Azərbaycan hərbçiləri “Artilleriya atəşinin ustaları” müsabiqəsində gecə atışları icra edib

Beynəlxalq Ordu Oyunları - 2021” yarışları çərçivəsində Qazaxıstanda keçirilən “Artilleriya atəşinin ustaları” müsabiqəsi davam edir

"Beynəlxalq Ordu Oyunları - 2021" yarışları çərçivəsində Qazaxıstanda keçirilən "Artilleriya atəşinin ustaları" müsabiqəsi davam edir.

Azərbaycan və Türkiyə sülhməramlıları Əfqanıstandan NƏ ÜÇÜN ÇIXDI?

Müdafiə Nazirliyindən  verilən məlumata görə, doqquz ölkənin iştirak etdiyi müsabiqənin növbəti mərhələsində tapşırıqlar gecə vaxtı icra edilib.
Bu mərhələdə komandalar zirehli döyüş maşınlarında gecəgörmə cihazlarından istifadə etməklə marşrut üzrə təyin olunan müxtəlif maneələri dəf edib, həmçinin işıqlandırılan hədəflərə minaatanlar, qumbaraatanlar və avtomatlardan atəş açıblar.
Hərbçilərimiz bu mərhələdə də bütün hədəfləri sərrast atəşlə məhv edib.
İkinci mərhələnin nəticələrinə görə Qazaxıstan birinci, Rusiya ikinci, Azərbaycan artilleriyaçıları isə üçüncü yerdə qərarlaşıb.
Qeyd edək ki, "Artilleriya atəşinin ustaları" müsabiqəsi üç mərhələdən ibarətdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31