Mədəniyyət
Tarkana Azərbaycandan 1,5 milyon dollarlıq TƏKLİF
Türkiyəli müğənni Tarkana Bakıdan yeni konsert təklifi gəlib. Bu il "10" albomu, konsertləri və reklam müqavilələri ilə 50 milyon lirə (təxminən 25 milyon manat) qazanan sənətçi Yeni il üçün təkliflər almağa başlayıb. Belə ki, "Meqastar"a Kiprdəki bir oteldən 3 milyon lirəlik (təxminən 1,5 milyon manat), Azərbaycandan isə 1,5 milyon dollarlıq təklif gəlib. Yeni illə bağlı Bakıdakı təşkilatçılıq şirkətlərindən birindən təklif alan Tarkanın cavabının nə olduğu hələ bəlli deyil.
Molla Pənah Vaqifin 300 illiyi qeyd olundu
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 12 yanvar 2017-ci il tarixli sərəncamına müvafiq olaraq Mədəniyyət və İncəsənət Universitetində Molla Pənah Vaqifin (1717-1797) anadan olmasının 300 illiyinə həsr olunmuş “Molla Pənah Vaqifin yaradıcılığı filoloji kontekstdə” adlı tədbir keçirilib. Teatr sənəti fakültəsi tələbələrinin iştirak etdiyi tədbirdə universitetin prorektoru, “Ədəbiyyat və dillər” kafedrasının professoru Gülşən Əliyeva XVIII əsr Azərbaycan şairi, siyasi və ictimai xadim Molla Pənah Vaqifin Azərbaycan ədəbiyyatında tutduğu mühüm mövqeyindən danışıb, onu yüksək bəşəri hisslər, zövqlər və ideyalar şairi kimi xarakterizə edib.
Vahid Əziz oxucuları ilə görüşdü
Noyabrın 7-də Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə Səbail rayon MKS-nin 1 saylı filialında Azərbaycan Yazıçılar Birliyinin üzvü, tərcüməçi, şair Vahid Əzizlə görüş keçirilib. Olaylar.az bildirir ki, görüşdə Türkiyə Bakı Böyükelçilik Kültür və Tanıtma müşavirinin müavini Adəm Kələş, Baş İdarənin əməkdaşı Sücayət Piriyeva, Səbail rayon MKS-nin direktoru Nüşabə Ələkbərova, Azərbaycan Rəssamlar İttifaqının üzvləri Elnarə və Aygün İsgəndərovalar və oxucular iştirak ediblər.
Gənc Tamaşaçılarda “Hörümçək adam”
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında yeni tamaşa hazırlanır. Olaylar.az bildirir ki, kollektiv 2018-ci ilin tətil günlərində kiçik yaşlı tamaşaçılar üçün Sten Linin “Hörümçək adam “ tamaşasını hazırlayır. “ İnanıram ki, digər tamaşalarımız kimi bu tamaşa da bizim kiçik yaşlı tamaşaçılarımızda böyük maraqğa səbəb olacaq. Onlar hər il olduğu kimi bayram ovqatlarına xüsusi rəng qatan ADGTT-dan yüksək əhval ruhiyyə ilə gedəcəklər. Hesab edirəm ki, tamaşa həm uşaqlar həm də böyüklərə gözəl bayram hədiyyəsi olaraq onların sevincinə sevinc qatacaq”- deyə, teatrın direktoru, Əməkdar incəsənət xadimi Mübariz Həmidov bildirib.
50-dən çox sənədli filmin ssenarisi təqdim edilib - MÜSABİQƏ
Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının “Zaman və Məkan” adlı qısametrajlı sənədli filmlər üçün elan etdiyi ssenari müsabiqəsi başa çatıb. Kinematoqrafçılar İttifaqından Olaylar.az - a verilən məlumata görə, müsabiqəyə 50-dən yuxarı sənədli filmin ssenarisi təqdim edilib. Müsabiqə şərtlərinə uyğun ssenarilər münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Əvvəlcədən adları məxfi saxlanılan münsiflər bütün ssenariləri qiymətləndirdikdən sonra qaliblərin adlarını açıqlayacaq.
Bayrağımız qürurumuzdur
Noyabrın 8 – də Mədəniyyət və Turizm Nazirliyinin, Rəsm Qalereyasının, Xətai Rayon İcra Hakimiyyətinin və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə Xətai Rayonu Heydər Əliyev Parkında “Bayrağımız qürurumuzdur!” adlı asfalt üzərində rəsm aksiyası və gənc rəssamların pleneri keçiriləcək. Olaylar.az bildirir ki, tədbir Azərbaycan Dövlət Bayrağına sevgi və ehtiram hisslərinin tərənnüm olunması, bayrağımızın milli qürur mənbəyi kimi tanıdılması məqsədi ilə həyata keçirilir.
Park Cinemada Tünzalə Ağayeva ilə ulduzlu nümayiş
Park Cinema kinoteatrlar şəbəkəsi və ADDIM Gənclər Təşkilatı Cinemaya Addımla layihəsinə yenidən start verdi. Kinoteatrlarda film izləmə ənənəsi və mədəniyyətinin təbliği məqsədi ilə həyata keçirilən “ParkCinemaya ADDIM-la” adlı layihəsinin yeni sezonda ilk qonağı əməkdar artist Tünzalə Ağayeva olub. Olaylar.az bildirir ki, layihə çərçivəsində müğənni gənclərlə bərabər rejissor Kennet Branın məhşur dedektiv yazar Aqata Kristinin eyni adlı əsərinin motivləri əsasında çəkdiyi " Şərq ekspresində qətl" filminə baxıblar. Nümayişdə media nümayəndələri, Addım Gənclər təşkilatının üzvləri və Tünzalənin fan klubunun fəal üzvləri iştirak ediblər.
