Azərbaycan Ordusu tarixinin ən şərəfli dövrünü yaşayır- ÖZƏL
6 Dekabr 2023 13:28 OrduXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
"Qürur hissi ilə qeyd etməliyik ki, Ümummilli Lider Heydər Əliyevin yaratdığı möhkəm təməl üzərində Azərbaycan Ordusu tarixinin ən şərəfli dövrünü yaşayır". "Olaylar" xəbər verir ki, bunu deyən YAP Qəbələ rayon təşkilatının sədri Abil Ağasəfovun sözlərinə görə, Vətən müharibəsində qazandığımız şanlı Qələbədən sonra ordu quruculuğunda bir çox islahatlar aparıldı, işğaldan azad edilmiş ərazilərimizdə yeni hərbi hissələr yaradıldı: "Silahlı Qüvvələrimiz qarşısında dayanan bütün vəzifələri yerinə yetirmək, ərazi bütövlüyümüzü və suverenliyimizi müdafiə etmək və sərhədlərimizi qorumaq üçün bütün imkanlara malikdir. Bu ilin 19-20 sentyabr tarixlərində həyata keçirilən lokal antiterror tədbirlərinin nəticələri Azərbaycan Ordusunun hansı imkanlara malik olduğunu bir daha təsdiqlədi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin 20 sentyabr tarixində xalqa müraciətində bəyan etdi: "Bizə xor baxanlar, torpağımıza göz dikənlər, uğurumuzu həzm edə bilməyənlər heç vaxt, heç vaxt unutmasınlar ki, "dəmir yumruq" yerindədir və hər zaman yerində olacaq! Heç kim bizimlə diktat və ultimatum dilində danışa bilməz! Bunu heç kim unutmasın! Onu da unutmasın ki, Qarabağ Azərbaycandır!"