Azərbaycan siyasi mühitində passivlik hökm sürür

Müsavat Partiyasından ayrıldıqdan sonra tərəfdarları ilə birlikdə yeni partiya quruculuğu istiqamətində çalışan Tural Abbaslı sədri olduğu AĞ Partiyanın dövlət qeydiyyatına alınması üçün Ədliyyə Nazirliyinə müraciət edib. Hələlik sabiq müsavatçının bu istəyi reallaşmasa da, lakin Tural Abbaslı Ədliyyə Nazirliyinin partiyanı dövlət qeydiyyatına alacağına ümid edir. Tural Abbaslı “OLAYLAR”-a verdiyi müsahibədə deyib ki, əslində AĞ Partiyanın dövlət qeydiyyatına alınması üçün müraciət edilmir. Belə ki, AĞ Partiya "Vahid Azərbaycan" Partiyası adıyla hələ 1993-cü ilin yanvar ayında dövlət qeydiyyatından keçib. Sadəcə olaraq Vahid Azərbaycan Partiyasının sonuncu 26.06.2016 cı il tarixli qurultayında partiyanın adı AĞ partiya kimi dəyişilib. Hazırda həmin dəiyişikliklərin reyestirə salınması istənilir. Tural Abbaslı müsahibəsində hazırda müxalifət düşərgəsində olan vəziyyət barədə də danışıb.

Tural Abbaslı: "23 ildir dəyişmədən meydanda olan siyasi müxalifətin də nəticəsiz mübarizəsi insanları siyasətdən tamam ayırıb"

Müsavat Partiyasından ayrıldıqdan sonra tərəfdarları ilə birlikdə yeni partiya quruculuğu istiqamətində çalışan Tural Abbaslı sədri olduğu AĞ Partiyanın dövlət qeydiyyatına alınması üçün Ədliyyə Nazirliyinə müraciət edib. Hələlik sabiq müsavatçının bu istəyi reallaşmasa da, lakin Tural Abbaslı Ədliyyə Nazirliyinin partiyanı dövlət qeydiyyatına alacağına ümid edir. Tural Abbaslı "OLAYLAR"-a verdiyi müsahibədə deyib ki, əslində AĞ Partiyanın dövlət qeydiyyatına alınması üçün müraciət edilmir. Belə ki, AĞ Partiya "Vahid Azərbaycan" Partiyası adıyla hələ 1993-cü ilin yanvar ayında dövlət qeydiyyatından keçib. Sadəcə olaraq Vahid Azərbaycan Partiyasının sonuncu 26.06.2016 cı il tarixli qurultayında partiyanın adı AĞ partiya kimi dəyişilib. Hazırda həmin dəiyişikliklərin reyestirə salınması istənilir. Tural Abbaslı müsahibəsində hazırda müxalifət düşərgəsində olan vəziyyət barədə də danışıb.

-Tural bəy, hazırda partiya quruculuğu prosesi hansı mərhələdədir?

-Hazırda partiyada əsasən təşkilati işləri gücləndiririk. Belə ki, bu işlər çərçivəsində partiyanın strukturlarının formalaşması, yerli rayon qollarının və özəklərinin formalaşdırılması, Bakı şəhəri üzrə strukturların yaradılması, partiyanın həm ictimaiyyətə, həm də aidiyyatı üzrə beynəlxaq təşkilatlara tanıtımının təşkili və s. üzrə intensiv işləyirik. Bu işlərin başında bizim üçün əlbəttə ki, yeni fəal üzvlərin cəlb olunması dayanır. Çünki heç bir partiya güclü elektoral bazaya malik olmadan ciddi nəticələr əldə edə və uğur qazana bilməz. Azərbaycandakı passiv siyasi mühiti və insanların ümumiyyətlə siyasi proseslərə inamının itdiyi bir dönəmdə bu işlərin nə qədər enerji və güc tələb etdiyini ifadə etmək çətindir. Ancaq mən əminəm ki, biz bunu bacaracağıq və Azərbaycan siyasi səhnəsində AĞ Partiya adlı bir siyasi qüvvəylə hər kəs hesablaşacaq.

-Partiyanın qeydiyyatı ilə bağlı Ədliyyə Nazirliyinə ünvanladığınız müraciət nazirlik tərəfindən necə dəyərləndirilib?

-Ədliyyə Nazirliyinə artıq 2 dəfə lazımı sənədləri göndərmişik. Onlar da öz növbələrində bizə rəsmi cavab veriblər. Ancaq cavabları analiz etdikdə görürük ki, Ədliyyə Nazirliyi heç bir ciddi qüsur tapmadığı üçün sadəcə bəhanələrlə süründürməçiliklə məşğuldur. Ancaq biz sona qədər hüququmuz uğrunda mübarizə aparacağıq və inşallah istədiyimiz nəticəni də əldə edəcəyik,

-Bəs nazirlik partiyanızı qeydə almayacağı təqdirdə hansı addımlar atmağı düşünürsünüz?

