Mədəniyyət
"Zəiflərə yazığım gəlir…" - Səmra Rəhimli
"Paxıllıq müvəffəqiyətin əlamətidir. Bir insana qarşı hiss edə biləcəyiniz ən pis duyğu, ona yazığınız gəlməyidir". Bu sözləri müğənni Səmra Rəhimli sosial şəbəkədə yazıb.
Milli İncəsənət Muzeyində “Fransız tətilləri”
İyulun 22-də Milli İncəsənət Muzeyində “Belle Epoque” - möhtəşəm dövrün möcüzəvi dünyasını əks etdirən “Fransız tətilləri” proqramının premyerası keçiriləcək. Muzeydən “Olaylar”-a bildirilib ki, proqramın təqdimatına gələn valideyn və övladları muzeydə fransız incəsənətinin ən gözəl nümunələri, kral ailələrinə məxsus məişət əşyaları, əsərləri dünya muzeylərini bəzəyən sənətkarların yaradıcılığı ilə tanış olacaqlar. Onlar bir-biri ilə Fransız dilində ünsiyyət quracaqlar. Artıq əksəriyyət tərəfindən sevilən bərpaçı-rəssam Samir Talıbov ziyarətçilər üçün fransız rəssamlarının eskizi əsasında silsilə ustad dərsləri keçəcək. Tamaşaçıların iştirakı ilə Parisin rəmzləri yaradılacaq, tematik kölgə teatr tamaşası nümayiş etdiriləcək. Böyüklər üçün isə “Toğrul Nərimanbəyov - Paris xatirələri” adlı mühazirə təqdim olunacaq. Mühazirədə görkəmli azərbaycanlı rəssamın həyat və yaradıcılığından söz açılacaq.
Teatr beynəlxalq festivala dəvət aldı
Avqustda Bolqarıstanın Varna şəhərində keçiriləcək Beynəlxalq Monotamaşalar Festivalında ölkəmizi Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı təmsil edəcək. Teatr festivalda rejissor Anar Sadıqovun və əməkdar Artist Ayşad Məmmədovun “İuda” monopyesi əsasında hazırladığı tamaşa ilə iştirak edəcək. Səhnə əsərində Ayşad Məmmədov özü çıxış edəcək.
Natavanın xına gecəsi olmayacaq
Müğənni Natavan Həbibi xına gecəsini ləğv edib. Sənətçi mərasim üçün əvvəlcədən hazırlıq etsə də, sonradan fikrini dəyişib. Belə ki, o, xınasını idarə etməyi rəfiqəsi, müğənni Xuraman Şuşalıya həvalə edibmiş. Sonra isə qərar verib ki, toyunun içində xına yaxsın.
Natavanın toy dəvətnaməsi - hamı bu geyimdə gəlməlidir
Xəbər verdiyimiz kimi, müğənni Natavan Həbibinin iyulun 17-də toyudur. Reper Dado Əliyevlə (Səid) ailə qurmağa hazırlaşan sənətçinin toyu "Neolit" restoranında baş tutacaq. Natavan sənət dostlarına toy dəvətnaməsini paylayıb. Dəvətnamədə qonaqlar üçün "dress-code" qeyd olunub.
"Allah hamıya mənim ərim kimi kişi qismət etsin" - Rəqsanə
"Heç kimə borcum yoxdur. Telefonlarım 24 saat açıqdır. Heç kimdən gizlənmirəm, qaçmıram. Azərbaycana gəlməməyimin səbəbi Moskvadakı işlərimdir". Bu sözləri Axşam.az-a açıqlamasında müğənni Rəqsanə İsmayılova deyib. Sənətçi artıq bir ilə yaxındır ki, Azərbaycana gəlməməsinin səbəblərindən danışıb.
“Eşqi Nigar” təqdim olunacaq
Gənc Tamaşaçılar Teatrı türk dünyasının ortaq qəhrəmanı olan “Koroğlu” dastanının motivləri əsasında yeni və tam fərqli bir tamaşa hazırlayacaq. Bu məqsədlə Bakı Yunus Əmrə İnstitutunun direktoru İbrahim Yıldırımla teatrın direktoru, Əməkdar incəsənət xadimi Mübariz Həmidov arasında görüş keçirilib.
Əməliyyatdan sonra əməkdar artistin halı dəyişdi - TƏCİLİ QAN LAZIMDIR
İyulun 7-də Tibb Universitetinin Cərrahiyyə şöbəsində əməliyyat olunan "Vicdan haqqı" serialının İmranı, Akademik Milli Dram Teatrının aktyoru, əməkdar artist İlham Hüseynova təcili qan lazımdır.
