yazdı.

Genişmiqyaslı təlimlərin döyüş atışlı əsas mərhələsi icra olunub 

21 Sentyabr 2017 17:19

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təsdiq etdiyi plana əsasən keçirilən genişmiqyaslı təlimlərin döyüş atışlı əsas mərhələsi icra olunub. “OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə,plana müvafiq olaraq bu mərhələdə artilleriya, hava hücumundan müdafiə vasitələri, aviasiya, eləcədə digər birləşmələr yeni silah və texnikanın tətbiqi ilə təlim-döyüş tapşırıqlarını yerinə yetiriblər.Mürəkkəb dağlıq relyef və radioelektron, həmçinin təlimlərin niyyəti ilə müəyyən edilmiş digər xarakterik xüsusiyyətlər şəraitində keçirilən təlimlərdə qoşunların müasir ümumqoşun əməliyyatlarının keçirilməsinin müxtəlif üsullarının icrası üzrə bacarıq və vərdişləri praktiki olaraq təkmilləşdirilib, qoşunların və idarəetmə sistemlərinin qarşılıqlı əlaqədə effektiv tətbiqi həyata keçirilib.

MN-nin kollegiyası: Ali Baş Komandanın BMT-də səsləndirdiyi fikirlər ordumuz üçün əmrdi  

21 Sentyabr 2017 17:07

Müdafiə Nazirliyinin rəhbər heyəti, birlik, birləşmə komandirləri, onların müavinləri, xüsusi təyinatlı təhsil müəssisələrinin rəisləri, digər məsul zabitlərin iştirakı ilə cəbhə bölgəsində döyüş və mənəvi-psixoloji hazırlıq, eləcə də təlimlərin yekunlarına həsr olunmuş geniş kollegiya iclası keçirilib. Kollegiya iclasında məsul şəxslərin məruzələri dinlənilib. “OLAYLAR”-ın xəbərinə görə, müdafiə naziri general-polkovnik Zakir Həsənov “Silahlı Qüvvələrin 2017-ci qış tədris dövründə xidməti döyüş fəaliyyətinin nəticələri” mövzusunda məruzə ilə çıxış edib. Təlimlərin nəticələrini də təhlil edən Müdafiə naziri bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təsdiq etdiyi plana əsasən müxtəlif poliqonlarda keçirilən təlimlərdə qarşıya qoyulan məqsəd və vəzifələr uğurla yerinə yetirilib.

Arzu Rəhimov Şəkidə vətəndaşları qəbul edib 

21 Sentyabr 2017 15:37

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu Rəhimov Şəki şəhərində Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonlarının sakinlərinin qəbulunu həyata keçirib. “OLAYLAR”-ın Xidmətə istinadən verdiyi xəbərə görə, qəbulda 30 vətəndaş iştirak edib. Vətəndaşların müraciətləri daha çox Xidmətin aidiyyəti şöbə, bölmələrində işə və ya həqiqi hərbi xidmətə qəbul, eləcə də övladlarının gələcək xidmət yerinin mü­əy­yən­ləş­dirilməsinə dair olub.

Ermənilər mövqelərimizə mərmi atdı

21 Sentyabr 2017 13:03

“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 millimetrlik minaatanlardan da (1 mərmi) istifadə etməklə sutka ərzində atəşkəs rejimini 120 dəfə pozub. Ermənistan Respublikası Noyemberyan rayonunun Şavarşavan kəndində və adsız yüksəkliklərdə, İcevan rayonunun Berkaber kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Qaymaqlı, Fərəhli, Quşçu Ayrım, Qızılhacılı, Bala Cəfərli kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Mosesqex, Çinari və Ayqedzor kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Koxanəbi, Muncuqlu kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Ordumuzun aprel sınağı: yeni qəhrəmanlıq salnaməsi

20 Sentyabr 2017 14:35

Məkirli və hiyləgər əməlləri ilə Azərbaycanı daim təxribatlara sürükləməyə   cəhd edən Ermənistan cari ilin aprel ayında da öz ənənəsinə sadiq qaldı. Belə ki, 2016-cı ilin 2 aprel tarixində səhər erkən saatlardan başlayaraq Ermənistan münaqişə zonasında hərbi fəaliyyətini intensivləşdirərək, mülki əhaliyə qarşı müharibə   və bəşəriyyət əleyhinə cinayətlərə bərabər tutulan çoxsaylı aktlar törətdi. Bu müddət ərzində Ermənistan tərəfi təmas xətti boyunca sıx məskunlaşmış ərazilərdə yaşayan, aralarında qadınlar, uşaqlar və ahılların da olduğu qeyri-döyüşçü mülki əhaliyə qarşı qəsdən, sistematik və hədəflənən hücumlar etdi. Nəticədə 32 yaşayış məntəqəsinin bombalanması nəticəsində aralarında 16 yaşdan kiçik 2 uşaq olmaqla 6 mülki şəxs həlak oldu, 26 şəxs ağır yaralandı. Hücumlar nəticəsində həmçinin çoxsaylı ictimai və şəxsi mülkiyyətə, o cümlədən mülki infrastrukturlara ciddi ziyan dəydi. 232 fərdi yaşayış evi, 99 elektrik dirəyi, 3 elektrik yarımstansiyası, kilometrlərlə su və qaz boruları dağıdıldı.

Hərbi hissədə dini maarifləndirmə tədbiri keçirilib 

20 Sentyabr 2017 10:50

 Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının birgə təşkilatçılığı ilə Daxili Qoşunların Cəlilabad rayonunda yerləşən “N” saylı hərbi hissəsində “Dini radikalizmlə mübarizənin əhəmiyyəti” mövzusunda maarifləndirici seminar-treninq keçirilib. “OLAYLAR”-ın DQİDK-yə istinadən verdiyi xəbərə görə, seminar-treninqi giriş sözü ilə açan hərbi hissənin komandiri polkovnik-leytenant Seymur Şahmuradov tədbirin keçirilməsinin əhəmiyyətindən danışıb. Natiq çıxışında dini radikalizmin törətdiyi fəsadlardan və bununla bağlı hərbçilərin də maarifləndirilməsinin önəmindən bəhs edib.

Müdafiə naziri ön cəbhədə 

19 Sentyabr 2017 16:27

Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin tapşırığına əsasən Silahlı Qüvvələrin cəbhəboyu zonada yerləşən hərbi hissələrinin döyüş qabiliyyəti, şəxsi heyətinin döyüş və mənəvi-psixoloji hazırlığı, həmçinin mülki əhalinin təhlükəsizliyinin təmin olunması şəraitini yoxlamaq məqsədilə Müdafiə Nazirliyinin rəhbərliyi Azərbaycan-Ermənistan dövlət sərhədi istiqamətindəki bölmələrdə olub. “OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, dağlıq ərazidə və çətin iqlim şəraitində düşmənlə qarşıdurma xəttindəki bölmələrdə döyüş növbəsi çəkən şəxsi heyətlə görüşən Müdafiə naziri general-polkovnik Zakir Həsənova mövcud vəziyyət barədə məruzə edilib. Dövlət sərhədinin etibarlı müdafiəsinin, dayanıqlığının düzgün təşkil olunmasını yoxlayan Müdafiə naziri şəxsi heyətin hazırlığını yüksək qiymətləndirib. General-polkovnik Z.Həsənov dövlət sərhədi istiqamətində üzbəüz yerləşən düşmən mövqelərini müşahidə edib.