Mədəniyyət
"Həmkarlarım üçün qapım bağlıdır, çünki..." - Xalq artisti evinə qapandı
Xalq artisti Zərnigar Ağakişiyeva evinə qapanıb.Telefon zənglərinə 3 gündən sonra cavab verən aktrisa səhhətindən də danışıb. "3 gün idi ki, heç bir telefon zənglərinə cavab vermirdim. Bu gün bir az özümə gəlmişəm. Hava dəyişən kimi evimə qapanıram. Nə çölə çıxıb gəzirəm, nə də ki, qonaq qəbul edirəm. Hələ ki, o gücü özümdə hiss etmirəm. Çünki qonaq gəlsə, gərək oturub onunla gün keçirim.
"Həyat yoldaşım uğursuz insandır" - əməkdar artist
“Kaş üç-dörd uşağım olardı. İndi nəvə istəyirəm. Fikirləşirəm ki, övladım ailə qursun, uşağı olsun. Amma qızım ailə qurmaq istəmir. Uşaqları çox sevirəm, onlardan zövq alıram”. Məlumata görə, bu sözləri əməkdar artist naibə Allahverdiyeva “Günə davam” verilişində deyib. Aktrisa özündən yaşca balaca olan həyat yoldaşından danışıb: "Yoldaşım işimə qarışmır. Xasiyyəti pis deyil, qısqanclıq etmir. Sadəcə uğursuz insandır. İşində uğur qazana bilmir. Bu da ona psixoloji təsir edir. Bəzən olur ki... (kövrəlir) Bu yaşımda ayılmışam. Artıq insanları dəyişmək istəmirəm.
Molla Pənah Vaqifin 300 illik yubiley tədbiri
Mədəniyyət və İncəsənət Universiteti və 23 saylı məktəbin birgə təşkilatçılığı ilə Molla Pənah Vaqifin 300 illiyi ilə bağlı gecə keçirilib. Olaylar.az bildirir ki, tədbir 23 saylı məktəbin müəllim və şagirdlərinin ifasında Vaqifin şeirlərinin Azərbaycan və rus dillərində səsləndirilməsi ilə başlayıb. Konsertdə Qəmbər Hüseynli, Cahangir Cahangirov, Pikə Axundova, Elza Seyidcahanın Vaqifin sözlərinə yazdığı mahnı və romanslar, şairin sözlərinə muğam və təsniflər, habelə aşıq havaları ifa edilib.
Gəncədə dostluğu və həmrəyliyi tərənnüm edən festival
Noyabrın 3- də Gəncə şəhərində Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin, Bakı Yunus Emre İnstitutunun, Türkiyə Cümhuriyyətinin Gəncə Başkonsulluğu və Gəncə Regional Mədəniyyət və Turizm İdarəsinin birgə təşkilatçılığı ilə IV “Türk dünyası ənənəvi uşaq oyunları festivalı” keçirilib. Olaylar.az bildirir ki, layihənin təşkil olunmasında məqsədi türk dünyasının qeyri-maddi mədəni irs nümunələrinin ayrılmaz tərkib hissəsi olan ənənəvi uşaq oyunlarının həm əyləncə, həm də yarış formatında keçirilməsi, onların gələcək nəsillərə çatdırılması, eyni oyunlarla böyüyərək müxtəlif coğrafiyada yaşayan uşaqlar arasında dostluq əlaqələrinin möhkəmlənməsidi.
Əməkdar artist konsert verəcək konserti
Noyabrın 3 – də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Avropada yaşayan dünyaşöhrətli pianoçu, professor, əməkdar artist, adına Pianoçuların Beynəlxalq Müsabiqəsi olan Adilə Əliyevanın konserti olub. Tədbiri giriş sözü ilə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, əməkdar mədəniyyət işçisi Alla Bayramova açıb.
Musa Yaqub oxucuların suallarını cavablandırdı
Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə şair Musa Yaqubla görüş keçirilib. Olaylar.az bildirir ki, görüşdə Baş İdarənin əməkdaşı Sücayət Piriyeva, Səbail MKS-nin direktoru Nüşabə Ələkbərova, 16 saylı texniki humanitar liseyin müəllim və şagirdləri, oxucular iştirak ediblər.
Alim Qasımov və Fərqanə Qasımova beynəlxalq konfransda - İstanbulda
Noyabrın 4 - də Türkiyənin İstanbul şəhərində İstanbul Universitetinin, Türkiyə Mədəniyyət Nazirliyinin, Azərbaycanın İstanbuldakı baş konsulluğu və İstanbul Fatih Bələdiyyəsinin təşkilatçılığı ilə gənc ədəbiyyatçıların konfransı keçiriləcək. Konfransın yekun iclasında isə iştirakçılar məhşur muğam ifaçıları Alim Qasımov və Fərqanə Qasımovanın ifalarını dinləyəcəklər.
“Müasir Azərbaycan hekayəsi antologiyası” ərəb dilində
AMEA Mərkəzi Elmi Kitabxanasının təşkilati dəstəyi ilə Misirdə ərəb dilində işıq üzü görmüş “Müasir Azərbaycan hekayəsi antologiyası” kitabının təqdimatı keçirilib. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin beynəlxalq layihələrindən olan yeni antologiya Misir Milli Tərcümə Mərkəzi ilə birgə ərsəyə gətirilib. Olaylar.az bildirir ki, MEK-in Beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mübariz Göyüşlü ərəbdilli oxucular üçün hazırlanmış kitabı hər iki xalq arasında bağlılığın yaradılmasında, ədəbi-mədəni əlaqələrin yaxınlaşmasında mənəvi körpü olacağını bildirib.