Mövsümə premyera ilə yekun vurulacaq
Musiqili Teatrı 107-ci teatr mövsümünü bu həftəsonu başa vuracaq. Teatrının mətbuat katibi Samir Sədaqətoğlu“Olaylar” – a bildirib ki, mövsümün bağlanışı premyera ilə əlamətdar olacaq Belə ki, iyulun 14 və 15 – i saat 19.00-da tamaşaçılara özbək yazıçısı İbrahim Sadıqovun “Molla Nəsrəddinin beş arvadı” iki hissəli komediyası təqdim olunacaq.
Alim Qasımov oğlu haqda yayılan xəbərdən danışdı: "Dişi sınıb, gözü də zədələnib"
Xalq artisti Alim Qasımov oğlu Qadir Qasımovun gözünün çıxarılmasıyla bağlı yayılan xəbərlərə aydınlıq gətirib. Sənətkar söhbətində oğlunun xəsarət aldığını təsdiqləsə də, bunun başqa səbəbdən baş verdiyini söyləyib: "Kim nə gəldi yazır. Orada nə dava olmayıb, nə də oğlumu vurmayıblar. Güzdəkdə evimiz var. Pilləkəndən düşəndə ayağı çay daşına ilişib, dişi sınıb, gözü də zədələnib. Amma heç bir davadan söhbət gedə bilməz. Sadəcə, kimsə çağırıb, Qadir də yuxulu olub. Ayağı ilişib yıxılıb".
“Nar bağı” daha bir mükafata namizəddi
İlqar Nəcəfin “Nar bağı” filmi 11-ci Asia Pacific Screen Awards (APSA) mükafatına namizədlərin siyahısında yer alıb. “Olaylar” bildirir ki, “Asiya Oskarı” adlanan nüfuzlu mükafat hər il Avstraliyanın Brisben şəhərində təqdim olunur.
Xan sarayı ilə birgə Şəkinin tarixi mərkəzi YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilə bilər
Bu günlərdə Polşanın Krakov şəhərində YUNESKO-nun Ümumdünya İrs Komitəsinin 41-ci sessiyası öz işini davam etdirməkdədir. Komitə mühafizə olunan mədəni və təbii obyektlərin Ümumdünya İrs Siyahısına təqdim edilən nominasiyaları nəzərdən keçirir.
3-cü nişanlısından da ayrılan Azəriqızı Güneldən TƏSİRLİ SÖZLƏR
Türkiyədə Azəriqızı ləqəbi ilə məşhurlaşan Günel Zeynallı atası Rəhman Zeynallının nə baş verməsindən asılı olmayaraq hər zaman onun arxasında dayandığını bildirib. Sosial şəbəkədə atası ilə şəklini paylaşan müğənni ona 58 yaşı tamam olması münasibətilə təsirli status yazıb: “Can atam, dağ atam hər zaman arxamdadır.
Kənan Hacının yeni kitabı - "İki qadını ayıran pəncərə”
Kənan Hacının yeni kitabı çap olunub. "Avanqard yayınları”ında nəşr edilən "İki qadını ayıran pəncərə” adlı kitabın redaktoru Səxavət Sahildir. Kitaba yazıçının son illərdə yazdığı hekayələr, eləcə də "Cəmdək” və "Siçovullar üçün darıxan gəmi” povestləri daxil edilib.
Türkan Şoray əməliyyat oldu
“Selvi boylum, al yazmalım”, “Dila xanım”, “Devlerin aşkı” və bir çox filmləri ilə könüllərdə taxt quran Yeşilçamın əfsanəvi adı Türkan Şorayın gizlin əməliyyat olduğu bildirilir. “Olaylar” “Sözcü” - yə istinadən bildirir ki, aktrisa tutulduğu Cushing Sindromu səbəbiylə gizlin əməliyyat olub. Daha öncədən Türkan Şoray uzun illərdir yaşadığı bu narahatlığın araşdırmalarla Cushing Sindromu olaraq diaqnoz edildiyini bildirmiş və əməliyyat olacağını açıqlamışdı. Xəstəlik səbəbiylə sürətlə aldığı kiloları verə bilməyən Türkan Şorayın adı gizli saxlanılan bir xəstəxanada əməliyyat olunduğunu və səhhətinin yaxşı olduğu bildirilir.














