Ordu
Azərbaycan-Türkiyə 10-cu Yüksək Səviyyəli Hərbi Dialoq İclasının Protokolu imzalanıb
Bakıda keçirilən Azərbaycan-Türkiyə 10-cu Yüksək Səviyyəli Hərbi Dialoq İclası işini başa çatdırıb. “OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, hərbi dialoq çərçivəsində işçi qrupları Azərbaycan ilə Türkiyə arasında təhlükəsizlik, hərbi, hərbi-texniki, hərbi tibb, hərbi təhsil, hərbi sənaye və digər sahələrdə əlaqələrin geniş spektrini nəzərdən keçirib, qarşıda duran tapşırıqların yerinə yetirilməsi üçün əsas fəaliyyət istiqamətləri müəyyən ediblər.
Atəşkəs 145 dəfə pozuldu
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 145 dəfə pozub. Olaylar.az Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, Ermənistan Respublikası Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə, İcevan rayonunun Berkaber və Paravakar kəndlərində yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun Kəmərli, Qaymaqlı, Qızılhacılı kəndlərində, Berd rayonunun Çinari və Ayqedzor kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Koxanəbi və Muncuqlu kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Göyəli, Zamanlı kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Naxçıvanda tanklar hərəkətə gətirildi, helikopterlər havaya qaldırıldı
Azərbaycan Respublikası Silahlı Qüvvələrində keçirilən komanda-qərargah hərb oyunları çərçivəsində Naxçıvan Qarnizonunun qoşunları fəaliyyətlərini davam etdirir. Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, komanda-qərargah hərb oyunlarının planına uyğun olaraq praktiki fəaliyyətlərə cəlb olunan birləşmə və hissələr müxtəlif dərəcəli döyüşə hazırolma vəziyyətinə gətirilməsi üçün cəmləşmə rayonlarına çıxarılıb.
Rusiyada 11 ilə bəbsdə olan azərbaycanlı məhkəmə zalından azadlığa buraxıldı
“Əsgər Ailəsi Cəmiyyəti”nin 25 illiyi qeyd olundu
Noyabrın 7 – də “Əsgər Ailəsi Cəmiyyəti”nin yaradılmasının 25 illiyini qeyd edilib. Olaylar.az bildirir ki, tədbirdə QHT nümayəndələri, ehtiyyatda olan zabitlər, gazilər və şəhid ailələri iştirak edib. Tədbiri giriş sözü ilə açan Emin Həsənli “Əsgər Ailəsi Cəmiyyəti”nin 25 ildə gördüyü işlərdən, cəmiyyətin nailiyyətlərindən, bu təşkilatın Respublikada Vətənpərvərliyin yüksək səviyyədə təbliğ etməsindən danışıb. Ehtiyyatda olan General Sarıyev, Polkovnik Həsən Əmirov, Aprel döyüşçülərindən Ülfət Həsənov və Natiq Mehdiyev çıxış edərək, “Əsgər Ailəsi Cəmiyyəti”nin sədri Roza Əliqızının 25 ildə bu təşkilat vasitəsi ilə xalqımza xidmətindən danışıblar.
Fizulidə tank əleyhinə mina tapılıb
Füzulidə partlamamış hərbi sursat tapılıb. Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Trend-ə verilən məlumata görə, 04 Noyabr 2017-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən və Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Füzuli rayonu, Şükürbəyli kəndi ərazisində 1 ədəd minanın olması barədə məlumatlar daxil olub.
Erməni ordusuna AĞIR ZƏRBƏ: 12 ölü...
Bu gün Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın işğal altındakı Ağdərə rayonu istiqamətində yerləşən hərbi hissəsinin silah anbarında güclü partlayış baş verib. Partlayış nəticəsində hərbi hissənin ərazisində və yaxın ətrafda yerləşən obyeklərə ciddi ziyan dəyib. İlkin məlumata görə, 12 nəfərin öldüyü və xeyli sayda yaralının olduğu bildirilir.
Ermənistanın növbəti təxribatı - Hərbi qulluqçumuz şəhid olub
Oktyabrın 22-də Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşkəs rejiminin pozulması nəticəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Zeynalov Cabbar Firuddin oğlu şəhid olub. Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin əzizlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbr diləyir!
