Mədəniyyət
Məşhur yazar vəfat etdi
Məşhur Yunan yazarı Kostas Mourselas 85 yaşında vəfat edib. “Olaylar” “Cumhuriyyet” - ə istinadən bildirir ki, Kostas Mourselas Yunanıstanda həm də aparıcı teatr xadimi kimi də tanınırdı. Yazarın “Qırmızıya boyalı saçlar” və “ Kədərliyik, ona görə bağlıyıq” kimi məşhur əsərləri var.
Məşhur yazıçı vəfat etdi
Anjelika haqqında tarixi romanlar seriyasının müəllifi, fransız yazıçı Ann Qolan dünyasını dəyişdi. Məşhur yazıçının 95 yaşı vardı. Yazıçının ölümü haqqında qızı mətbuata açıqlama verib. Anjelika haqqında seriya romanı Qolan əri ilə bir yerdə yazıb. Bu seriya roman 13 kitabdan ibarətdir. 1950-ci illərdə çap olunan kitab bir anda bütün Avropada populyarlaşdı. 1960-cı və eləcə də 2013-cü illərdə kitab ekranlaşdırılıb.
Dostoyevskidən film çəkəcək
Rejissor Əmir Kusturitsa Dostoyevskinin əsərləri əsasında film çəkəcək. Məşhur rejissor filmi Çində çəkməyi düşünür. “Mən Çin firması ilə müqavilə bağladım. Bu filmdə insanın mənəvi qarışdurmasından bəhs olunacaq. Hansı ki, bu dilemma Dostoyevski yaradıcılığına xasdır. Başqa bir aspektdən, çin cəmiyyətinin gözü ilə Dostoyevski yaradıcılığı təqdim olunacaq. Rus klassikasının mövqeyini müasir dövrə yaxınlaşdırmaq filmin ideyasını təşkil edir”.
Muğam Mərkəzində "Zəhra" adlı tədbir
Beynəlxalq Muğam Mərkəzində "Zəhra" adlı tədbir müharibələr və digər silahlı konfliktlər nəticəsində həyatlarını itirmiş uşaqlara həsr edilib. Mərkəzdən "Olaylar" - a bildirilib ki, gecə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, "SÖZ" ədəbi layihəsi, Cabir Novruz Fondu, Beynəlxalq Muğam Mərkəzi, "Asan radio" və Gənclər fondunun dəstəyi ilə keçirilib. Tədbirin əvvəlində Heydər Əliyev Fondunun Vitse-prezidenti Leyla Əliyevanin Füzuli rayonunun Alxanlı kəndində erməni təxribatı nəticəsində həyatını itirmiş iki yaşlı Zəhra Quliyevaya həsr olunmuş şeri Fidan Hüseynova tərəfindən səsləndirildi. Əməkdar artistlər Sevda Ələkbərzadə və Tünzalə Ağayeva həmçinin Nigar Camal, Elnur Hüseynov, Bəhram Quluzadə, Vaqif Nağıyev, Murad İbrahimov, şairlər Xəyal Rza, Şəhriyar,del Gerani, Mehman Rəsulov, Solmaz Süleymanlı, Leyli Salayeva, "SÖZ" layihəsinin direktoru şairə Nigar Həsənzadə çixiş etdilər. Gecənin aparıcıları "Asan Radio"nun direktoru Emin Musəvi və Nigar Həsənzadə idi. Bu musiqili-ədəbi gecədə mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva, xarici ölkələrin səfirləri, diplomatik nümayəndəliklərin təmsilçiləri, Milli Məclisin deputatları, xarici qonaqlar, uşaqlar və gənclər iştirak edirdi.
Fərəh Əliyeva Londonda
Mədəniyyət və İncəsənət Universitetinin rektoru, professor, əməkdar incəsənət xadimi Fərəh Əliyeva “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Əsgər Ələkbərovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə birlikdə London şəhərində Ənənəvi İncəsənət üzrə Şahzadə Məktəbinin illik yekunlarına həsr olunmuş hesabat sərgisində iştirak edib. Universitetedən "Olaylar" - a bildirilib ki, ənənəvi olaraq hər il Şəhzadə Çarlzın iştirakıyla keçirilən, məzunların fəaliyyətinin nəticələrini təbliğ və beynəlxlaq təcrübə mübadiləsi məqsədini ehtiva edən tədbir cari ilin 26 iyun tarixindən – 7 iyul tarixinədək davam edib. Hesabat sərgisində magistr və doktorantura proqramlarını bitirməkdə olan tələbələrin işləri, o cümlədən Şahzadə Məktəbinin Beynəlxalq Tanıtım Proqramları çərçivəsində hazırlanmış işlər nümayiş olunub.
