Mədəniyyət

Əri həbsdə olan Zenfira: "Bir gün qaldı"

14 İyul 2017 18:32

Müğənni Zenfira İbrahimovanın həbs edilən idmançı əri Anar Heydərov sabah azadlığa buraxılacaq. Bu haqda ifaçı özü xəbər verib. O, həyat yoldaşı üçün darıxdığını vurğulayıb: "Son bir gün qaldı, İnşallah. Çox darıxmışam. Anar, mənim üçün həqiqətən də sənsiz həyatın mənası yoxdur".

"Gəncə mənim irəm bağım..."

14 İyul 2017 17:00

Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) “Yaradıcılıq üfüqləri: Gənc yazarlar üçün toplantıların təşkili” adlı ( – Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə icra edilən – ) layihəsi çərçivəsində Gəncədən mə¬ruzə hazırlamaq sorumluluğunu üzərimizə götürmək bir az cəsarətimizi ürkəkləşdirdi… lakin “aşıq gördüyünü çağırar” misalındakı kimi, gördüyümüzü yazmağa cəhd etdik. Hazırda ədəbi proses haqqında yazılan əksər yazılarda bu cümlə rastımıza çıxır: “Ədəbiyyat inkişaf edir”. Biz bu deyilişlə, heç də razı deyilik. Ədəbiyyat inkişaf etmir, çünki… Ədəbiyyat həmişə olduğu kimi təqdim olunub oxucuya, olduğu kimi sevilib, tənqid olunub. Bu, o deməkdir ki, ədəbiyyat bütün zamanlarda olduğu kimi qalıb… Fikrimizcə, “ədəbiyyat inkişaf edir” demək absurddur. Ədəbiyyat inkişaf etmir, yaradılır. Zövq, ruh, ovqat, ən əsası da duyğu bu yaradılış prosesinin xammalıdır. Proses irəlilədikcə xammala müşahidə qabiliyyəti, elmi biliklər və Tanrının bəxş etdiyi “görə bilmək”lə yanaşı fiziki terminlə izah olunan görmə bucağı da “əlavə olunur”. Və budur; hazır məhsul – ədəbi örnək oxucunun qarşısındadır. İndi qalır ki, oxucu bunu necə “həzm edəcək”… Bu isə, yazarın deyil də, oxuyanın incələcəyi mövzudur. Bizim bölgədə də ədəbiyyat olduğu kimi yaradılır.

Mübariz Həmidov İsrailli həmkarı ilə görüşüb

14 İyul 2017 10:59

ADGTT-nın direktoru Əməkdar incəsənət xadimi, ASSİTEJ-Azərbaycan Milli Mərkəzinin prezidenti Mübariz Həmidov İsrailli həmkarı – İsrail Gənc Tamaşaçılar Teatrının direktoru və aktyoru Şaul Tiktinerlə görüşüb. Teatrdan “Olaylar” –a bildirilib ki, işgüzar və yaradıcı şəraitdə keçən görüşdə Azərbaycan-İsrail Teatr əlaqələri və iki teatr truppasının iştirakı ilə yeni layihələrin həyata keçirilməsi barədə müzakirələr aparılmış, sonda İsrail Gənc Tamaşaçılar Teatrının yeni mövsümdə Azərbaycana səfər edərək Dövlət Gənc Tamaşaçılar Teatrında tamaşalar nümayiş etdirilməsi barədə razılıq əldə olunmuşdur.

Tehran televiziyasında aşıq sənətinə həsr olunmuş veriliş yayımlanacaq

13 İyul 2017 20:19

Tehranda fəaliyyət göstərən “Səhər” dövlət televiziyasında aşıq sənətinə həsr olunmuş veriliş yayımlanacaq. İran Aşıqlar Birliyinin sədri, ustad aşıq Səlcuq Şahbazinin aparıcılığı ilə yayımlanacaq bu verilişin efir vaxtı təxminən bir saata yaxındır və həftədə bir dəfə efirə çıxacaq. İran Aşıqlar Birliyindən "Olaylar" -a bildirilib ki, gələcəkdə verilişin həftədə iki dəfə yayımlanması, habelə aşıqların ifasında dastanların səsləndiriləcəyi digər bir verilişin də açılması nəzərdə tutulur. İranda hazırda 3 min nəfərdən çox aşıq var və bunlar sazın əsas beşiklərindən olan Təbrizlə yanaşı, İranın Həmədan, Xorasan, Qum, Şiraz, Savə, Tehran, Qaşqay, Kərəc, Zəncan, Miyana, Xoy, Urmiyə, Miyandab, Xalxal, Parsabad, Meşkin, Mərənd, Sahəndva və Heştəri vilayətlərində fəaliyyət göstərirlər. Bu bölgələrin hər birində aşıqlar özünəməxsusluğu ilə fərqlənirlər.

Burak Özçivitlə Murad Bozun FİLMİNDƏ çəkilən azərbaycanlı aktyor DANIŞDI

13 İyul 2017 17:12

Azərbaycanlı aktyor Kamran Ağabalayev “Kardemiş benim 2” filmində çəkiləcək. Bu barədə aktyor özü sosial şəbəkədə məlumat verib. Baş rollarda Burakla Muradın oynadığı məşhur filmin ikinci hissəsinin aktyor heyətinə daxil olan K.Ağabalayev onların şəklini paylaşıb. O, fotoya “Burak idi, Murad idi, mən idim”, - deyə qeyd edib.

