Mədəniyyət
Fikrət Əmirov və Niyazinin əsərləri Koliforniyada səsləndi
ABŞ-ın Kaliforniya ştatının Sakramento şəhərində tanınmış Sakramento Gənclər Simfoniyasının dahi Azərbaycan bəstəkarı Fikrət Əmirov, həmçinin görkəmli dirijor və bəstəkar Niyazinin əsərlərinin ifa olunduğu geniş konsert keçirilib. Sakramentonun tarixi Krest Teatrında keçirilən konsertdə Kaliforniya paytaxtının siyasi, iqtisadi, elm, təhsil və mədəniyyət ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Olaylar.az bildirir ki, Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun dəstəyilə keçirilən konsertdə Azərbaycan musiqiçisi Mustafa Mehmandarovun dirijorluğu ilə və gənc müğənni Mərziyyə Hüseynovanın ifasında Sakramento Gənclər Simfoniyası Fikrət Əmirov və Niyazinin ən tanınmış əsərlərini səsləndiriblər. Konsert proqramında F.Əmirovun həyat və yaradıcılığını əks etdirən video-çarx da nümayiş etdirilib.
"Qarabağın səsi" - uşaqların ifasında
Noyabrın 7- də Milli Konservatoriyada 2017-ci il may ayında Bakı Yunus Emre İnstitutu və Təkamül və İnteqrasiya Beynəlxalq İctimai Birliyi Qarabağ ərazisinin Ağdamdan Zəngilana qədər bütün bölgələrinin musiqi və şeir müsabiqəsində qalib olan uşaqların "Qarabağın səsi" adlı konserti proqramı olacaq. Olaylar.az- bildirir ki, Bakı Yunus Emre İnstitutu, Təkamül və İnteqrasiya Beynəlxalq İctimai Birliyi və Türk İş Birliyi və Koordinasiya Agentliyinin birgə təşkilatçılığı və Azərbaycan -Türkiyə İş Adamları Birliyi və Azərbaycan Milli Konservatoriyasının dəstəyi ilə həyata keçirilir.
Ən yaxşı tələbə filmi - “Od və su”
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Heydər Əliyev Fondu və BMT-nin Əhali Fondunun birgə təşkilatçılığı ilə Beynəlxalq Muğam Mərkəzində “Azərbaycan ailəsi 2017” IX film festivalının mükafatlandırma və bağlanış mərasimi keçirilib. Olaylar.az bildirir ki, tədbirdə öncə “Həyatdan şəklə” adlı foto müsabiqəyə təqdim olunan fotolar nümayiş olunub. Mədəniyyət və İncəsənət Universitetinin Fotoqrafiya üzrə Kino və televiziya fakültəsinin tələbəsi Fahir İmamquliyev, məzunu Elşən Şirbağırov və Mətbuat ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Arzu Mürvətova iştirak ediblər.
Arzu Mürvətova beynəlxalq foto müsabiqədə
Makedoniyada keçirilən "Arxeologiya davam edir” adlı III beynəlxalq foto müsabiqədə Mədəniyyət və İncəsənət Universitetinin əməkdaşı Arzu Mürvətovanın “Balaca arxeoloqlar” adlı fotosu yer alıb. Olaylar.az bildirir ki, Skopye Arxeologiya Tədqiqatları İnstitutunun təşkilatçılığı və Makedoniyanın Milli Arxeologiya Muzeyinin dəstəyi ilə keçirilən sərginin əsas məqsədi arxeologiyanı təbliğ etmək və dünyada mövcud olan arxeoloji əraziləri tanıtmaqdır.
Tofiq Quliyevin 100 illiyinə həsr edilən elmi konfrans
Noyabrın 8-də Azərbaycan Bəstəkarlar İttifaqında görkəmli bəstəkar, Xalq Artisti, Dövlət mükafatı laureatı Tofiq Quliyevin 100 illiyinə həsr edilən elmi konfrans və konsert keçiriləcək. İttifaqdan Olaylar.az -a bildirilib ki, tədbirdə sənətşünas alimlərin elmi məruzələri dinləniləcək və bəstəkarın həyat və yaradıcılığı bir daha yeni yanaşmalarla diqqətə çatdırılacaq.