Elariz: "Aygün Kazımova "Zaparoji"mdən düşmürdü"
Müğənni Elariz Məmmədoğlu xalq artisti Aygün Kazımova ilə bağlı etiraflar edib. Sənətçi "Günə davam" verilişində aparıcının "Aygün Kazımova restoranların birində çalışanda sən də orada işləyirdin. Yeni ayrılmışdı, körpə uşağı var idi, çətin günlər yaşayırdı. Ona həmin ərəfədə sən kömək etdin. İndi dostluğunuz davam edir" sualına belə cavab verib: "Bəlkə bu söhbəti etməyək? Sənətdə ilk addımları idi.
Borc söhbəti Vüsaləni özündən çıxartdı: "Faktı varsa, ortaya qoysun"
Tanınmış jurnalist Ülviyyə Alovlunun "Maşın şou"nun iştirakçısı Vüsalə Kərimova ilə bağlı səsləndirdiyi ittiham cavabsız qalmayıb. V.Kərimova Ü.Alovlunun yalan danışdığını deyib: "Günelin cavabını verdim, indi də, deyəsən, Ülviyyə mənim adımla reklam olunub, işə düzəlmək istəyir. Oyun bitib, bu da bilmir özündən nə düzüb-qoşub danışsın.
Şəbnəm nişan üzüyün niyə geri qaytarıb?
ARB telekanalında yayımlanan "Səhər-Səhər" verilişinin qonaqlarından biri əməkdar artist Şəbnəm Tapdıq olub. Verilişin aparıcısı Elgiz subay xanım müğənniyə "Sizin özəl həyatınız hal-hazırda nə yerdədir?" sualı ilə müraciət edib.
Murad Dadaşov Elşad Xoseni "vurmaq" üçün kimə sifariş verib? - "Maşın şou" ilə bağlı şok iddia
Tanınmış jurnalist Ülviyyə Alovlu "Maşın şou"nun aparıcısı Murad Dadaşov, eləcə də şounun iştirakçısı Vüsalə Kərimova ilə bağlı şok ittihamlar səsləndirib. Ü. Alovlu İlkin Misgərli ilə oyundan imtina etməsinin əsl səbəbini və pərdəarxası yaşanan fırıldaqları etiraf edib.
Boşanan türk aktyor Pərvin Abıyevadan gözünü çəkmədi - FOTOFAKT
Pərvin Abıyeva, Fərda Xudaverdiyev və İslam Mehrəliyev kimi yerli məşhurların da çəkildiyi "Yanlış anlama" filminin İstanbulda qala gecəsi keçirilib. Türkiyəli məşhur kino ulduzları ilə eyni filmdə rola alan azərbaycanlı aktyorların da iştirak etdiyi qala gecəsi maraqlı anlara səhnə olub. Belə ki, "Arka Sokaklar"dan "Mesut Komiser" obrazı ilə rəğbət qazanan Şevket Çoruh "Yanlış Anlama"da azərbaycanlı tərəf müqabili olan model-aktrisa Pərvin Abıyevadan gözünü çəkə bilməyib.
Aygün Kazımovaya qadağalar qoyuldu
Azərbaycanın məşhur estrada müğənnisi Aygün Kazımova bu il beynəlxalq mükafatlandırma mərasimi olan "DAF BAMA MUSİC AWARDS"da iştirak edə bilməyəcək.
Dünya şöhrətli musiqiçi heç yerdə demədiyi SİRLƏRİNİ BÖLÜŞDÜ
Mədəniyyət və İncəsənət Universitetinin növbəti qonağı Fransada yaşayan həmyerlimiz, Əməkdar artist, dünya şöhrətli pianoçu Adilə Əliyeva olub. Olaylar/az bildirir ki, universitetlə yaxından tanış olan pianoçu, “Vernisaj” zalında professor-müəllim və tələbə heyəti ilə görüşüb. Adilə Əliyeva İnstrumental ifaçılıq kafedrasının tələbələrini dinləyərək, onların ifasından razı qaldığını bildirib. Ustad-dərsi şəklində keçən bu görüşdə Adilə Əliyeva heç bir yerdə demədiyi ifa sirləri ilə məhz gənc həmkarları ilə bölüşdüyünü qeyd edərək, onlara ifa ilə bağlı dəyərli məsləhətlər verib.
Azərbaycanlı aktrisa eks-ərindən ŞİKAYƏTLƏNDİ
Türkiyədə yaşayan azərbaycanlı model Günay Musayeva jurnalistlərin suallarını cavablandırıb. O, aktyor olan eks-əri Tolqa Karelin oğlu Cahangirlə maraqlanmamasından şikayətlənib: “Tolqa aylıq 500 lirə alimenti belə vermir. Cahangiri arayıb-axtarmır. Oğlum da atasını soruşmur. Çox çətin günlər keçirdim. Bunların günahkarı Tolqadır. Doğru zamanda qarşıma düzgün insan çıxsa, yenidən evlənərəm”.

.jpg)











.jpg)
