Ordu

Azərbaycanda hərb elminin inkişafının müasir ordu quruculuğuna müsbət təsiri

4 İyun 2018 12:10

Və ölkədə hərbi kadr potensialının formalaşmasında atılan tarixi addım

“Bu gün Azərbaycan dünyanın ən peşəkar ordularından birinə sahibdir”

4 İyun 2018 11:57

“Bu gün Azərbaycan ordusu dünyanın ən güclü ordularındandır. Azərbaycan müstəqilliyini qazandığı ilk illərdə hakimiyyət ordu ilə bağlı konkret heç bir iş görə bilmədi. Bunum nəticəsi olaraq torpaqlarımız bir-birinin ardı ilə işğal olundu. Yalnız Ulu Öndər Heydər Əliyevin ikinci dəfə xalqın təkidi ilə hakimiyyətə qayıdışı vəziyyəti dəyişdi. Heydər Əliyevin həyata keçirdiyi ilk islahat məhz ordu ilə bağlı oldu. Ordumuzun təkmilləşdirilməsi, dünya standartlarına cavab verməsi üçün xüsusi proqramlar, konsepsiyalar qəbul edilməyə başladı”. Bunu internet-media eksperti Səbuhi Abbasov deyib.

Cəbhədən xəbər var

30 May 2018 12:03

“OLAYLAR” Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 98 dəfə pozub.

Azərbaycan ordusu şəhid verdi

20 May 2018 17:59

Mayın 20-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikası sahəsində düşmən tərəfinin növbəti təxribatının qarşısını alarkən, döyüş tapşırığını yerinə yetirən zaman Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Tatarov Adil Əli oğlu şəhid olub.

"Naxçıvandakı uzaqmənzilli raketlər düşmənin istənilən hərbi hədəfini məhv edə bilər"

16 May 2018 16:52

Naxçıvanda yerləşdirilmiş uzaqmənzilli raketlər düşmənin istənilən hərbi hədəfini məhv edə bilər. Bunu Naxçıvan Müəllimlər İnstitutunun yeni binasının açılışında iştirak edən Prezident İlham Əliyev ali təhsil ocağının kollektivi və şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşündə deyib.

Döyüş atışlı taktiki təlimləri keçirilib

16 May 2018 16:30

Əlahiddə Ümumqoşun Ordunun raket-artilleriya bölmələrinin döyüş atışlı taktiki təlimləri keçirilib.

Cəbhədən xəbər var

13 May 2018 10:20

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 89 dəfə pozub. Müdafiə Nazirliyindən verilən məlumata görə, Ermənistan Respublikası Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə və İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qaymaqlı, Quşçu Ayrım, Qızılhacılı kəndlərində, Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.