Zakir Həsənov "Rembo"nu Gülhanəyə göndərdi

Aprel döyüşlərində Ağdərə rayonunun Talış yüksəkliyi uğrunda gedən döyüşlərdə başından ağıır qəlpə yarası alan tankçımız, “Rembo” ləqəbli Razi Cavadov bu gün qardaş ölkəyənin paytaxtına – Gülhanə hospitalına müalicəyə göndərilir. 

Aprel döyüşlərində Ağdərə rayonunun Talış yüksəkliyi uğrunda gedən döyüşlərdə başından ağır qəlpə yarası alan tankçımız, "Rembo" ləqəbli Razi Cavadov bu gün qardaş ölkəyənin paytaxtına - Gülhanə hospitalına müalicəyə göndərilir. 

Məlumatı Razinin atası, Qarabağ Qazisi Vidadi Cavadov verib. Onun bildirdiyinə görə müdafiə naziri Zakir Həsənovun göstərişi və şəxsi qayğısı nəticəsində oğlunun müalicəsinin davam etdirilməsi və müvafiq prosedurların həyata keçirilməsi üçün onun Gülhanəyə göndərilməsinə qərar verilib.

Biz də ümid edirik ki, Razi tezliklə müalicəsini uğurla başa çatdıraraq vətənə, ailəsinin, övladlarının yanına qayıdacaq. Moderator.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31