ANAMA: Ötən həftə 143 hektar ərazi minalardan təmizlənib
Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatı açıqlayıb
17 İyul 2021 21:59 OrduMinatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatı açıqlayıb.
ANAMA-dan verilən məlumata görə, iyulun 12-dən 17-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarının ərazilərində aparılmış əməliyyat-axtarış tədbirləri zamanı piyada əleyhinə 54, tank əleyhinə 15 mina və 108 ədəd partlamamış hərbi sursat aşkarlanıb.
Əməliyyatlar nəticəsində 143 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31