Ordu
Daşaltı əməliyyatından 26 il ötür
Daşaltı kəndinin erməni silahlı birləşmələrindən təmizlənməsi məqsədilə keçirilən əməliyyatdan 26 il ötür. Daşaltı əməliyyatı hərb tariximizə I Qarabağ müharibəsində Azərbaycan Ordusunun ağır məğlubiyyətə uğraması ilə yanaşı, ordumuzun qəhrəmanlığı və şücaəti ilə də düşüb. Daşaltı əməliyyatı 1992-ci il yanvarın 25-də saat 20:00-da başlanıb, yanvarın 26-da gecə uğursuzluqla başa çatıb. Şuşa yaxınlığında yerləşən, Əsgəran rayonunun Daşaltı kəndinin erməni yaraqlılarından azad edilməsi məqsədilə keçirilən əməliyyata sabiq müdafiə naziri, general-mayor Tacəddin Mehdiyev birbaşa rəhbərlik edib.
Dünyanın ən güclü ordularının REYTİNQİ: Azərbaycan Ermənistanı 35 PİLLƏ QABAQLADI
“Global Firepower” təşkilatı növbəti dəfə dünyanın ən güclü ordularının reytinqini hazırlayıb. 2017-ci il üçün hazırlanan “Global Firepower Index”in müəllifləri təxminən 50 meyar üzrə dünya ordularının gücünü qiymətləndiriblər. Reytinq siyahısı hazırlanarkən orduya çağırılacaq əhalinin sayı, tank, təyyarə, nüvə başlığı, təyyarədaşıyan gəmilər, sualtı gəmilərin miqdarı, həmçinin hərbi büdcənin həcmi nəzərə alınıb.
Ermənilər 120 dəfə atəşkəsi pozub
“OLAYLAR” Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 120 dəfə pozub. Ermənistan Respublikası Noyemberyan rayonunun Dovex kəndində və adsız yüksəkliklərdə, İcevan rayonunun Berkaber, Paravakar kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun Kəmərli, Qaymaqlı, Məzəm, Cəfərli kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Çinari kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam kəndində və adsız yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Azərbaycanda daha 136 adda müdafiə təyinatlı məmulatın istehsalı planlaşdırılır
Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində Müdafiə Sifarişi Proqramına müvafiq olaraq 126 mövzunu əhatə edən 136 adda müdafiə təyinatlı məmulatın yaradılması istiqamətində təcrübi-konstruktor işləri aparılıb. Məlumata görə, bu barədə Müdafiə Sənayesi Nazirliyində nazir Yavər Camalovun sədrliyi ilə keçirilən kollegiya iclasında bildirilib.
Ordu komandirlərinin toplantısı keçirilir
Əlahiddə Ümumqoşun Orduda birləşmə, hərbi hissə komandirləri və onların müavinləri ilə cari ilin ilk komandir toplantısı keçirilir. “OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, toplantının əsas məqsədi idarəetmə orqanlarının açılması, komandirlərin qərar qəbuletmə bacarıqlarının təkmilləşdirilməsi və onlarda döyüş işinin təşkili zamanı yüksək təşkilatçılıq vərdişlərinin aşılanması, eləcə də silahlanmaya yeni daxil edilmiş silah və hərbi texnika ilə tanışlıqdır.
Atəşkəs 128 dəfə pozuldu
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 128 dəfə pozub. Müdafiə Nazirliyi xəbər verir ki, Ermənistan Respublikası Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə, İcevan rayonunun Berkaber kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Quşçu Ayrım, Məzəm, Qızılhacılı kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Tərtərdə qumbara tapıldı
Tərtər rayonu ərazisində 1 ədəd əl qumbarası tapılıb. Bu barədə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyindən (ANAMA) məlumat verilib. Bildirilir ki, bu gün Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən və Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Tərtər rayonu, Yuxarı Qaradağlı kəndi ərazisində 1 ədəd mərminin tapılması barədə məlumatlar daxil olub.
Zakir Həsənov "Rembo"nu Gülhanəyə göndərdi
Aprel döyüşlərində Ağdərə rayonunun Talış yüksəkliyi uğrunda gedən döyüşlərdə başından ağıır qəlpə yarası alan tankçımız, “Rembo” ləqəbli Razi Cavadov bu gün qardaş ölkəyənin paytaxtına – Gülhanə hospitalına müalicəyə göndərilir.
Tərtərdə mərmi tapıldı - FOTO
Tərtər rayonu ərazisində 1 ədəd mərmi tapılıb. Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi Üzrə Milli Agentlikdən (ANAMA) verilən məlumata görə, yanvarın 2-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Agentliyə Tərtər rayonu, Qaynaq kəndi ərazisində 1 ədəd mərminin tapılması barədə məlumat daxil olub.
Müdafiə naziri cəbhədəki zirehli texnikaların döyüş qabiliyyətini yoxlayıb
Cəbhəboyu zonada səfərdə olan Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti tank bölmələrində olublar. “OLAYLAR”-ın nazirliyə istinadən verdiyi xəbərə görə, zirehli texnikaların döyüş qabiliyyəti və tətbiqi imkanlarını yoxlayan nazirə məruzə olunub ki, silahlanmada olan bütün hərbi texnika döyüşə hazır vəziyyətdədir.
Azərbaycanda iki yeni hərbi zavod açılacaq
“Bu ilin iyununda, Silahlı Qüvvələr günü ərəfəsində daha 2 istehsalat müəssisəsində kompleks tamamlanma işləri başa çatdırılıb və Ali Baş Komandan İlham Əliyevin iştirakı ilə istifadəyə verilib. Bununla da istifadəyə verilmiş istehsal müəssisələrinin sayı 58-ə çatdırılıb”. Bunu müdafiə sənayesi naziri Yavər Camalov “17 dekabr – Müdafiə Sənayesi Nazirliyi işçilərinin peşə bayramı günü” ilə bağlı “Azərbaycan” qəzetində işıq üzü görən “Azərbaycanın müdafiə sənayesi ən modern və mükəmməl inkişaf mərhələsindədir” məqaləsində yazıb.
"Aprel döyüşlərində düşməni bu silahlar məhv etdi"
“Bu gün Azərbaycan Ordusu regionun ən güclü ordularından birinə çevrilib. Bunu ötən ilin aprel döyüşləri bir daha sübut etdi”. Bunu Müdafiə sənayesi naziri Yavər Camalov “Azərbaycanın müdafiə sənayesi ən modern və mükəmməl inkişaf mərhələsindədir” məqaləsində qeyd edib.
Zakir Həsənov tapşırıq verdi
Bu gün Müdafiə Nazirliyində general-polkovnik Zakir Həsənovun rəhbərliyi və kollegiya üzvlərinin iştirakı ilə 2017-ci tədris ilində qoşunların hazırlığı üzrə yekunlara dair geniş tərkibdə iclas keçirilib. Tədbirdə Azərbaycan Prezidentinin Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi Fuad Ələsgərov da iştirak edib. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Milli Qəhrəman, jurnalist Salatın Əsgərovanın doğum günüdür
Bu gün Azərbaycanın Milli Qəhrəmanı, jurnalist Salatın Əsgərovanın doğum tarixidir. Salatın Əsgərova 1961-ci ildə Bakıda ziyalı ailəsində anadan olub. 1979-cu ildə paytaxtdakı M.Müşfiq adına 18 saylı orta məktəbi bitirib və elə həmin il Azərbaycan Neft və Kimya İnstitutuna daxil olub. Sonralar jurnalist kimi fəaliyyət göstərib.














