Mədəniyyət
Erməni sevgisi olan azərbaycanlı məşhurlar - SİYAHI+FOTOLAR
Düşmənimiz ermənilərlə münasibəti olan, bu münasibətə görə ictimaiyyət tərəfindən qınanılan azərbaycanlı məşhurlar az deyil. Onların arasında 27 ildir ki, torpaqları erməni tapdağında olan, hər il onlarla şəhid verən xalqın dəstəyi ilə "Xalq artisti" adına layiq görülən, məhz bu xalqın hesabına toy tutub pul qazanan müğənnilər var.
Natavan və Səidin oğlan toyunda nələr oldu?
Xəbər verdiyimiz kimi, müğənni Natavan Həbibi ilə reper Səid Əliyevin (Dado) oğlan toyu olub. Şəhər restoranlarından birində baş tutan gecəyə çox az sayda sənət adamı dəvət olunub. Müğənni Səidə Sultan da rəfiqəsini özəl günündə tək qoymayıb.
“Dünkirk” təqdim olunacaq
Rejisssor Kristofer Nolanın “Dünkirk” epik dramının çoxdandır gözlənilən premyerası ərəfəsində məlum olub ki, filmin böyük hissəsi IMAX® 2D kamerasının geniş formatlı lenti ilə çəkilib. Nolan filmi öz orijinal ssenarisinə əsasən çəkib və bu tarixi hadisəni böyük ekranda əks etdirmək və özünəməxsus təəssürat yaratmaq məqsədi ilə IMAX® kameralarının bütün imkan və üstünlüklərindən faydalanmaq qərarına gəlib. Yalnız Azercell IMAX kinoteatrında film genişləndirilmiş 1.43:1 nisbətində təqdim olunacaq və bütün ekranı əhatə edərək izləyicilərə standart kinozallardan fərqli olaraq 40% daha çox görüntü izləmək imkanı yaradacaq.
Tanınmış rejissora AĞIR İTKİ
Meksikalı rəssamın sərgisi
“İçərişəhər”də yerləşən “Art Tover” qalereyasında dünya şöhrətli meksikalı rəssam Frida Kaloya həsr edilmiş rəsm sərgisi açılıb. Sərgi “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Mədəniyyət və Turizm Nazirliyi, Meksikanın ölkəmizdəki səfirliyi və “Arts Council Azerbaijan” qeyri-hökumət təşkilatının birgə təşkilatçılığı ilə gerçəkləşib. “Arts Council Azerbaijan” - dan "Olaylar" -a bildirib ki, sərgi çərçivəsində qonaqlar ekspozisiyada yer alan 30-dək sənət əsəri vasitəsi ilə Meksika incəsənətinin ikonası, XX əsrin dünya səviyyəsində ən tanınmış rəssamlardan biri - Frida Kalonun həyatının müxtəlif dövrləri ilə tanış ola bilərlər.
Pərvin Abıyeva özü ilə bağlı DƏHŞƏTLİ OLAYIN ÜSTÜNÜ AÇDI: “Gözüm görə-görə...”
“Neçə vaxtdır hamı məndən qolumdakı izi soruşur. Düşünürəm ki, artıq açıqlamağa ehtiyac var. Bu, bir yaşımdan qalma ləkə yanıq ləkəsidir. Üstümə çay dağıtmışdım, üzüm, sinəm və qolum yanmışdı”.
“Eurovision-2018” yarışmasının milli seçim qaydalarında dəyişiklik edildi
İsveçrənin SRG SSR teleradio yayım şirkəti “Eurovision-2018” yarışmasının milli seçim qaydalarında dəyişiklik edib. Belə ki, ölkədə milli seçim prosesinin ilk mərhələləri mahnı üzərində cəmləşəcək, ifaçı isə sonda müəyyənləşəcək.
Semih Kaplanoğlundan yeni film
Ssenariri və rejissorluğu Semih Kaplanoğluna məxsus "Buğda" (Grain) filmindən ilk fragment yayınlanıb. “Olaylar” “Anadolu” agentliyinə istinadən bildirir ki, İngilis dilində və çəkilişləri 5 il davam edən film avqustun 12 – də 23 cü Sarayevo Film Festivalında nümayiş olunacaq. "Bal", "Süd" və "Yumurta" trilogiyasının rejissoru Kaplanoğlunun "Buğda" filmində baş rolları Jean-Marc Barr, Ermin Bravo, Qriqori Dobrygin və Cristina Flutura oynayır.
