Mədəniyyət

Məşhur aktyor vəfat etdi

11 İyul 2017 10:13

Türk kinosunun korifey simalarından Fikrət Hakan həyatını itirib. Əsl adı Bumin Ğaffar Çıtanak olan Fikrət Hakan bir müddətdir ağır xəstəlikdən əziyyət çəkirdi. Dr. Lütfi Kırdar Kartal Təhsil və Araşdırma Xəstəxanasında gecə saat 2 radələrində həyatını itirən Fikrət Hakanın 83 yaşı var idi. Həkimlərin bütün müdaxiləsinə baxmayaraq korifey sənətkarın həyatını xilas etmək mümkün olmayıb. Alınan məlumatlara görə, həkimlər təxminən 2 saat onu həyata qaytarmaq üçün bütün səylərini ortaya qoyublar.

Türkiyəli yazar məşhur modellə görüntüləndi

11 İyul 2017 09:54

Məşhur braziliyalı top model Adriana Lima türkiyəli yazıçı Metin Hara ilə sevgilidir. Cütülük dünən Bodrumd hava limanında birlikdə görüntülənib. Dünya şöhrtəli modelin VİP hissədən deyil, sadə sərnişinlərlə birlikdə digər çıxışdan çıxması diqqət çəkib. Jurnalistlərin onları çəkməsinə əhəmiyyət verməyən cütlük avtomobilə minib qalacaqları otelə yollanıblar. Adriana Limanın Bodrum şəhər mərkəzinə daxil olduqdan sonra mətbuat nümayəndələrinin onları təqib etməsinə əsəbiləşib. Lima sürücüsünə mətbuat nümayəndələrinə yolu itirməyi tapşırığı verib. Sürücü Göltürkbükü, Gündoğan və Yalıkavak məhəllələrində beş dəfə fırlanıb. Daha sonra mətbuat nümayəndələrini keçməyə çalışan sürücü qırmızı işıqlarda da dayanmayıb. Onlar  iki gün Bodrumda qaldıqdan sonra Gökova Körfəzi və Yunanıstan adalarını əhatə edən dəniz səyahətinı çıxmağı planlaşdırıb.

"Hamınıza pul da, toy da bəs edəcək" - Səbinədən həmkarlarına - VİDEO

10 İyul 2017 17:54

"Eurovision 2011" qalibi Nigar Camalın Diana Hacıyevanı bəyənmədiyini deməsinə Səbinə Babayeva münasibət bildirib.  Səbinə "ATV maqazin onlarla" verilişinə açıqlamasında ifaçıları qınayıb. 

Musiqili Teatr Tehrandan qayıtdı

10 İyul 2017 17:06

Musiqili Teatrının İran İslam Respublikasının paytaxtı Tehran şəhərinə səfəri başa çatıb. Qurumun mətbuat katibi Samir Sədaqətoğlu “Olaylar” – a bildirib ki, İranda keçirilən Azərbaycan Mədəniyyət Günlərinin nümayəndə heyətinə daxil edilən Musiqili Teatrın kollektivi Tehranın “Hünər” Sarayında dahi Üzeyir Hacıbəylnin “Ər və arvad” tamaşası ilə çıxış edib.

"Günahı olsa da, özünü yuxarıdan aparır" - Mehriban Xanlarova

10 İyul 2017 16:57

Əməkdar artist Mehriban Xanlarova kin saxlamadığını deyib.   "Hər şey daxil" verilişinin qonağı olan aktrisa ona pislik edənlərə hər zaman yaxşılıqla qarşılıq verməyə çalışdığını deyib: "Əslində mən kinli insan deyiləm.

“Piter Pen”Nizami Kino Mərkəzində

10 İyul 2017 16:41

İyulun 12-də Nizami Kino Mərkəzi və British Council Azərbaycanın birgə layihəsi çərçivəsində şəhər sakinlərinə və qonaqlarına “Piter Pen” tamaşasını rus dilində alt yazılarla təqdim edəcək.

Güneldən ayrılıq xəbərinə münasibət

10 İyul 2017 16:26

Xəbər verdiyimiz kimi, müğənni Günel Zeynalova nişanlısı Cem Ozan Torunlardan ayrılıb. Sənətçinin ayrılıq xəbərini ilk olaraq Türkiyə mediası işıqlandırıb. Bir neçə saatdan sonra isə onlar məlumatı siliblər. Türkiyədə yaşayan Günel yayılan xəbərlərlə bağlı açıqlama verib. O, nişanının qayıtmasını nə təsdiqləyib, nə də inkar edib: "Hazırda başım yeni albomumun hazırlıqlarına qarışıb. Şəxsi həyatımla bağlı bütün məsələləri bir kənara qoymuşam. Ora kiminsə müdaxilə etməsinə, danışmasına imkan vermirəm. Xəbəri ilk olaraq "Uçan kuş"saytı yaydı, amma indi onlar da siliblər. Bayaqdan telefonum susmur. Bütün jurnalistlər, yaxınlar zəng vurur. Heç kimə cavab vermirəm. Mən dostumun kim, düşmənimin kim olduğunu indi bildim".