"On minlik brilyant taxmaram" - Tünzalə
"Müəllifəm, öz cığırımı çəkmişəm. İstədiyim sahəyə özümü yönəldə bilərəm. Bəziləri də var ki, onlar sadəcə ifaçıdılar. Onlara istiqamət verilir. O bu qədərdir. Beləsi özünü mənimlə müqayisə edə bilməz".
Neslihan Atagül 6 şanslı iştirakçını qonaq edəcək
Neslihan Atagül Doğulu 6 şanslı iştirakçını “Pantene Altın Kelebek Mükafatları”-da qonaq edəcək. Bu il Azərbaycandan müsabiqə yolu ilə 6 nəfər Neslihan Atagül Doğulu ilə birlikdə “Pantene Altın Kelebek Mükafatları”-nı izləyə biləcək. Qeyd edək ki, qazananların səyahət xərclərini P&G şirkəti tərəfindən qarşılanacaqdır. Belə ki, bu şanslılardan 4-ü lotereya iştirakçılarından, 2-i isə foto müsabiqə iştirakçıları arasından seçiləcək. Lotereyada iştirak etmək istəyənlər Pantene 3 dəqiqədə möcüzə balzamının satın alaraq, məhsulun özəl kodunu pantenemocuzesi.az saytına daxil edəcəklər. Hər həftə 1 nəfər lotereya vasitəsilə canlı yayımda qalib seçiləcək. Qaliblər Pantene Altın Kelebek Gecəsində izləyici kimi iştirak edərək tədbiri canlı izləyə biləcəklər.
Talıb Taleyin konsertində dava düşdü - Aparıcı döyüldü
İsfar Sarabski "The Sunnyside Jazz Festival" adlı caz festivalında
"Jazzus Productions" şirkəti tərəfindən Fransanın Reims şəhərində keçirilən "The Sunnyside Jazz Festival" adlı caz festivalı sürətlə populyarlıq qazanmaqdadır. Sayca üçüncü olan bu festivala dünya üzrə məşhur caz musiqiçiləri bir araya gəlirlər. "İctaimaiyyəti müsiqinin müxtəlif üslubları ilə tanış etmək" və "cazın canlı musiqi olduğunu sübut etmək" məqsədi ilə yaradılmış bu festival cazın müxtəlif üslubları arasındakı sərhədləri açmağa cəhd edir. İki qabaqcıl musiqiçinin 450 caz pərəstişkarı qarşısındakı ifası zamanı aydın hiss etmək olurdu. Onlardan biri 2009-cu ildə keçirilmiş "Montreux Jazz Festival" festivalında "Solo Piano Prize" mükafatının qalibi olmuş azərbaycanlı bəstəkar, caz ifaçısı pianoçu İsfar Sarabski idi. Onun özünəməxsus çıxışı Avropa Azərbaycan Cəmiyyətinin Paris nümayəndəliyinin dəstəyi baş tutub. Olaylar.az bildirir ki, 28 yaşlı İsfar Azərbaycan muğamını caz, fank və klassik musiqi janrları ilə yeni və orijinal üslubda asanlıqla sintez etmək bacarığına malik bir caz ustasıdır. Bu ifa İsfarın yaradıcılığı ilə yaxından tanış olan caz sevərlər tərəfindən ifadan kənaraçıxma kimi qəbul edilə bilərdi. Konsertdə tamaşaçılara onun ifasında caz və klassik musiqilərinin sintezi təqdim olundu.