Flora Kərimova erməniyə qucaq açan Xalq artistinə ARXA ÇIXDI: "Əgər həmin qarmonçu..."

13 İyul 2017 15:17

“Brilliant xanım bir musiqiçi kimi fikrini bildirib. Kim bu ixtiyarı onun əlindən alır. İnanıram ki, o, bu addımı həssaslığına söykənərək edib. Axı niyə insanları həqiqəti deməyə qorxudurlar?”

Xalq artisti KÖVRƏLTDİ: "Ölümümü gözləyirəm"

13 İyul 2017 11:52

Uzun müddətdir ki, xəstəliklə mübarizə aparan xalq artisti, tanınmış xanəndə Əlibaba Məmmədov səhhətindən danışıb. Ustad xanəndə həyatından şikayət etmədiyini deyib: "Daha üzü 89-a doğru gedirəm.

"Rəqsanədən yazdınız, reytinq qazandınız"

13 İyul 2017 11:32

Müğənni Rəqsanə İsmayılova qızıl aldığı şəxslərə borclu olması barədə yayılan xəbərə reaksiya verib.  Sənətçi rəsmi İnstagram hesabında paylaşım edərək iddialara cavab verib: "Boş-boş danışılan, deyilən söz-söhbətə baş qoşmağa nə vaxtım, nə də zamanım var. Mənim üçün vacib olan ailəmdir. İndi sənətimlə bağlı layihələr hazırlayıram. Bundan başqa, mənə heç nə maraqlı deyil. Artıq bir ildir ki, yoxam, dincəlin. Rəqsanədən yazdınız, pozdunuz, reytinq qazandınız. 5-10 manata görə o biri dünyada nə cavab verəcəksiniz?

Məşhur Sovet aktrisası vəfat etdi

13 İyul 2017 10:46

Sovet aktrisası İrina Bunina dünyasını dəyişdi. Onun 77 yaşı vardı. Ukranyalı aktrisa 40-dan çox filmə çəkilmişdi. “Muxtarın qayıtması”, “Yeddinci səma”, “Əbədi zəng”, “Burjuanın ad günü” filmləri ilə məşhurluq qazanıb. Qeyd edək  ki, İrina Buninaya Ukraynanın Anna Manyanisi deyirdilər. 

“Dostluq körpüsü” II beynəlxalq folklor rəqs festivalının iştirakçıları Bakıda

13 İyul 2017 10:02

Mədəniyyət və Turizm  Baş İdarəsinin təşkilatçılığı ilə Bakı şəhərində  “Dostluq körpüsü” adlı II Beynəlxalq Folklor-Rəqs Festivalı keçirilir. Baş İdarədən "Olaylar" - a bildirilib ki, festivala Azərbaycan, Rusiya Federasiyası, İran İslam Respublikası, İsrail, Moldova, Latviya və Gürcüstanın rəqs qrupları, ümumilikdə, 400-dən çox iştirakçı qatılıb.  Nizami Kino Mərkəzində Mədəniyyət və Turizm Baş İdarəsinin rəisi Vuqar Zeynalov qonaq ölkələrin nümayəndələri ilə görüş keçirdib. Görüş zamanı V.Zeynalov festivalın keçirilməsində əsas məqsədin uşaq və gənclərin istedadlarının inkişaf etdirilməsi, ölkələrin mədəniyyətini nümayiş etdirməklə yanaşı xalqlar arasında dostluq əlaqələrinin daha da möhkəmləndirilməsi olduğunu qeyd edib. Səmimiyyət və dostluq şəraitində keçən görüşün sonunda qarşılıqlı hədiyyələr təqdim olunub,  qonaqlarla xatirə şəkilləri çəkilib.

Teatr mükafatlandırdı

12 İyul 2017 17:00

Gənc Tamaşaçılar Teatrında 89-cu teatr mövsümünün yekunlarına həsr olunmuş hesabat iclası keçirilib və ilin “Sima” teatr mükafatı təqdim edildi. Teatrdan “Olaylar” – a bildirilib ki, ilin yekunlarına həsr olunan iclası giriş sözü ilə açan teatrın direktoru, əməkdar artist Mübariz Həmidov mövsüm ərzində əldə edilən uğurlar, təqdim olunan yeni tamaşalar, beynəlxalq qastrol və festivallar, müxtəlif ölkələrlə teatr arasında həyata keçirilmiş aktyor və rejissor mübadilələri haqqında ətraflı məlumat verdi.

Aygün Bəylər anasını döyüb?- AÇIQLAMA

12 İyul 2017 15:48

Əməkdar artist Aygün Bəylərin ailəsi haqda şok məlumatlar yayılıb.

Elxan İsmayılov filmə dəvət aldı

12 İyul 2017 15:24

Musiqili Teatrının daha bir aktyoru İran İslam Respublikasında filmə çəkilmək üçün dəvət edilib. Teatrının mətbuat katibi Samir Sədaqətoğlu “Olaylar” – a bildirib ki, aktyor Elxan İsmayılov artıq çəkilişlərinə start verilən bədii filmdə əsas rollardan birini - Komandir obrazını canlandıracaq. Film İran İslam Respublikasının tanınmış “Günəşfilm” Studiyası tərəfindən istehsal olunur. Şərti adı “Sərhəd” olan (“Arpa çayı – ayrılıq nəğməsi”) tammmetrajlı bədii filmin quruluşçu rejissoru və ssenari müəllifi İranın ünlü sənətçilərindən biri olan Ali Abdalidir.