Ermənilərlə farsların etnik yaxınlığı
Gövhər Baxşəliyeva: “Ermənilər farslarla qardaş, ən uzağı, “əmioğlu” olduqlarını sübut etmək üçün saxta mənbələrə istinad edirlər”
15 May 2012 14:56 MüsahibəMüsahibimiz millət vəkili Gövhər Baxşəliyevadır.
-Gövhər xanım, son vaxtlar İran İslam Respublikası Azərbaycana qarşı qərəzli çıxışlarının sayını artırıb. Sizcə, bu prosesin kökündə hansı məqamlar durur?
- Müasir İranın həm daxili, həm xarici siyasəti ikili standartlar, bəzən isə hətta riyakarlıq üzərində qurulub. İran İslam Respublikası çoxmillətli ölkədir. Burada böyüklü-kiçikli 80-dən çox xalq yaşayır ki, bunlar dil, milli kimlik, tarix, ənənə və bəziləri hətta dini məzhəb cəhətdən biri digərindən, o cümlədən, farslardan fərqli olsa da, onların hamısı "iranlı" və ya "İran milləti" adlandırılır. Farslardan əlavə, bu ölkədə 30-35 milyon Azərbaycan türkü, 5 milyondan çox kürd, 3-4 milyon ərəb, bəluc, mazandaranlı, gilək, talış, türkmən və sair millətlər yaşayır, ancaq İran əhalisinin böyük əksəriyyətini təşkil edən bu xalqların öz ana dilində bir məktəbi belə yoxdur. Halbuki bu ölkənin Konstitusiyasının 14-cü maddəsində aydın yazılıb ki, "İran xalqı hansı etnik qrup (qövm), qəbilədən olmasından asılı olmayaraq, bərabər hüquqa malikdir, rəng, irq, dil və bu kimi amillər kimsəyə üstünlük (imtiyaz) vermir. Er¬məni¬lərdən başqa - onların sayı 120-150 min arasında göstərilir, qeyri-mü¬səlmanlar təqib olunur, onlara qarşı həbs və zorakılıqlardan belə çəkinilmir. Milli, dini və məzhəb ayrı-seçkiliyi ölkənin dövlət siyasətinin mühüm tərkib hissəsidir. Rəsmi Tehran Əsas Qanunun 11-ci maddəsini də - "Bütün müsəlmanlar bir ümmətdir və İran İslam Cümhuriyyəti öz ümumi siyasətini islam xalqlarının birlik, vəhdət və həmrəyliyi əsasında qurmağa, islam dünyasında siyasi, iqtisadi və mədəni vəhdətin gerçəkləşməsi üçün ardıcıl səy göstərməyə borcludur" - prinsipini də kobud surətdə pozur. Halbuki müsəlman Azərbaycan Respublikasına qarşı düşmən olan, onun ərazisinin 20 faizini işğal edən, 1 milyona qədər azər¬bay¬canlını öz doğma yurdundan qaçqın və köçkün salan ermənilərə qonşu İran İslam Respublikasında geniş meydan verilib.
- İranda ermənilərə belə geniş meydan verilməsinə səbəb nədir? Niyə ermənilər bu ölkədə xüsusi statusa malikdirlər, azərbaycanlıların isə ana dilində məktəbi yoxdur?
- Ermənilərə İranda 30-dan çox məktəbdə ana dilində təhsil almaq şəraiti yaradılıb, həmçinin, İsfahan və Tehran universitetlərində erməni dilində fakültələr fəaliyyət göstərir. Azərbaycanın tarixi, ədəbiyyatı, milli varlığı əleyhinə erməni müəlliflərinin çoxsaylı kitab, dərgi və qəzetlərinin çapına icazə verilib. İran nəşriyyatları türk dünyası, o cümlədən Azərbaycan əleyhinə yazılmış erməni müəlliflərinin əsərlərini məmnuniyyətlə çap etdikləri halda, azərbaycanlı müəlliflərin milli ruhlu yazıları basqılara məruz qalır. Güney Azərbaycanın qərb bölgəsindəki Qara Kilsə adlanan yerdə erməni keşişinin "tarixi" qəbri İran və dünya erməniləri tərəfindən hər ilin iyun ayının 24-də təntənəli ziyarət olunduğu halda, Azərbaycan xalqının milli qəhrəmanı Babəkin adını daşıyan "Babək qalası"na ziyarətə getmək, orada kütləvi görüşlər keçirmək artıq neçə ildir yasaq olunub, buna təşəbbüs göstərənlər isə təqib olunurlar. BMT tərəfindən elan olunmuş "Ana dili günü"nün Güney Azərbaycanda və digər qeyri-fars əyalətlərində qeyd olunmasına icazə verilmir. Təbriz, Urmiya, Ərdəbildə azər¬bay¬can¬lı¬lar tərəfindən çap olunan dərgi və qəzetlərin redaksiyaları bağlanmış, yazar¬larından bir qismi həbs olunmuş və ya böyük məbləğdə cərimələnmişlər. Mədəni və milli hüquqlarını tələb edən azərbaycanlı fəallar təqib edilir və qondarma ittihamlarla həbs olunur, işgəncələrə məruz qalır, edama məhkum edilirlər.
-Ermənilərlə farsları bağlayan köklər hansılardır? Bu millətlətin etnik yaxınlığı varmı?
-Məlumdur ki, ermənilərlə farsların etnik yaxınlıqları barədə uydurmaların bünövrəsi hələ Pəhləvilər şahlıq taxtına çıxan vaxtdan - 1925-ci ildən qoyulub. Hazırda İrandakı siyasi mühitdən və Qarabağ münaqişəsi ilə bağlı İran-Ermənistan münasibətlərindəki durumdan istifadə edən iranlı ermənilərin üzdəniraq tarixçiləri və onları xaricdən həvəsləndirənlər ermənilərin qədimdən iranlılar, yəni farslarla birköklü qardaş, ən uzağı "əmioğlu" olduqlarını sübut etmək üçün yeni-yeni saxta mənbələrə istinad edib kitab yazır, çap etdirirlər. Belə kitablardan biri də 2006-cı ildə Tehrandakı "Diba" nəşriyyatında nəfis şəkildə 2000 nüsxə ilə çap edilmiş müəllif Andranik Hoyanın 242 səhifəlik "İranlılarla ermənilərin mədəni əlaqələri" adlı kitabıdır.
Alim