Hava Hücumundan Müdafiə bölmələrində döyüş atışları icra olunub - VİDEO
5 Dekabr 2023 10:12 OrduXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
2023-cü ilin hazırlıq planına uyğun olaraq, Hava Hücumundan Müdafiə (HHM) bölmələrində döyüş atışları icra olunub.
Müdafiə Nazirliyindən Olaylar.az-a bildirilib ki, icra olunan praktiki atışlar zamanı şərti düşmənin hava hədəfləri aşkar olunaraq zenit-raket kompleksləri vasitəsilə yüksək dəqiqliklə məhv edilib.
Xüsusi peşəkarlıq nümayiş etdirən şəxsi heyət qarşıya qoyulan döyüş tapşırıqlarını müvəffəqiyyətlə yerinə yetirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31