Azərbaycan və Türkiyə sülhməramlıları Əfqanıstandan NƏ ÜÇÜN ÇIXDI?

Türkiyə və Azərbaycan sülhməramlılarının Əfqanıstdan geri çağrılması bir neçə gündür, müzakirə mövzusudur. Xüsusilə Pakistan və Taliban arasında Kabil hava limanının qorunmasında Türkiyə ilə bağlı razılaşmanın olmasından sonra bu addım təəccüb doğurur.

Türkiyə və Azərbaycan sülhməramlılarının Əfqanıstdan geri çağrılması bir neçə gündür, müzakirə mövzusudur. Xüsusilə Pakistan və Taliban arasında Kabil hava limanının qorunmasında Türkiyə ilə bağlı razılaşmanın olmasından sonra bu addım təəccüb doğurur.

Türkiyə sülhməramlıları Əfqanıstandan nə üçün çıxdı? Bundan sonrakı proseslər necə olacaq? 

Olaylar.az xəbər verir ki, mövzu ətrafında sfera.az-a danışan politoloq Zaur Məmmədov Türkiyə və Azərbaycan qüvvələrinin Əfqanıstanadn çıxarılmasınln taliblərin istəyinə bağlı olduğunu deyib. Ekspert bundan sonrakı mərhələdə ABŞ-ın mövqe dəyişdirməli olacağını deyib:

"Taliblər bütün Əfqanıstanda digər ölkə hərbçilərinin çıxarılması ilə bağlı göstəriş verib. Dünənki terror aktı göstərdi ki, demokratlar Baydenin Əfqanıstanla bağlı siyasətində düzəlişlər etməlidirlər. Ən azından Əfqanıstandakı vəziyyətin sabitləşməsində, İŞİD-ə qarşı mübarizədə ABŞ məsuliyyəti öz üzərinə götürməlidir. Baydenin ötən gün İŞİD-i vurmaqla bağlı açıqlaması göstərir ki, Tramp və respublikaçıların demokratları tənqid etməsi işə yarayıb.

Demokratlar başa düşüblər ki, gələcəkdə parlament seçkiləri var və eyni zamanda ABŞ-ın son addımları dünya miqyasında ABŞ-a zərbə vurub".

Politoloq Əfqanıstanın coğrafi şəraitinin də taliblərə qarşı mübarizə üçün maneə yaratdığını deyib:

"Bəlli məsələdir ki, Pakistan taliblərlə çox sıx ünsiyyətdədir. Pakistanın Əfqanıstanda gücə malik olması isə Türkiyə üçün müsbət haldır. İndi Kabildə terror aktları fonunda türk əsgərlərinin olması yaxşı hal deyil. Türkiyənin maraqlarına cavab verən haldır ki, əsgərləri oradan çıxardı. Türkiyənin məsuliyyəti üzərinə götürməsi, terrorçulara qarşı dayanması çıxış yolu deyil. Əfqanıstadakı vəziyyətdə günahkar ABŞ və NATO-dur. Əfqanıstanın Suriyaya çevrildiyi açıq-aşkar ortadadır. Lakin Suriyadan fərqli olaraq Əfqanıstanın coğrafi şəraiti terrorçulara qarşı mübarizəni çətinləşdirir. Bu baxımdan çətin ki, hansısa ölkə Əfqanıstanda Talibana qarşı mübarizə apara bilsin. ABŞ hansı ölkədə uzun müddət qalırsa, o ölkə sonradan müharibə ocağına çevrilir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31