Türkiyə yüzlərlə hərbçi göndərdi: Sərhəd bağlandı - Hərbi əməliyyatlar başlayır
27 Oktyabr 2021 21:13 OrduTürkiyə Suriyaya əlavə hərbi qüvvələr cəlb edir.
Bu barədə Bloomberg nəşri məlumat yayıb. Bildirilir ki, son günlər Suriyaya hərbçilərin cəlb edilməsi prosesi intensivləşib. Məlumata görə, bu PKK-ya qarşı hərbi əməliyyatlara hazırlıq məqsədi daşıyır. Bildirilir ki, ötən gecə Türkiyə Suriyaya yüzlərlə hərbçi göndərib.
Məlumatda bildirilir ki, Ərdoğanın bu həmləsinə ölkəsində də dəstək var. Bundan əlavə hərbi əməliyyatlara hazırlıq çərçivəsində Türkiyə Suriya ilə 910 kilometrlik sərhədin 1/3-də hissəsini bağlayıb.
Mənbə: metbuat.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31