Zakir Mirzəyevin yaradıcılıq gecəsi keçiriləcək
Noyabrın 7 – də Beynəlxalq Muğam Mərkəzində əməkdar artist,qarmon ifaçısı Zakir Mirzəyevin yaradıcılıq gecəsi keçiriləcək. Olaylar.az bildirir ki, tədbir Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə, Muğam Mərkəzinin və “Mədəniyyət” kanalının birgə təşkilatçılığı ilə keçiriləcək. Gecədə Xalq artisti,bəstəkar Tofiq Bakıxanov, Milli Konservatoriyanın rektoru, Xalq artisti Siyavuş Kərimi, Asəf Zeynallı adına Musiqi Kollecinin direktoru Nazim Kazımov, əməkdar incəsənət xadimi, bəstəkar Aydın Əzimov və Kənan Əsədov çıxış edəcəklər.
Fatma Mahmudova Musiqili Teatrın səhnəsində
Azərbaycan Dövlət Musiqili Teatrının “3 gün sizinlə” layihəsi çərçicəsində Xalq artisti, Prezident təqaüdçüsü Fatma xanım Mahmudova 3 gün ard-arda tamaşaçıların qarşısında çıxış edib. Teatrın Mətbuat katibi Samir Sədaqətoğlu Olaylar.az – a bildirib ki, Fatma Abdullayeva C. Məmmədovun “www.ferzeli-kef.com” tamaşasında Bağdagül, R. Mirişli, M. Haqverdiyevin “Amerikalı kürəkən” əsərində Səkinə, Elçinin “Baladadaşın toy hamamı” musiqili-lirik komediyasında isə Zibeydə obrazını canlandırıb.
1937-ci ilin repressiya hadisələri Dram Teatrın səhnəsində
Akademik Milli Dram Teatrında “Cəhənnəm sakinləri” tamaşası nümayiş olunub. Teatrın mətbuat xidmətindən Olaylar.az – a verilən məlumata görə, Xalq yazıçısı Elçin Əfəndiyevin eyniadlı pyesi əsasında hazırlanan səhnə əsərinin müəllifi, quruluşçu rejissoru və rəssamı xalq artisti Azər Paşa Nemətov, rejissoru Anar Sadıqov, rejissor assistenti Dilbər İsmayılova, musiqi tərtibatçısı Kamil İsmayılovdur. Tamaşada Azər Dadaşovun musiqisindən istifadə olunub.
Baş ssenarist kino sənətinin inkişafından danışdı
Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə Suraxanı rayon Heydər Əliyev Mərkəzində Xəzər TV-nin “Qələm ssenarist qrupu”nun baş ssenaristi Valeh Əhmədovla görüş keçirilib. Olaylar.az bildirir ki, görüşün aparıcısı Kamran İsrafilov yaradıcı və istedadlı gənclərə dəstək məqsədilə belə layihələrin mütamadi keçirildiyini qeyd edib. Görüş qarışlıqlı müzakirələrlə davam edib, iştirakçıların sualları cavablandırılıb.
Nazpəridən efirdə İlhamə Quliyeva barədə GÖZLƏNİLMƏZ QƏRAR - O sirrin üstünü heç vaxt açmayacağam
Bu gün ARB telekanalında "Səhər-Səhər" verilişinin qonağı xalq artisti Nazpəri Dostəliyeva olub. Verilişin aparıcısı Elgiz Əkbərin xanım müğənniyə "İllər keçib üstündən. Nəhayət İlhamə xanımla aranızdakı o davanın səbəbini açıqlayın. Sizdən çox xahiş edirəm, bu sirri açın burada. Əsl səbəbi nə idi?" sualına Nazpəri Dostalıyeva maraqlı cavabı ilə yadda qalıb:
"Muğam Dünyası" BDU-da konsert proqramı təşkil edib
"Muğam dünyası" adlı layihəsi çərçivəsində BDU-da Milli ahəngimiz adlı konsert proqramı tədbiri təşkil olunub. Bakı Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Daşqın Qənbərov "Muğam Dünyası" layihəsinin təşəbbüsükarlarını salamladı tədbirini yüksək qiymətləndirildiyini vurğulayıb.



.jpg)






.jpg)