Tarixi Muzeyində seminar
Milli Azərbaycan Tarixi Muzeyində “Azərbaycan xalqının məişət mədəniyyətinin formalaşmasında İslamın rolu” mövzusunda seminar keçirilib. Olaylar.az bildirir ki, tədbirdə DQİDK-nin əməkdaşları, Xəzər Universitetinin Fəlsəfə kafedrasının müdiri f.ü.e.d. Mail Yaqub, ADİU və ADPU-nun tələbələri, Muzey əməkdaşları və s. iştirak edib. Tədbiri giriş sözü ilə Muzeyin Etnoqrafiya şöbəsinin müdiri, t.ü.f.d. Gülzadə Abdulova açaraq qeyd edib ki, cənab Prezident İlham Əliyevin müvafiq sərəncamına uyğun olaraq İslam həmrəyliyi mövzusunda Muzeydə mütəmadi tədbirlər keçirilir.
“İstedad sorağında” – müsabiqə
Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Şüvəlan qəsəbə Mədəniyyət evi Mərdəkan, Şağan və Şüvəlan qəsəbələrində yerləşən tam orta məktəblərin şagirdləri arasında “İstedad sorağında” adlı musiqi alətlərində ifa üzrə müsabiqənin 3-cü, yekun turunu keçirib. Şüvəlan qəsəbə Mədəniyyət evində 17 noyabr- Milli Dirçəliş gününə həsr olunmuş müsabiqənin qaliblərinin mükafatlandırma mərasimi və qala konsert keçiriləcək.
"Vəhşi diviziya” adlı qısametrajlı film təqdim edildi
AMEA Mərkəzi Elmi Kitabxanası “Vəhşi diviziya” adlı qısametrajlı tarixi film hazırlayıb. Olaylar.az bildirir ki, filmdə Çar Rusiyası dönəmində Azərbaycan və Qafqazın müsəlman xalqlarından yaradılmış və diviziyaya daxil olan könüllü süvari alaylarının, həmçinin tatar (azərbaycanlı) alayının Birinci Dünya müharibəsində iştirakından bəhs edilir. Qafqaz Yerli Süvari diviziyasında azərbaycanlıların xüsusi yeri olub. Diviziyada şahzadə Feyzulla Mirzə Qovanlı-Qacar, Hüseyn xan Naxçıvanski, Nur bəy Sofiyev, Cəmşid xan Naxçıvanski kimi məşhur azərbaycanlı hərbçilər qulluq edib. “Vəhşi diviziya”nın, xüsusən də tatar alayının müharibə dövründəki şücaəti misilsiz olub.Belə ki, məhz tatar alayının hərbçiləri Azərbaycan Xalq Cümhuriyyəti ordusunun formalaşmasında vacib rol oynayıblar.
Xalq rəssamının “Dünənin səhəri”
Mədəniyyət və İncəsənət Universitetinin “Vernisaj” zalında Rəssamlıq fakültəsinin dosenti, Xalq rəssamı Xanlar Əhmədovun “Dünənin səhəri” adlı fərdi sərgisi keçirilib. Olaylar.az bildirir ki, sərgidə müəllifin 30-a yaxın əsəri, heykəltəraşlıq nümunələri nümayiş olunub. Xanlar Əhmədov Əzim Əzimzadə adına Rəssamlıq məktəbini və A.Ostrovski adına Rəssamlıq İnstitutunu bitirib. SSRİ-nin Rəssamlıq Akademiyasının aspirantı olub və bürünc medalı ilə təltif olunub. Rəssamlar İttifaqının üzvüdür. 2002-ci ildə Prezidentin fərmanı ilə Əməkdar rəssamı fəxri adına, 2006-ci ildə isə Azərbaycan təsviri incəsənətinin inkişafındakı xidmətlərinə görə Xalq rəssamı fəxri adına layiq görülüb.
İnsult keçirən tanınmış bəstəkarın vəziyyəti ağırdır
İnsult keçirərək 1 saylı Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsində yerləşdirilən tanınmış bəstəkar Tahir Əkbərin vəziyyəti ağır olaraq qalır. Bu barədə Mərkəzin reanimasiya şöbəsindən məlumat verilib. Şöbədən bildirilib ki, dünən səhər saatlarında xəstəxanaya yerləşdiriləndən T.Əkbərin vəziyyətində ciddi bir irəliləyiş qeydə alınmayıb. “Hələ o, özünə gəlməyib. Çünki insult səbəbindən beyində yaranan ocaq böyükdür”, - deyə şöbədən bildirilib.
Fədayə Laçın yetim uşağa analıq edib
Bir neçə gündür "Qoca" ləqəbli kriminal avtoritet Etibar Məmmədovun həbsdən qaçmasına köməklik etməsində təqsirləndirilərək həbs edilən Fədaylə Laçın haqqında söz-söhbətlər səngimək bilmir. Əksər insanlar onu qınasa da, bir çoxları müğənniyə haqq da qazandırırlar.


.jpg)







.jpg)


