Ordu

Aprel döyüşləri Azərbaycan Ordusunun gücünü düşmənə bir daha sübut etdi

5 Aprel 2018 09:31

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyası və Peşə Təhsili üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə aprelin 3-də Texnika və texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzində “Vətən mənə oğul desə…” adlı maarifçilik tədbiri keçirilib.

25 il Kəlbəcərsiz...

2 Aprel 2018 09:11

Azərbaycanın Kəlbəcər rayonunun Ermənistan tərəfindən işğalından 25 il ötür. Kəlbəcər rayonu 1993-cü il aprelin 2-də Ermənistan tərəfindən işğal olunub. Ərazisi 1936 kvadratkilometr, əhalisinin sayı isə təqribən 70 min olan Kəlbəcər rayonunun işğalı nəticəsində 511 nəfər həlak olub, 321 nəfər itkin düşüb və girov götürülüb, rayona 761 milyon ABŞ dolları məbləğində ziyan dəyib.

Xızıda top mərmisi aşkarlandı

31 Mart 2018 09:46

Martın 30-da Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən və Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng mərkəzi sistemindən Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Xızı rayonu, Sitalçay kəndi ərazisində mərminin tapılması barədə məlumatlar daxil olub. ANAMA-dan verilən məlumata görə, agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.

Milli Məclis martın 30-da xüsusi iclas keçirəcək

13 Mart 2018 12:20

Milli Məclisin 1918-ci ildə baş vermiş Azərbaycanlıların soyqırımının 100 illiyi ilə bağlı martın 30-da xüsusi iclası keçiriləcək. “Olaylar”ın məlumatına görə, xüsusi iclasda soyqırım ilə bağlı qərar layihəsi qəbul ediləcək. Həmçinin, iclasda Milli Məclis tərəfindən beynəlxalq təşkilatlara, bir neçə ölkənin parlamentlərinə ünvanlanacaq müraciət müzakirə ediləcək.

Ötən il 154 mindən çox vergi ödəyicisinin 2,3 mlrd. manatlıq borcu ləğv edilib

13 Mart 2018 11:02

2017-ci il ərzində 163 314 vergi ödəyicisinin 1 mlrd. 912 mln. 624,9 min manat məbləğində borcu yaranıb. Məlumata görə, bu, Nazirlər Kabinetinin 2017-ci ildə fəaliyyəti haqqında hesabatda əksini tapıb. Hesabatda qeyd olunub ki, ötən il 154279 vergi ödəyicisinin 2 mlrd. 285 mln. 354,8 min manat məbləğində borcu ləğv edilib.

Füzulidə top mərmisi aşkarlandı

5 Mart 2018 23:31

Daxili İşlər Nazirliyinin "102" Xidməti - Zəng mərkəzi sistemindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Füzuli rayonu, Yuxarı Kürdmahmudlu kəndi ərazisində 1 ədəd mərminin tapılması barədə məlumat daxil olub. ANAMA-dan verilən xəbərə görə, agentliyin xüsusi mobil çevik əməliyyat qrupu həmin əraziyə göndərilib.

Qaradağlı faciəsindən 26 il ötür

17 Fevral 2018 09:22

Qaradağlı faciəsinin ildöünümür. Faciədən 26 il ötür. Azərbaycan Respublikası, Xocavənd rayonunun Qaradağlı kəndi erməni işğalçılarına qarşı 4 il qəhrəmanlıqla mübarizə aparıb. Kənd 1992-ci il fevralın 17-də işğal edilərək yandırılıb, erməni işğalçıları dinc əhaliyə qarşı soyqırımı həyata keçirib. 26 il əvvəl burada törədilən qətliam, kənd sakinlərinə verilən işgəncələr 200 ilə yaxın bir müddətdə erməni millətçilərinin azərbaycanlılara qarşı həyata keçirdiyi etnik təmizləmə və soyqırımı siyasətinin davamı, Azərbaycan türklərinə bəslədikləri nifrətin nəticəsi idi.

