Mədəniyyət

Natavanın xına gecəsi olmayacaq

12 İyul 2017 12:23

Müğənni Natavan Həbibi xına gecəsini ləğv edib. Sənətçi mərasim üçün əvvəlcədən hazırlıq etsə də, sonradan fikrini dəyişib. Belə ki, o, xınasını idarə etməyi rəfiqəsi, müğənni Xuraman Şuşalıya həvalə edibmiş. Sonra isə qərar verib ki, toyunun içində xına yaxsın. 

Natavanın toy dəvətnaməsi - hamı bu geyimdə gəlməlidir

12 İyul 2017 11:07

Xəbər verdiyimiz kimi, müğənni Natavan Həbibinin iyulun 17-də toyudur. Reper Dado Əliyevlə (Səid) ailə qurmağa hazırlaşan sənətçinin toyu "Neolit" restoranında baş tutacaq. Natavan sənət dostlarına toy dəvətnaməsini paylayıb. Dəvətnamədə qonaqlar üçün "dress-code" qeyd olunub.

"Allah hamıya mənim ərim kimi kişi qismət etsin" - Rəqsanə

11 İyul 2017 19:00

"Heç kimə borcum yoxdur. Telefonlarım 24 saat açıqdır. Heç kimdən gizlənmirəm, qaçmıram. Azərbaycana gəlməməyimin səbəbi Moskvadakı işlərimdir". Bu sözləri Axşam.az-a açıqlamasında müğənni Rəqsanə İsmayılova deyib. Sənətçi artıq bir ilə yaxındır ki, Azərbaycana gəlməməsinin səbəblərindən danışıb. 

“Eşqi Nigar” təqdim olunacaq

11 İyul 2017 17:28

Gənc Tamaşaçılar Teatrı türk dünyasının ortaq qəhrəmanı olan “Koroğlu” dastanının motivləri əsasında yeni və tam fərqli bir tamaşa hazırlayacaq. Bu məqsədlə Bakı Yunus Əmrə İnstitutunun direktoru İbrahim Yıldırımla teatrın direktoru, Əməkdar incəsənət xadimi Mübariz Həmidov arasında görüş keçirilib. 

Əməliyyatdan sonra əməkdar artistin halı dəyişdi - TƏCİLİ QAN LAZIMDIR

11 İyul 2017 17:18

İyulun 7-də Tibb Universitetinin Cərrahiyyə şöbəsində əməliyyat olunan "Vicdan haqqı" serialının İmranı, Akademik Milli Dram Teatrının aktyoru, əməkdar artist İlham Hüseynova təcili qan lazımdır.

Mövsümə premyera ilə yekun vurulacaq

11 İyul 2017 15:11

Musiqili Teatrı 107-ci teatr mövsümünü bu həftəsonu başa vuracaq. Teatrının mətbuat katibi Samir Sədaqətoğlu“Olaylar” – a bildirib ki, mövsümün bağlanışı premyera ilə əlamətdar olacaq Belə ki, iyulun 14 və 15 – i saat 19.00-da tamaşaçılara özbək yazıçısı İbrahim Sadıqovun “Molla Nəsrəddinin beş arvadı” iki hissəli komediyası təqdim olunacaq.

Alim Qasımov oğlu haqda yayılan xəbərdən danışdı: "Dişi sınıb, gözü də zədələnib"

11 İyul 2017 13:37

Xalq artisti Alim Qasımov oğlu Qadir Qasımovun gözünün çıxarılmasıyla bağlı yayılan xəbərlərə aydınlıq gətirib. Sənətkar söhbətində oğlunun xəsarət aldığını təsdiqləsə də, bunun başqa səbəbdən baş verdiyini söyləyib: "Kim nə gəldi yazır. Orada nə dava olmayıb, nə də oğlumu vurmayıblar. Güzdəkdə evimiz var. Pilləkəndən düşəndə ayağı çay daşına ilişib, dişi sınıb, gözü də zədələnib. Amma heç bir davadan söhbət gedə bilməz. Sadəcə, kimsə çağırıb, Qadir də yuxulu olub. Ayağı ilişib yıxılıb".

“Nar bağı”  daha bir mükafata namizəddi

11 İyul 2017 12:39

İlqar Nəcəfin “Nar bağı” filmi 11-ci Asia Pacific Screen Awards (APSA) mükafatına namizədlərin siyahısında yer alıb. “Olaylar” bildirir ki, “Asiya Oskarı” adlanan nüfuzlu mükafat hər il Avstraliyanın Brisben şəhərində təqdim olunur.

Xan sarayı ilə birgə Şəkinin tarixi mərkəzi YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilə bilər

11 İyul 2017 12:34

Bu günlərdə Polşanın Krakov şəhərində YUNESKO-nun Ümumdünya İrs Komitəsinin 41-ci sessiyası öz işini davam etdirməkdədir. Komitə mühafizə olunan mədəni və təbii obyektlərin Ümumdünya İrs Siyahısına təqdim edilən nominasiyaları nəzərdən keçirir.

