Ordumuz S-125-lərlə hədəfləri vurdu - Video
14 Aprel 2021 11:36 OrduMüdafiə nazirinin təsdiq etdiyi 2021-ci ilin döyüş hazırlığı planına əsasən Hərbi Hava Qüvvələrinin Zenit-Raket Qoşunlarında döyüş atışlı təlimlər keçirilib.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Təlimlərdə şəxsi heyət şərti düşmən hədəflərini aşkarlayaraq onların S-125 zenit-raket komplekslərindən məhv edilməsi tapşırıqlarını müvəffəqiyyətlə icra edib.
Təlimlərin əsas məqsədi şəxsi heyətin praktiki vərdişlərinin təkmilləşdirilməsi və döyüş qabiliyyətinin yüksəldilməsidir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31