Radikalların mitinq şousu nəyə hesablanıb?

Azərbaycan müxalifətinin radikal qanadı və onların Qərbdəki himayədarları yenidən maksimum imkanlardan yararlanaraq ölkəmizə qarşı hərəkətə keçiblər. Verilən sifariş və icra olunan layihə ondan ibarətdir ki, referendum öncəsi ölkədəki ictimai-siyasi sabitlik pozulsun, sentyabrın 26-da keçirilməsi nəzərdə tutulan ümumxalq səsverməsinə əngəl yaradılsın.

Azər Verdiyev: "Məqsəd mövcüd siyasi situasiyadan istifadə edərək ermənipərəst təşkilatlardan qrantlar əldə etməkdir"

"Məhz Əli Kərimli ilə İsa Qəmbər arasında gedən pul davası ölkə müxalifətini çökdürdü"

Azərbaycan müxalifətinin radikal qanadı və onların Qərbdəki himayədarları yenidən maksimum imkanlardan yararlanaraq ölkəmizə qarşı hərəkətə keçiblər. Verilən sifariş və icra olunan layihə ondan ibarətdir ki, referendum öncəsi ölkədəki ictimai-siyasi sabitlik pozulsun, sentyabrın 26-da keçirilməsi nəzərdə tutulan ümumxalq səsverməsinə əngəl yaradılsın. Artıq bu istiqamətdə ilkin addımların atılmasına start verilib. Belə ki, sentyabrın 11-dən etibarən müxalifətin radikal qanadının konstitusiya islahatlarına etiraz adı altında keçirdiyi mitinq əslində referendum əleyhinə yox, ölkədəki sabitliyin pozulması, xaos, anarxiyanın yaranması və bundan istifadə edərək radikalların hakimiyyəti ələ keçirməsinə hesablanıb. Ancaq hər zaman olduğu kimi bu dəfə də Azərbaycan cəmiyyətinin radikallara dəstək nümayiş etdirməməsi onların planlarını yarımçıq qoyub. 11 və 17 sentyabr uğursuzluqları Milli Şura adlanan qurumu əvvəldən elan etdiyi 24 sentyabr mitinqini belə təxirə salmağa vadar edib. Ekspertlər hesab edirlər ki, radikallar xalqın dəstəyindən məhrum olduğu üçün onların keçirdiyi aksiyalar cəmiyyət tərəfindən normal qarşılanmır. Ona görə də xalqın maraqlarına cavab verməyən istənilən bu cür addım məhvə məhkumdur. Elə Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının Analitik Mərkəzinin rəhbəri, müstəqil ekspert Azər Verdiyev də bu qənaətdədir. "OLAYLAR"-a verdiyi müsahibədə Azər Verdiyev radikalları himayə edən bəzi xarici dairələrin başlıca məqsədi barədə də danışıb.

-Azər bəy, Milli Şura adlanan qurum, eləcə də Müsavat Partiyasının son həftələr bir neçə mitinq keçirməsinin arxasında sizcə nə dayanır? Bu aksiyalar doğurdan Konstitusiya dəyişikliklərinin əleyhinə yönəlib, yoxsa müəyyən xarici dairələrin maraqlrına hesablanıb?

-Çox təəssüflə qeyd etməliyəm ki, özlərini müxalifət adlandıran bir qrup qaragüruhçunun mitinq adı altında toplantılar keçirməsi heç də xalqın maraqlarına hesablanmayıb. Referendum hər bir xalqın həyatında olub və birmənalı şəkildə inkişaf konsepsiyasına hesablanıb. Milli Şura isə referendumu boykot edir. Bu

insanlar referendum sözünün mənasını belə bilmirlər. Bu ümumxalq səsverməsidi, bunu necə boykot eləmək olar axı? Bu sadəcə olaraq biabırçılıqdı.

-Aksiyaların müxalifətin xarici ölkə səfirlikləri ilə keçirdiyi görüşlərdən sonra təşkil olunması təsadüfdürmü, yoxsa mitinq təlimatı həmin görüşlərdə verilib?

