Vətən Müharibəsi Qəhrəmanı korpus komandiri təyin edildi

Xəbər verdiyimiz kimi, Müdafiə Nazirliyində yeni təyinatlar olub.

Xəbər verdiyimiz kimi, Müdafiə Nazirliyində yeni təyinatlar olub.

Bu təyinatlardan biri də Xüsusi Təyinatlı Qüvvələrin komandanı general-leytenant Hikmət Mirzəyevin birinci müavini general-mayor Kənan Seyidovla bağlıdır.

Prezident İlham Əliyevin sərəncamına əsasən, general-mayor Seyidov Kənan Əlihüseyn oğlu Xüsusi Təyinatlı Qüvvələr komandanının birinci müavini - qərargah rəisi vəzifəsindən azad edilərək, 5-ci Ordu Korpusunun komandiri təyin olunub.

Qeyd edək ki, ötən ilin noyabrın 20-də general-mayor rütbəsi alan Kənan Seyidov Vətən müharibəsi işitakçısıdır. O, ikinci Qarabağ müharibəsində göstərdiyi şücaətə görə 4 medala layiq görülüb. K.Seyidov "Vətən Müharibəsi Qərhrəmanı" adı ilə birgə Şuşa, Füzuli və Cəbrayılın azad olunmasına görə medalları ilə təltif edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31