Ali Baş Komandan tapşırıqlar verib - General
Ermənilər cəbhədə növbəti dəfə təxribatlar törətməyə cəhd etsələr, bu, heç bir nəticə verməyəck. Bu sözləri Azərbaycan Ordusunun sabiq korpus komandiri, Birinci Qarabağ müharibəsinin iştirakçısı, general-leytenant Yaşar Aydəmirov deyib. “Ümumiyyətlə, cəbhə xəttində yaranmış vəziyyətgərginləşəndə bütün qoşun növlərində sayıqlığın gücləndirməsi üçün qərar qəbul edilir. Bu qərar ermənilərə qarşı daha çevik manevr imkanlarına hazırlıq məqsədi daşıyır. Görünür, Ermənistan Dağlıq Qarabağ məsələsini təznimlənməsi üzrə danışıqlar prosesində sülhdən boyun qaçırdığına görə, Ali Baş Komandan müvafiq tapşırıqlar verib. Çünki ermənilər hər an təxribatlar törədə bilər. Onlar ancaq təxribatlarla məşğul olsalar da,indiyə qədər heç bir nəticəyə nail ola biməyiblər”, - general bildirib.
Türkiyə və Azərbaycan arasında hərbi saziş
Türkiyə Azərbaycanla hərbi sazişi ratifikasiya edib. Bu barədə Türkiyənin “Rəsmi qəzet”inə istinadən məlumat verib. Qeyd olunur ki, sualtı hücum, sualtı müdafiə və ixtisaslaşmış dalğıcların hazırlanması sahələrində əməkdaşlığın möhkəmələndirilməsi barədə sənəd ratifikasiya olunub.
Qarabağda hərbi hissədə partlayış: Xeyli sayda ölən və yaralanan var
Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın işğal altındakı Xocavənd rayonunda dislokasiya olunan hərbi hissələrindən birində partlayış baş verib. Bu barədə Ermənistanın sosial şəbəkə istifadəçiləri xəbər yayıblar. Məlumatda hadisənin oktyabrın 19-da baş verdiyi və xeyli sayda ölən və yaralananın olduğu qeyd edilib.
Xızıda partlamamış hərbi sursat tapıldı
Xızı rayonu ərazisində yerləşən Müdafiə Nazirliyin N saylı hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA), Fövqəladə Hallar Nazirliyinin və Daxili İşlər Nazirliyinin birgə keçirdiyi təmizləmə əməliyyatları barədə məlumat yayılıb.
Azərbaycan snayperləri iş başında: bir günə 3 erməni ölür, 1-i yaralanır
“Sputnik Armenia” agentliyinin direktoru, 90-cı illərdə NTV kanalının xüsusi müxbiri işləmiş Dmitri Pisarenko öz arxivndən Qarabağa dair 20 il əvvəl çəkilmiş yeni reportaj yayımlayıb. Reportaj 1997-ci ilin mayında Dağlıq Qarabağda qondarma rejimin keçirdiyi “prezident seçkiləri” vaxtı təmas xəttində hökm sürən vəziyyətlə bağlıdır. Jurnalist ermənilərin səngərindən çəkiliş aparır və ona xəbərdarlıq edirlər ki, başından dəbilqəni çıxarmasın, çünki Azərbaycan snayperləri işləyir. Cəmi bir neçə dəqiqədən sonra Pisarenko bu xəbərdarlığın boş yerə olmadığına əmin olur, Azərbaycan snayperinin açdığı atəşlə onun bir metrliyində dayanmış erməni əsgər yerə sərilir. Güllə əsgərin başındakı dəbilqəni deşərək onun kəllə sümüyünü dağıdır. Lakin onu xəstəxanaya çatdırmaq və xilas etmək mümkün olur.
Aprel döyüşlərinin qəhrəmanına süni baş qapağı qoyuldu
Hərbi xidmətlə bağlı qanuna dəyişiklik edilir
Müddətli həqiqi hərbi xidmətdə olan qulluqçulara və hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı həhsil müəssisələrinin kursantlarına hərbi xidmət üzrə məhdudlaşdırma cəzası verilməyəcək. Bununla bağlı Cinayət Məcəlləsinin 50-ci maddəsinə ( Hərbi xidmət üzrə məhdudlaşdırma) maddəsinə dəyişikliklər edilir.