-Yuxarıda da qeyd etdim ki, bir qrup özünü müxalifət adlandıran qaragürühçü. Bunu təsadüfən demədim. Əgər tarixə nəzər salsaq görərik ki, cəmiyyətin tanımadığı və qəbul etmədiyi Milli Şura yalnız və yalnız seçkilər öncəsi fəallaşır. Bu da təsadüfi deyil. Məqsəd sırf mövcüd siyasi situasiyadan istifadə edərək ermənipərəst təşkilatlardan qrantlar əldə etməkdir.

-Aksiyaların keçirilməsində Qərbdəki bəlli dairələrin sizcə başlıca marağı nədir?

-Qərb hər zaman imkan düşdükcə Azərbaycan kimi demokratik, inkişaf edən dövlətlərdə xaos yaratmağa çalışır. Dövlətin siyasi gücünü zəiflətmək onu özündən asılı salmaq deməkdir. Ermənistan hər kəs bilir ki, müstəqil dövlət deyil, sadəcə olaraq müstəmləkədir. Azərbaycanı da məhz bu günə qoyma istəyirlər. Lakin Prezident İlham Əliyevin uzaqgörən siyasəti bizi hələ çox illər qoruyacaq.

-17 sentyabr mitinqindən bir gün əvvəl Fredoom House təşkilatının bir növ aksiyaya çağırış etməsi Azərbaycana qarşı hazırlanmış məkirli planın tərkib hissəsi sayıla bilərmi?

-Artıq bütün dünya Fredoom Hause və bu kimi təşkilatları ciddi qəbul etmir. Hər kəs bilir ki, bu təşkilatlara kim çox pul versə onun havası çalınacaq. Azərbaycan isə birmənalı şəkildə öz siyasətini süni maddi maraqlar üzərində qurmayıb. Bu mənada bu təşkilatın verdiyi qərarlar, hesabatlar da əsassızdır

-Radikal müxalifətin bir-birinin ardınca aksiya keçirmək yarışına girməsi onu deməyə əsas verirmi ki, mitinqlər üçün xaricdəki bəlli dairələr tərəfindən müəyyən maliyyə vəsaiti də ayrılıb və partiyalar da həmin vəsaiti mənimsəmək uğrunda daha çox mübarizə aparırlar?

-Bu hər zaman belə olub. Məhz Əli Kərimli ilə İsa Qəmbər arasında gedən pul davası ölkə müxalifətini çökdürdü. Son 10 ilə nəzər salsanız görərsiniz ki adamlar bir-birilərinin ünvanına etmədikləri ittihamlar qalmayıb.

-Bu arada Cəmil Həsənlinin Strasburqa səfəri, ABŞ Konqresində, Haaqada Azərbaycanla bağlı müzakirələrin təşkili də bəzi Qərb dairələrinin

Azərbaycanda vəziyyəti gərginləşdirmək üçün yenidən hərəkətə keçdiyini sübut edirmi?

-Bir daha qeyd edirəm ki, ABŞ və Qərb dairələrində olan bəzi radikal, ermənipərəst qüvvələr hər zaman ölkəmizə qarşı mənfur planlar hazırlayıblar. Təssüflə qeyd etməliyəm ki, onlar bu planlarında məhz Cəmil Həsənli kimi satılmış "ziyalı"lardan da istifadə edirlər

-Sizcə həm Qərbdəki bəlli dairələr, həm də radikal müxalifət bu məkirli planını həyata keçirə biləcəkmi?

-Qərb və bəzi dairələr Azərbaycanı Yaxın Şərq ölkələri ilə eyniləşdirməyə çalışdılar. Son 10 ildə isə onlar başa düşüblər ki, Azərbaycanın siysi hakimiyyəti xalqla daha sıx təmasdadır. Ölkədə hər kəs dünya reallıqlarını qəbul edir və sabitliyin qorunması üçün mücadilə aparır.

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31