-Əslində Ədliyyə Nazirliyinə biz AĞ Partiyanı dövlət qeydiyyatına alması üçün müraciət etmirik. Zatən AĞ Partiya "Vahid Azərbaycan" Partiyası adıyla hələ 1993-cü ilin yanvar ayında dövlət qeydiyyatından keçib. Sadəcə olaraq Vahid Azərbaycan Partiyasının sonuncu 26.06.2016 cı il tarixli qurultayında biz partiyanın adını AĞ partiya kimi dəyişdik. Təbii ki, bu qurultayda partiya sədri, digər seçkili orqanlar və Nizamnamə də dəyişdirildi. Bizim Ədliyyə Nazirliyinə indiki müraciətimiz edilən bu dəyişikliklərin reyestir qeydiyyatına alınması üçündür. Bu halda isə Ədliyyə Nazirliyinin bunları qeydə almaqdan imtina etməsi səlahiyyəti yoxdur. Sadəcə olaraq qeyd etdiyim kimi qeyri-qanuni bəhanələr gətirərək vaxt uzadırlar və süründürməçiliklə məşğuldurlar. Əgər bu belə davam etsə biz paralel olaraq öz hüquqlarımızı məhkəmə yolu ilə də bərpa etməyə çalışacağıq.

-Hazırda siyasi müxalifət həddən artıq passiv görünür. Sizcə, bunu şərtləndirən amillər hansılardır?

-Bəli sizinlə razıyam ki, hazırda Azərbaycan siyasi mühitində passivlik hökm sürür. Ancaq, bunu yalnız siyasi müxalifətə aid etmək doğru deyil. Bu passivliyin başlıca səbəbi xalqın siyasi proseslərə itən ümidi və siyasi aktyotlara olan inamsızlığıdır. Üstəlik də artıq 23 ildir dəyişmədən meydanda olan siyasi müxalifətin də nəticəsiz mübarizəsi insanları siyasətdən tamam ayırıb. Artıq xalq öz gücünə inamını itirib deyə bu qədər biganəlik və passivlik hökm sürür.

-Bəs sizin partiya bu passivliyi aradan qaldırmağa müvəffəq ola biləcəkmi?

-Bu passivliyi aradan qaldlrmaq səsləndiyi qədər də sadə məsələ deyil. Burada bir daha qeyd edirəm əsas məsələ xalqın siyasi proseslərə itən inamını qaytarmaqdır. Onların öz gücünə inamı bərpa edilməlidir. Bu isə tək bir partiyanın görə biləcəyi iş deyil. Burada dünyada baş verən hadisələrdən tutmuş qonşu dövlətlərin siyasi vəziyyəti də rol oynaya bilir. Necə ki, zamanında narıncı inqilablar, ərəb baharı, ən son isə qardaş Türkiyədəki prosseslər rol oynadı. Ancaq əminəm ki, biz partiya olaraq üzərimizə düşən işləri görə bilsək, xalq buna biganə və reaksiyasız qalmayacaq. Odur ki, biz siyasi aktivliyi bərpa etmək üçün əlimizdən gələni edəcəyik. Nəticənin olub-olmayacağını isə təbii ki, zaman göstərəcək

-Partiyanın beynəlxalq əməkdaşlıq məsələsində sağ, yoxsa sol qüvvələrə üstünıük verəcək?

.Bizim partiyanln siyasi ideologiyası sağ mühafizəkardır. Yəni biz əsasən sağ yönümlü partiyayıq və təbiidir ki, istər beynəlxalq əlaqələr olsun, istərsə də daxili əlaqələrdə, əsasən sağ yönümlü təşkilatlara üstünlük veriləcək. Təbii ki, biz beynəlxalq əlaqələr dedikdə ilk növbədə dost və qardaş Türkiyəni nəzərdə tuturuq. AĞ Partiya olaraq bizim prioritetimiz və əsas istiqamətimiz Türkiyə ilə əlaqələr olacaq. İdeoloji baxımdan yaxınlığımıza görə isə təbiidir ki, Türkiyə siyasi aəhnəsində də əsasən AK partiylə əməkdaşlığa üstünlük veriləcək. Biz güclü türk-islam siyasi və iqtisadi birliyinin yaranmasının tərəfdarıyıq və bunun baş tutması üçün də var gücümüzlə mübarizə aparacağıq. Uca Allah bu yolda bizim yardımçımız olsun.

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31