Arzu Nağıyev: "Burada da erməni hiyləsi var"

"Sarkisyan öz imzasına əməl etməyən siyasətçidir"

Müsahibimiz politoloq Arzu Nağıyevdir.

- Arzu müəllim, Ermənistan Kür və Araz çaylarına nüvə tullantıları axıdır. Azərbaycan bununla bağlı beynəlxalq məhkəməyə müraciət edə bilərmi?

- Azərbaycan, ilk növbədə bunları sübuta yetirən dəllilər toplamalıdır və beynəlxalq ictimaiyyətə çatdırmalıdır. Belə bir aksiya, məhz Sərsəng Su Anbarı ilə bağlı da keçirildi və Avropa İttifaqı səviyyəsində qərarlar qəbul edildi. Bu məsələdə də belə qanunauyğun aksiyaları beynəlxalq qurumlarla birlikdə hazırlamaq və təqdim etmək vacibdir. Kifayət qədər dəlil və subutlar olduqda və bunun tək Azərbaycan və region üçün deyil,umimüyyətlə beynəlxalq aləm üçün cinayət olduğu sübuta yetəndə beynəlxalq qurumlar da, icitmaiyyət də əminəm ki, reaksiya verəcəkdir.

- Artıq təsdiq olunur ki, Ermənistandakı "Metsamor" Atom-Elektrik stansiyası təhlükə mənbəyinə çevrilib. Bu faktla bağlı Beynəlxalq Atom Agentliyinin susması nədən irəli gəlir?

- "Metsamor" Atom-Elektrik Stansiyasının fəaliyyətdə olması region üçün bir fəlakət gətirə biləcək faktordur. Məlumdur ki, Çernobılda baş verən qəzadan sonra "Metsamorun" bağlanması məsələsi gündəmdə olub və qəzalı vəziyyətdə olduğu üçün, hətta bir müddət bağlanıb. Lakin sonralar müxtəlif bəhanələrlə, daha doğrusu, enerji çaıtşmamazlığı bəhanəsi ilə işlədilib. MAQATE və bir sıra beynəlxalq qurumlar ermənilərin verdikləri bəyanatlara biganə qalmamalıdırlar və əgər İran vıə İraqa, Şimali Koreyaya qarşı sanksiyalar tətbiq ediblərsə, bu prosedurları ermənilərə qarşı da həyata keçirməlidirlər...

- Sarkisyan ABŞ-da keçirilən nüvə sammitində iştirak etdi və yekun bəyanatı imzalaynlardan oldu. Bu gün isə "Metsamor" AES fəlakət mənbəyinə çevrilir. Demək olarmı, Sarkisyan öz imzasına və dediyinə əməl etməyən siyasətçidir?

- Burada da erməni hiyləsi var. Avropa İttifaqı stansiyanı demontaj etmək üçün 3 milyard avroya yaxın vəsait təklif edir, ermənilər isə daha çox vəsait tələb edir və bunun alveri ilə məşğuldurlar. Digər tərəfdən ermənilərin kütləvi qırğın silahlarının komponentlərinin alveri və ya qaçaqmalı ilə məşğul olmaları faktdır və bu bir daha onların rəhbərliyiynin bir sıra terrorçu təşkilatlarla əlaqəli olmasına dəlalət edir.

- "Metsamor" AES-in bağlanması üçün petisiya həyata keçirilir. Sizcə, lazım olan imza toplansa, stansiya bağlana bilərmi?

- Petisiya bir narazılıq formasıdır. Bu, tək Azərbaycan tərəfdən deyil,elə ermənilərin özləri tərəfində də həyata keçirilməlidir. Bundan başqa, Azərbaycan bir sıra istiqamətlərdə müvafiq addımlar atır və atacaqdır da. Birincisi, dövlətin və ümumiyyətlə, regionun təhlükəsizliyi üçün bunu etməlidir. Digər tərəfdən Dağlıq Qarabağ münaqişəsinin tam həlli, məhz bunu da nəzərdə tutmalıdır. Ermənilərin beynəlxalq konvensiyalara zidd olaraq isitifadə etdiyi silahlar, o cümlədən fosforlu mərmilər buna bariz nümunədir. Məhz Xarici İşlər Nazirliyi xətti ilə Azərbaycanda səfirtliklərdə təmsil olunan hərbi attaşelərin də iştirakı ilə bunu dünyaya bəyan etmək çox mühüm və vacib addım idi. Belə misallar çox olmalıdır və beynıəlxalq səviyyədə Azərbaycan sübutlarla çıxışlar etməlidir.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31