ADMİU tələbələrinin Beynəlxalq müsabiqədə uğuru
Mədəniyyət və İncəsənət Universitetinin müəllim və tələbə heyəti Macarıstanın Balaton və Vesperm şəhərlərində keçirilən “Renessans” Beynəlxalq Festivallar çərçivəsində “XVII Balaton-Youth-Art” festivalında iştirak ediblər. Universitetdən "Olaylar" - a bildirilib ki, Musiqi sənəti fakültəsinin İnstrumental ifaçılıq kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Səbinə Mehdiyeva beynəlxalq festival-müsabiqəyə münsiflər heyətinin üzvü kimi dəvət olunub. Müsabiqədə kafedranın dosenti Zəhra Qarayevanın müşayiəti ilə I kurs tələbələri Pərvin Paşazadə A.Məlikovun və M.Defalyanın, Aysun Qəmbərova isə F.Əmirovun və H.Montun əsərlərini ifa edib.
Meksika Birləşmiş Ştatlarının səfiri ADMİU-da
Meksika Birləşmiş Ştatlarının səfiri ADMİU-nun qonağı olub. Universitetdən "Olaylar" - a bildirilib ki, Meksika Birləşmiş Ştatlarının Azərbaycandakı xoşməramlı ilk səfiri Xuan Rodriqo Labardini Flores Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin qonağı olub və Universitetin rektoru, Əməkdar incəsənət xadimi, professor Fərəh Əliyeva ilə görüşüb. Görüş zamanı hər iki ölkənin tarixi və mədəniyyəti haqqında məlumatlar verilib və ölkəmizin Meksika üçün vacib tərəfdaş olduğu vurğulanıb.
Elçin Musaoğlu beynəlxalq film festivalının münsiflər heyətində
Tanınmış Azərbaycan kinorejissoru və ssenaristi Elçin Musaoğlu 13-cü Avrasiya Beynəlxalq Film Festivalının əsas müsabiqə proqramının münsiflər heyətinə dəvət olunub. “Azərbaycanfilm” kinostudiyasından "Olaylar" - a bildirilib ki, festival iyulun 22-dən 28-dək Qazaxıstanın Astana şəhərində keçiriləcək.
Əri həbsdə olan Zenfira: "Bir gün qaldı"
Müğənni Zenfira İbrahimovanın həbs edilən idmançı əri Anar Heydərov sabah azadlığa buraxılacaq. Bu haqda ifaçı özü xəbər verib. O, həyat yoldaşı üçün darıxdığını vurğulayıb: "Son bir gün qaldı, İnşallah. Çox darıxmışam. Anar, mənim üçün həqiqətən də sənsiz həyatın mənası yoxdur".
"Gəncə mənim irəm bağım..."
Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) “Yaradıcılıq üfüqləri: Gənc yazarlar üçün toplantıların təşkili” adlı ( – Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə icra edilən – ) layihəsi çərçivəsində Gəncədən mə¬ruzə hazırlamaq sorumluluğunu üzərimizə götürmək bir az cəsarətimizi ürkəkləşdirdi… lakin “aşıq gördüyünü çağırar” misalındakı kimi, gördüyümüzü yazmağa cəhd etdik. Hazırda ədəbi proses haqqında yazılan əksər yazılarda bu cümlə rastımıza çıxır: “Ədəbiyyat inkişaf edir”. Biz bu deyilişlə, heç də razı deyilik. Ədəbiyyat inkişaf etmir, çünki… Ədəbiyyat həmişə olduğu kimi təqdim olunub oxucuya, olduğu kimi sevilib, tənqid olunub. Bu, o deməkdir ki, ədəbiyyat bütün zamanlarda olduğu kimi qalıb… Fikrimizcə, “ədəbiyyat inkişaf edir” demək absurddur. Ədəbiyyat inkişaf etmir, yaradılır. Zövq, ruh, ovqat, ən əsası da duyğu bu yaradılış prosesinin xammalıdır. Proses irəlilədikcə xammala müşahidə qabiliyyəti, elmi biliklər və Tanrının bəxş etdiyi “görə bilmək”lə yanaşı fiziki terminlə izah olunan görmə bucağı da “əlavə olunur”. Və budur; hazır məhsul – ədəbi örnək oxucunun qarşısındadır. İndi qalır ki, oxucu bunu necə “həzm edəcək”… Bu isə, yazarın deyil də, oxuyanın incələcəyi mövzudur. Bizim bölgədə də ədəbiyyat olduğu kimi yaradılır.
