“Çox keçmədən Cənab Prezidentin və Mehriban xanımın növbəti səfərlərini Xocalıda, Xankəndində, Xocavənddə görəcəyik”- Elman Vəliyev
“Cənab Prezident İlham Əliyevlə Vitse Prezident Mehriban Xanım Əliyevanın işğaldan azad edilmiş ərazilərə səfər etmələri və bu ərazilərdən çıxışlar etməsi birbaşa düşmənlərə və dünyaya mesajdır. 30 ildən sonra Azərbaycan Prezidentinin erməni tapdağında olan torpaqlara ayaq basması tarixi qələbədir...
17 Avqust 2021 16:59 Müsahibə"Cənab Prezident İlham Əliyevlə Vitse -Prezident Mehriban xanım Əliyevanın işğaldan azad edilmiş ərazilərə səfər etmələri və bu ərazilərdən çıxışlar etməsi birbaşa düşmənlərə və dünyaya mesajdır. 30 ildən sonra Azərbaycan Prezidentinin erməni tapdağında olan torpaqlara ayaq basması tarixi qələbədir."
Bu fikirləri Olaylar.az-a siyasi ekspert Elman Vəliyev deyib:
"Prezident hər səfər zamanı çıxış edir. Bu dəfəki Kəlbəcər və Laçın səfərində də mühüm məqamlara toxundu. Dövlət rəhbərinin işğaldan azad edilmiş əraziyə səfər etməsi qalıb tərəfin, haqlı tərəfin kim olduğunu göstərir. Səfər edilən torpaqların Azərbaycana məxsus olmasından, Ermənistanın və havadarların bir də buralara göz dikə bilməyəcəklərindən, dikərlərsə hesabını verəcəklərindən xəbər verir
Əsas məqam Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ilə bağlıdır. Şərqi Zəngəzur adının çəkilməsi Qərbindən də xəbər verir. Zəngəzur dəhlizinin marşrut xətti Qərbi Zəngəzur ərazisinə düşür. Bu dəhlizin açılması böyük prestijlərə malikdir. Bu səfərdən əvvəl isə Prezident CNN Türk kanalına müsahibə vermişdi. Bu müsahibə aşkar mesaj idi. Ermənistan tərəfi sülhə razılıq verməyib yenə yanlış seçim edərək müharibə fikrinə düşərsə, bu dəfə daha ağır nəticələrlə üzləşəcək. Ancaq Azərbaycan tərəfi sülhdən yanadır. Ermənistanla əlaqələri bərpa etmək niyyətindədir. Əminəm ki, çox uzun müddət keçmədən Cənab Prezidentin və Mehriban xanımın növbəti səfərlərini Xocalıda, Xankəndində, Xocavənddə görəcəyik".
Mehriban Xəlilli