Naxçıvan ordusunac son model zirehli texnika verilib

17 Fevral 2018 09:21

Müasir BTR-82A zirehli transportyorları Naxçıvan Muxtar Respublikasının Əlahiddə Ümumqoşun Ordunun silahlanmasına daxil edilib. Güclü silahı, zirehli müdafiəsi və yüksək manevr qabiliyyəti olan BTR-82A zirehli transportyoru döyüş meydanında piyadaların hərəkət imkanlarını və mobilliyini artırmaq, döyüş fəaliyyətlərini atəşlə təmin etmək, düşmənin müxtəlif silah sistemlərinə qarşı effektiv mübarizə aparmaq, canlı qüvvəsini və hava hədəflərini məhv etmək, ekipajın atıcı silahlardan, mina və mərmi qəlpələrindən, kütləvi qırğın silahlarından qorunması məqsədilə təyin olunub.

Atəşkəs rejimi 131 dəfə pozuldu

11 Fevral 2018 12:58

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 131 dəfə pozub. Ermənistan Respublikası Noyemberyan rayonunun Şavarşavan, Voskevan kəndlərində və adsız yüksəkliklərdə, İcevan rayonunun Berkaber, Paravakar, Ayqeovit kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Fərəhli, Quşçu Ayrım, Qızılhacılı, Bala Cəfərli kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Mosesqex, Çinari kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Ağdam, Koxanəbi, Muncuqlu, Qaralar kəndlərində və adsız yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Göyəli, Zamanlı kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

"Xəzər" TV-nin studiyasında BƏDBƏXT HADİSƏ

2 Fevral 2018 09:30

"Xəzər" televiziyasının studiyasında bədbəxt hadisə baş verib. Fevralın 1-də "Xəzər Xəbər"in efirə gedən 15:00 buraxılışından sonra 1988-ci il təvəllüdlü aparıcı Qədimova Günel Şöfiq qızı studiyada yıxılıb.

Əfqanıstandakı sülhməramlılarımızın bir qrupu Azərbaycana qayıdıb

26 Yanvar 2018 12:45

NATO-nun Əfqanıstan İslam Respublikasında həyata keçirdiyi “Qətiyyətli Dəstək” qeyri-döyüş missiyasının tərkibində fəaliyyət göstərən Azərbaycan Ordusunun 43 nəfərdən ibarət qrupu plana uyğun olaraq rotasiya qaydasında Bakıya qayıdıb. “OLAYLAR” xəbər verir ki, bu barədə məlumatı Müdafiə Nazirliyi yayıb. Əfqanıstandan qayıdan sülhməramlıların qarşılanma mərasimi keçirilib.

Daşaltı əməliyyatından 26 il ötür

26 Yanvar 2018 09:10

Daşaltı kəndinin erməni silahlı birləşmələrindən təmizlənməsi məqsədilə keçirilən əməliyyatdan 26 il ötür. Daşaltı əməliyyatı hərb tariximizə I Qarabağ müharibəsində Azərbaycan Ordusunun ağır məğlubiyyətə uğraması ilə yanaşı, ordumuzun qəhrəmanlığı və şücaəti ilə də düşüb. Daşaltı əməliyyatı 1992-ci il yanvarın 25-də saat 20:00-da başlanıb, yanvarın 26-da gecə uğursuzluqla başa çatıb. Şuşa yaxınlığında yerləşən, Əsgəran rayonunun Daşaltı kəndinin erməni yaraqlılarından azad edilməsi məqsədilə keçirilən əməliyyata sabiq müdafiə naziri, general-mayor Tacəddin Mehdiyev birbaşa rəhbərlik edib.

Dünyanın ən güclü ordularının REYTİNQİ: Azərbaycan Ermənistanı 35 PİLLƏ QABAQLADI

24 Yanvar 2018 13:39

“Global Firepower” təşkilatı növbəti dəfə dünyanın ən güclü ordularının reytinqini hazırlayıb. 2017-ci il üçün hazırlanan “Global Firepower Index”in müəllifləri təxminən 50 meyar üzrə dünya ordularının gücünü qiymətləndiriblər. Reytinq siyahısı hazırlanarkən orduya çağırılacaq əhalinin sayı, tank, təyyarə, nüvə başlığı, təyyarədaşıyan gəmilər, sualtı gəmilərin miqdarı, həmçinin hərbi büdcənin həcmi nəzərə alınıb.