Mübariz Həmidov İsrailli həmkarı ilə görüşüb
ADGTT-nın direktoru Əməkdar incəsənət xadimi, ASSİTEJ-Azərbaycan Milli Mərkəzinin prezidenti Mübariz Həmidov İsrailli həmkarı – İsrail Gənc Tamaşaçılar Teatrının direktoru və aktyoru Şaul Tiktinerlə görüşüb. Teatrdan “Olaylar” –a bildirilib ki, işgüzar və yaradıcı şəraitdə keçən görüşdə Azərbaycan-İsrail Teatr əlaqələri və iki teatr truppasının iştirakı ilə yeni layihələrin həyata keçirilməsi barədə müzakirələr aparılmış, sonda İsrail Gənc Tamaşaçılar Teatrının yeni mövsümdə Azərbaycana səfər edərək Dövlət Gənc Tamaşaçılar Teatrında tamaşalar nümayiş etdirilməsi barədə razılıq əldə olunmuşdur.
Tehran televiziyasında aşıq sənətinə həsr olunmuş veriliş yayımlanacaq
Tehranda fəaliyyət göstərən “Səhər” dövlət televiziyasında aşıq sənətinə həsr olunmuş veriliş yayımlanacaq. İran Aşıqlar Birliyinin sədri, ustad aşıq Səlcuq Şahbazinin aparıcılığı ilə yayımlanacaq bu verilişin efir vaxtı təxminən bir saata yaxındır və həftədə bir dəfə efirə çıxacaq. İran Aşıqlar Birliyindən "Olaylar" -a bildirilib ki, gələcəkdə verilişin həftədə iki dəfə yayımlanması, habelə aşıqların ifasında dastanların səsləndiriləcəyi digər bir verilişin də açılması nəzərdə tutulur. İranda hazırda 3 min nəfərdən çox aşıq var və bunlar sazın əsas beşiklərindən olan Təbrizlə yanaşı, İranın Həmədan, Xorasan, Qum, Şiraz, Savə, Tehran, Qaşqay, Kərəc, Zəncan, Miyana, Xoy, Urmiyə, Miyandab, Xalxal, Parsabad, Meşkin, Mərənd, Sahəndva və Heştəri vilayətlərində fəaliyyət göstərirlər. Bu bölgələrin hər birində aşıqlar özünəməxsusluğu ilə fərqlənirlər.
Estoniyada keçirilən beynəlxalq konfransda ölkəmiz də təmsil olunub
Burak Özçivitlə Murad Bozun FİLMİNDƏ çəkilən azərbaycanlı aktyor DANIŞDI
Azərbaycanlı aktyor Kamran Ağabalayev “Kardemiş benim 2” filmində çəkiləcək. Bu barədə aktyor özü sosial şəbəkədə məlumat verib. Baş rollarda Burakla Muradın oynadığı məşhur filmin ikinci hissəsinin aktyor heyətinə daxil olan K.Ağabalayev onların şəklini paylaşıb. O, fotoya “Burak idi, Murad idi, mən idim”, - deyə qeyd edib.
Flora Kərimova erməniyə qucaq açan Xalq artistinə ARXA ÇIXDI: "Əgər həmin qarmonçu..."
“Brilliant xanım bir musiqiçi kimi fikrini bildirib. Kim bu ixtiyarı onun əlindən alır. İnanıram ki, o, bu addımı həssaslığına söykənərək edib. Axı niyə insanları həqiqəti deməyə qorxudurlar?”





.jpg)