Azərbaycanlı müğənnidən ETİRAF: "Qazandığım pulları başqa qadınlara xərcləyirdi" 

10 İyul 2017 16:02

Mənim istirahətim neçə ildir demək olar ki, yox dərəcəsindədir. Hər kəsin istirahətlə bağlı fərqli anlayışı var. Kimin üçünsə yeyib-içib yatmaq, haralardasa gəzmək istirahət hesab olunur. İstərdim, istirahətimi yayda yox, Məhərrəmlik vaxtı edim. Mən çoxluqdan qaçıram. Restoranda, toyda daim çoxluğun içində olduğum üçün təkliyə, sakitliyə daha meylliyəm. Neçə ildir deyirəm, guya dərslər başlayanda, hamı öz evinə yığılanda dincəlim. Elə öz rayonumuz olan Oğuza 10-15 günlük gedə bilsəm, bu, mənim üçün böyük istirahət olardı. Amma gedə bilmirəm. Axşamlar restoranda çalışmağa məcburam. Hələ ki, istirahət nöqteyi-nəzərindən qarşımdakı maddi baryeri keçə bilməmişəm. Sağlıq olsun...

“Qarabağnamə” mövsümə yekun vurdu

10 İyul 2017 15:14

Akademik Milli Dram Teatrı mövsümə İlyas Əfəndiyevin “Hökmdar və qızı” pyesi əsasında hazırlanmış “Qarabağnamə” tamaşası ilə yekun vurub. Teatrın mətbuat xidmətindən “Olaylar” -a bildirilib ki, səhnə əsərinin quruluşçu rejissoruxalq artisti Mərahim Fərzəlibəyov, quruluşçu rəssamı İsmayıl Məmmədovdur.

Film sərgilər Bakıda

10 İyul 2017 14:25

İyulun 16 – da British Council CoolConnections və Park Cinema yeni layihə təqdim ediləcək. Park Cinemadan “Olaylar” – a bildirilib ki, britaniyalı rejissor Fil Qrabskidən yüksək keyfiyyətdə və iri ekranda FİLM-SƏRGİLƏRİ izləniləcək. Londonun Milli qalereyası, Kral İncəsənət Akademiyası və Müasir İncəsənət Qalereyası, habelə Norveç milli muzeyi, Munka muzeyi, Amsterdam Dövlət muzeyi, Mauritshuis Kral Qalereyası və Amsterdamdakı Van Qoq muzeyindən olan sərgilər böyük ekranda yenidən canlanaraq incəsənət sevərlərə təqdim olunacaq. Britaniyalı sənədli film rejissoru Fil Qrabskinin film-sərgiləri London, Oslo, Paris, Nyu-Yorka da müxtəlif muzaylərində sərgilənib.

Daşkənddə Seyid Rza Əlizadə haqqında kitab çap edilib

10 İyul 2017 14:09

Daşkənddəki “Şərq” nəşriyyatında Səmərqənddə yaşamış soydaşımız, görkəmli pedaqoq, ədəbiyyatşünas, ictimai xadim, jurnalist, tərcüməçi Seyid Rza Əlizadə haqqında özbək dilində “Seyid Rza əbədiyyəti” adlı kitab çap edilib. Nəşrdə Seyid Rza Əlizadə irsinin tədqiqatçısı, professor Qeybulla Əs-Salom, ədibin nəvəsi Fərhad Əlizadə və digər tədqiqatçıların onun haqqında məqalələri toplanıb.

Musiqili Teatrının əməkdaşı Beynəlxalq Müsabiqədə

10 İyul 2017 13:09

Musiqili Teatrının əməkdaşı Firuzə Nəcəfli Parisdə keçirilən “İnternational Folklore Competition” Beynəlxalq Müsabiqəsində 2-ci yerə layiq görülüb. Teatrının mətbuat katibi Samir Sədaqətoğlu “Olaylar” – a bildirib ki, F. Nəcəfli müsabiqədə Robert Şumanın 8 nömrəli “Noveletta” f-mol əsərini ifa edib.

Azəri qızı Günel ikinci nişanlısından ayrıldı və elə SÖZLƏR YAZDI Kİ...

10 İyul 2017 11:23

Azəri qızı Günelin ikinci nişanlısı Cem Ozan Torunlarla ayrıldığı iddia edilib. Bu yaxınlarda burnunu əməliyyat etdirməsilə gündəmə gələn müğənni instaqramda nişanlısı ilə şəkillərini silib. Türkiyədə yaşanan həmyerlimiz sosial şəbəkədə vəfasızlıqdan status yazaraq insanlardan şikayətlənib: “Görmək üçün baxmağı da bacarmalısan, istənilən şəraitdə onu sevə bilmək üçün sayğı və səmimiyyət olmalıdır.

Məşhur aktyor cəzlandırıldı

10 İyul 2017 10:43

“Indiana Jones və Crystal Skull Krallığı”, “Mən Robot”, “Transformers” filmlərində rol alan amerikalı aktyor Shia LaBeouf  Georgia əyalətinin Savannah şəhərində ictimai asayişi  pozduğu üçün  nəzarətə altına alınıb. “Olaylar” “Miliyyet” - ə İstinadən bildirir ki, Shia LaBeouf'un bir adamdan və bir polis məmurundan siqaret istəyib. Bu istəyi rədd edilən aktyor  həmin insanları təhqir edib.