Mədəniyyət

Ayaz Mütəllibov: “Nəbi Xəzri mənim sualıma cavab verə bilmədi” – MÜSAHİBƏ

6 Noyabr 2017 10:42

 “İşdən kənar” layihəsindən eks prezident Ayaz Mütyəllibovla müsahibəni təqdim edirik. Layihədə müxtəlif peşə sahiblərindən ədəbiyyatla bağlı söhbətlər aparılır. - Ayaz müəllim, ədəbiyyatı cəmiyyətin hansı hissəsində və nə dərəcədə əhəmiyyətli görürsünüz? - Mənim fikrimcə, ədəbiyyatın cəmiyyətdəki əhəmiyyəti və rolu ölkənin yaşadığı tarixi dövr və yazıçı sözünə tələbatın  artması ilə əlaqəli şəkildə müəyyən olunur. Bu baxımdan konkret bir dövr üçün ədiblər və yazıçıların oxucu auditoriyasına  müraciət forması böyük əhəmiyyət kəsb edir. Cəmiyyətin müasir tarixi dövrü nə qədər dramatik cərəyan edirsə, yazıçının sözü də bir o qədər cürətli və prinsipal olmalıdır. Dövrün drammatizmi ilə əhatə olunmuş yazıçı sözü oxucuların, həyatları ağır və taleyüklü sınaqlara məruz qalmış insanların qəlblərinin  dərinliklərinə yol tapmalıdır. Məhz tarixin bu anında, əsasını yaradıcı zıyalılar, vətənpərvər gənclik, ölkənin gənc nəslini tərbiyə edəcək müəllimlər  ordusu təşkil edən və yazıçılara, yaradıcı zıyalılara arxalnan milli elita formalaşmalıdır.

Əməkdar artist: "Əsl Təhminə mən idim, Maral deyildi"

5 Noyabr 2017 11:20

Onunla dəfələrlə telefon vasitəsilə söhbət edib adının hallandığı qalmaqallı məsələlərə aydınlıq gətirmişik, yaradıcılığı ilə bağlı xəbərləri paylaşmışıq. Bu dəfə “Danışan fotolar” layihəsində söhbətləşmək, arxiv fotolarına baş çəkmək istədik. İstəyimiz baş tutdu. “Sovetski” adlanan ərazidə iki otaqlı balaca evinin qapılarını üzümüzə açdı. Həmin gün özünün və üzünün yorğunluğunu nəzərə alaraq onu evində yox, səhəri gün təbiət qoynunda lentə aldıq.

Aparıcı canlı yayımda ağladı - RAFİQ HÜSEYNOVA GÖRƏ

4 Noyabr 2017 18:13

Mədəniyyət TV-də xəbərlərin yayımı zamanı duyğulu anlar yaşandı. Mərhum Xalq artisti Rafiq Hüseynovun dəfin mərasimi haqqında xəbər efirə getdikdən sonra aparıcı göz yaşlarına hakim ola bilməyib.

“Hər sevişdiyimizlə dost olmuruq” - Amaliya Pənahova

4 Noyabr 2017 16:52

Xalq artisti, tanınmış aktrisa Amaliya Pənahova yaradıcılıq sirlərindən danışıb. İllərin sənətkarı bildirib ki, peşəkar aktrisa tərəf-müqabilləri ilə həyatdakı münasibəti səhnədə hiss etdirməməlidir. Bunu peşəkarlıq kimi dəyərləndirən xalq artisti səhnə fəaliyyətindəki münasibətlərin həyatdakı münasibətlərə dəxli olmadığını deyib:

"O ses Türkiye"nin Bakı seçimləri 

4 Noyabr 2017 16:49

Türkiyənin məşhur səs yaşışması olan “O SƏS TÜRKİYƏ” yə Azərbaycandan qatılmaq istəyən  iştirakçıların seçim mərhələsi bu gün strat götürüb.   Bakının məhşur otellerindən birində baş tutan seçim mərhələsinə qatılım marağı olduqca yüksəkdir. Yüzlərlə gənc, iştirak etmək arzusu ilə öz şansını sınayır.

İlk qadın opera müğənnisi Şövkət Məmmədovanın 120 illyi

4 Noyabr 2017 14:18

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Azərbaycanın ilk qadın opera müğənnisi, SSRİ Xalq artisti Şövkət Məmmədovanın anadan olmasının 120 illiyi ilə əlaqədar tədbir keçirilib. Olaylar.az bildirir ki, muzeyin şöbə müdiri Xanım Abdinova, Bakı Musiqi Akademiyasının professoru, musiqişünas-alim, Əməkdar incəsənət xadimi Zümrüd Dadaşzadə Şövkət Məmmədovanın yaradıcılıq yolu, xidmətləri haqqında çıxış ediblər. Çıxışlar muzeyin arxiv materialları əsasında hazırlanmış slayd-şou və sənədli videokadrlar ilə müşayiət olunub.

"Bayrağımız qürurumuzdur!" - Rəsm aksiyası

4 Noyabr 2017 12:50

Noyabrın 8 - də Mədəniyyət və Turizm Nazirliyinin, Rəsm Qalereyasının, Xətai Rayon İcra Hakimiyyətinin və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə Xətai Rayonu Heydər Əliyev Parkında “Bayrağımız qürurumuzdur!” adlı asfalt üzərində rəsm aksiyası və gənc rəssamların pleneri keçiriləcək. Olaylar.az bildirir ki, tədbir Azərbaycan Dövlət Bayrağına sevgi və ehtiram hisslərinin tərənnüm olunması, bayrağımızın milli qürur mənbəyi kimi tanıdılması, insanlarda, xüsusən gənc nəslin nümayəndələri, eləcə də yaradıcı ziyalılar arasında üçrəngli Azərbaycan bayrağına sədaqət kimi milli vətənpərvərlik duyğularının aşılanması məqsədi ilə həyata keçirilir.