255 yaşlı skripka səhnəyə çıxacaq
“Yüksələn ulduz” adıyla məşhurlaşan italiyalı musiqiçi Leticia Moreno 12-16 avqust tarixlərində Türkiyənin Bodrum şəhərində keçirilən musiqi festivalında çıxış edəcək. Rusiya Dövlət Simfonik Orkestrinin müşayiəti ilə səhnəyə çıxacaq sənətçi 255 yaşlı skripkasında klassik Avropa musiqisindən nümunələr ifa edəcək.
Xuraman: "Natavan mənə görə toyda heç kimə içki vermədi"
Xəbər verdiyimiz kimi, dünən müğənni Natavan Həbibi və reper Dado Əliyevin toyu baş tutub. Toyda şou-biznes nümayəndələrin yarıdan çoxu iştirak edib. İllərdi Natavanla yaxın rəfiqə olan Xuraman Şuşalı açıqlamasında Natavanın toyunda içki olduğu üçün iştirak etməyəcəyini demişdi. Amma toyda ən fəal iştirak edən elə Xuraman olub.
Bosniya Hersoqovinada Türk Fimleri Festivalı
Bosniya Hersoqovinanın Mostar şəhərindəki Türk Filmleri Festivalları start götürüb. “Olaylar” “Anadolu” agentliyinə istinadən bildirir ki, festival Yılmaz Ərdoğanın və Ömər Faruk Sorakın çəkdiyi “Vizontele” filmi ilə açıq élan edilib. “Mostarda Yaz” fəaliyyəti çərçivəsində Mostar Yunus Emre İnstitutu tərəfindən Milli Teatrda keçirilən film nümayişinə Bosniya Herseklileri böyük maraq göstəriblər. “Vizontele” ilə yanaşı Çağan Irmakın "Babam və Oğlum", Yılmaz Ərdoğanın "Şən Hayat", Özhan Erenin "120", Osman Sınavın "Uzun Hikaye", Yavuz Turgul'un "Eşkıya" və Atif Yılmazın "Selvi Boylum Al Yazmalım" filmləri 21 İyula qədər festivalda sinemasevərlərə təqdim olunacaq.
Natavan toyunda 3 gəlinlik dəyişdi... - VİDEO - FOTO
“Retro Bakı” layihəsinə yenidən start verilib
Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə yay aylarında Fəvvarələr Meydanında keçirilən “Retro Bakı” layihəsi çərçivəsində açıq hava konsertlərinə yenidən start verilib. Baş İdarədən "Olaylar" - a bildirilib ki, açılış konsertində tanınmış cazmen, Əməkdar İncəsənət Xadimi Cavan Zeynallı, şanson ifaçısı Ceyhun Bakinski, estrada müğənniləri Yaqut Babayeva, Dua Murad, Anar Nağılbaz, Nailə Müslümova, Səbinə Əsgərova, Mehman Tağıyev öz çıxışları ilə paytaxt sakinləri və şəhərimizin qonaqlarının könüllərini oxşayıblar. Konsertdə milli və dünya xalqlarının rəqsləri təqdim edilib, yaradıcı gənclərin əl işlərindən ibarət rəsmlər qonaqların ixtiyarına verilib.
Qusman təltif edildi
ASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman “İtaliya Respublikası qarşısında xidmətlərinə görə” ordeni ilə təltif edilib. Fərmanı İtaliya Prezidenti Sergio Mattarella imzalayıb. Mixail Qusman bu ali mükafata “Rusiya vətəndaşlarının müasir İtaliya siyasəti haqqında məlumatlandırılmasındakı böyük töhfələrinə, xüsusən İtaliyanın müsbət obrazının və Rusiya-İtaliya münasibətlərinin formalaşdırılmasında dəstəyinə görə” layiq görülüb. Ali dövlət mükafatı olan “İtaliya Respublikası qarşısında xidmətlərə görə” ordeni 1951-ci ildə köhnə kral təltifləri əvəzinə təsis edilib. Bu orden xalq qarşısında ədəbiyyat, incəsənət, iqtisadiyyat, xeyriyyəçilik, ictimai və humanitar sahələrdə xidmətlərə görə təqdim edilir. Ordenin müxtəlif dərəcələri ilə, həmçinin kosmonavt Valentina Tereşkova, musiqiçilər Mstislav Rastropoviç və Valeri Georgiyev, Ermitajın rəhbəri Mixail Piotrovski, Dünya Rus Mətbuatı Assosiasiyasının prezidenti Vitali İqnatenko təltif ediliblər.