3-cü nişanlısından da ayrılan Azəriqızı Güneldən TƏSİRLİ SÖZLƏR

11 İyul 2017 11:14

Türkiyədə Azəriqızı ləqəbi ilə məşhurlaşan Günel Zeynallı atası Rəhman Zeynallının nə baş verməsindən asılı olmayaraq hər zaman onun arxasında dayandığını bildirib. Sosial şəbəkədə atası ilə şəklini paylaşan müğənni ona 58 yaşı tamam olması münasibətilə təsirli status yazıb: “Can atam, dağ atam hər zaman arxamdadır.

Kənan Hacının yeni kitabı - "İki qadını ayıran pəncərə”

11 İyul 2017 10:41

Kənan Hacının yeni kitabı çap olunub. "Avanqard yayınları”ında nəşr edilən "İki qadını ayıran pəncərə” adlı kitabın redaktoru Səxavət Sahildir. Kitaba yazıçının son illərdə yazdığı hekayələr, eləcə də "Cəmdək” və "Siçovullar üçün darıxan gəmi” povestləri daxil edilib.

Türkan Şoray əməliyyat oldu

11 İyul 2017 10:35

“Selvi boylum, al yazmalım”, “Dila xanım”, “Devlerin aşkı” və  bir çox filmləri ilə  könüllərdə taxt quran Yeşilçamın əfsanəvi adı Türkan Şorayın gizlin əməliyyat olduğu bildirilir. “Olaylar” “Sözcü” - yə istinadən bildirir ki, aktrisa tutulduğu Cushing Sindromu səbəbiylə gizlin əməliyyat olub.  Daha öncədən Türkan Şoray uzun illərdir yaşadığı bu narahatlığın araşdırmalarla Cushing Sindromu olaraq diaqnoz edildiyini bildirmiş və əməliyyat olacağını açıqlamışdı. Xəstəlik səbəbiylə sürətlə aldığı kiloları verə bilməyən Türkan Şorayın adı gizli saxlanılan bir xəstəxanada əməliyyat olunduğunu və səhhətinin  yaxşı olduğu bildirilir.

Məşhur aktyor vəfat etdi

11 İyul 2017 10:13

Türk kinosunun korifey simalarından Fikrət Hakan həyatını itirib. Əsl adı Bumin Ğaffar Çıtanak olan Fikrət Hakan bir müddətdir ağır xəstəlikdən əziyyət çəkirdi. Dr. Lütfi Kırdar Kartal Təhsil və Araşdırma Xəstəxanasında gecə saat 2 radələrində həyatını itirən Fikrət Hakanın 83 yaşı var idi. Həkimlərin bütün müdaxiləsinə baxmayaraq korifey sənətkarın həyatını xilas etmək mümkün olmayıb. Alınan məlumatlara görə, həkimlər təxminən 2 saat onu həyata qaytarmaq üçün bütün səylərini ortaya qoyublar.

Türkiyəli yazar məşhur modellə görüntüləndi

11 İyul 2017 09:54

Məşhur braziliyalı top model Adriana Lima türkiyəli yazıçı Metin Hara ilə sevgilidir. Cütülük dünən Bodrumd hava limanında birlikdə görüntülənib. Dünya şöhrtəli modelin VİP hissədən deyil, sadə sərnişinlərlə birlikdə digər çıxışdan çıxması diqqət çəkib. Jurnalistlərin onları çəkməsinə əhəmiyyət verməyən cütlük avtomobilə minib qalacaqları otelə yollanıblar. Adriana Limanın Bodrum şəhər mərkəzinə daxil olduqdan sonra mətbuat nümayəndələrinin onları təqib etməsinə əsəbiləşib. Lima sürücüsünə mətbuat nümayəndələrinə yolu itirməyi tapşırığı verib. Sürücü Göltürkbükü, Gündoğan və Yalıkavak məhəllələrində beş dəfə fırlanıb. Daha sonra mətbuat nümayəndələrini keçməyə çalışan sürücü qırmızı işıqlarda da dayanmayıb. Onlar  iki gün Bodrumda qaldıqdan sonra Gökova Körfəzi və Yunanıstan adalarını əhatə edən dəniz səyahətinı çıxmağı planlaşdırıb.

"Hamınıza pul da, toy da bəs edəcək" - Səbinədən həmkarlarına - VİDEO

10 İyul 2017 17:54

"Eurovision 2011" qalibi Nigar Camalın Diana Hacıyevanı bəyənmədiyini deməsinə Səbinə Babayeva münasibət bildirib.  Səbinə "ATV maqazin onlarla" verilişinə açıqlamasında ifaçıları qınayıb.