Auqsburq Universitetinin doktorantı Qurban Səid yaradıcılığını tədqiq edir

4 Noyabr 2017 12:18

Azərbaycan Dillər Universitetində Xarici ölkələr ədəbiyyatı kafedrasının təşkilatçılığı ilə Almaniyanın Auqsburq Universitetinin doktorantı Kristin Bossauer-Qrossun iştirakı ilə dəyirmi masa keçirilib. K.B.Qrossu tədbir iştirakçılarına təqdim edən Xarici ölkələr ədəbiyyatı kafedrasının müdiri, professor Aynur Sabitova qonağın ADU-da olmasının əsas səbəbinin Qurban Səid yaradıcılığını daha dərindən tədqiq etmək və onun ədəbi irsinin incəliklərini öyrənməkdən ibarət olduğunu söyləyib.

“Duyğularımızın rəngi” adlı sərgi

4 Noyabr 2017 11:48

AMEA Milli Azərbaycan Tarixi Muzeyi və Sabunçu rayonu Yeni Ramana qəsəbəsində yerləşən 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzinin təşkilatçılığı ilə gənclərin əl işlərindən ibarət sərginin açılış mərasimi olub. “3 dekabr - Beynəlxalq Əlillər günü”nə həsr olunmuş “Duyğularımın rəngi” adlı sərgi Bilik Fondunun dəstəyi ilə keçirilir. Olaylar.az bildirir ki, tədbirin keçirilməsində məqsəd sağlamlıq imkanları məhdud istedadlı gənclərə dəstək olmaq və onların müxtəlif sənət sahələrini əks etdirən əl işlərini ictimaiyyətə təqdim etməkdir. Sərgidə 28 yaradıcı gəncin 100-dən çox əl işləri nümayiş olunub. Milli Azərbaycan Tarixi Muzeyinin Xarici əlaqələr və elmi-kütləvi iş şöbəsinin elmi işçisi Sahibə Ələkbərova sağlamlıq imkanları məhdud gəncləri Muzeyin elmi-ekspozisiyası ilə yaxından tanış edərək, onları maraqlandıran sualları ətraflı cavablandırıb.

“Next Level Azerbaijan” proqramının yekun konserti

4 Noyabr 2017 10:12

Bakı və Mingəçevir şəhərlərində Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı Səfirliyinin təşəbbüsü ilə “Next Level Azerbaijan” proqramının yekun konserti keçirilib. Olaylar.az bildirlir ki, Mədəniyyət və İncəsənət Universitetinin Teatr sənəti və Musiqi sənəti fakültəsinin tələbələrinin də iştirak etdiyi konsertlərdə MC, Beatbox, Hip-Hop və müxtəlif rəqslər nümayiş olunub. Sonda tələbələr “Next Level Azerbaijan” proqramı üzrə sertifikat ilə təltif olunublar.

Brilliant Dadaşova Mehriban Əliyevaya niyə müraciət etdi

4 Noyabr 2017 06:45

Müğənni Brilliant Dadaşova Azərbaycan Respublikasının I vite- prezidenti Mehriban Əliyevaya müraciət edib. Olaylar.az bildirir ki, müğənni son günlər ölkə gündəmi zəbt edən Fədayə Laçınla bağlı xanım Mehriban Əliyevaya səslənib. Brilliant Dadaşova bu müraciətini sosial şəbəkədən - instaqram hesabı vaistəsi ilə edib. Olaylar.az müğənninin müraciətini olduğu kimi təqdim edir:

"Muğam dünyası" BDU-da

4 Noyabr 2017 00:11

Bakı Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Daşqın Qənbərov "Muğam Dünyası" layihəsinin təşəbbüsükarlarını salamlayaraq, tədbiri yüksək qiymətləndirildiyini vurğulayıb. Daşqın Qənbərov qeyd edib ki,  Azərbaycanda dövlət müstəqilliyinin bərpasından sonra, xüsusən 1993-cü il iyunun 15-də görkəmli dövlət xadimi Heydər Əliyevin respublikamızda siyasi rəhbərliyə qayıdışı ilə milli-mənəvi dəyərlərin dirçəlişinə, iqtisadiyyatın, sosial sahələrin inkişafına güclü stimul verilib.

“O gün Rafiq...” Vida mərasimindən REPORTAJ

3 Noyabr 2017 22:55

Ayxan Ayvazın Xalq artisti Rafiq Hüseynovun vida mərasimindən yazdığı reportajı təqdim edirik.   ... Yazım da onun vida mərasimi kimi sükutla başlasın. Çələnglər görünsün əvvəlcə, ardınca gülümsəyən şəkli...

"Nə yaxşı aşiq olmuşam" - Şou - biznes əhlinin sevgi həyatı

3 Noyabr 2017 21:22

Şou-biznes nümayəndələri bu dəfə sevgidən danışıblar. "Xəzər maqazin" müğənnilər arasında sorğu apararaq onlara "Sevgi nədir və onu necə yaşayırsınız" sualını ünvanlayıb. Müğənnilərin sevgi etiraflarını təqdim edirik: Tünzalə Ağayeva: "Özünü unudursan. Onun varlığı sənin içinə dolur. Hər yerdə onu görürsən, axtarırsan. Sanki insanın nəfəsi çatmır. Ancaq axtarışdasan. Yanında deyilsə, gözün onu axtarır".