Mədəniyyət

Ağasadıq Gəraybəylinin 120 illik yubileyi qeyd olundu

9 Noyabr 2017 11:53

Olaylar.az bildirir ki, Akademik Milli Dram Teatrında Xalq Artisti, görkəmli teatr və kino xadimi Ağasadıq Gəraybəylinin anadan olmasının 120 illiyinə həsr edilən yubiley gecəsi keçirilib. Mərasim Prezident İlham Əliyevin Ağasadıq Gəraybəylinin 120 illik yubileyinin keçirilməsi haqqında müvafiq Sərəncamına əsasən təşkil edilib. Mədəniyyət və incəsənət xadimlərinin, ictimaiyyət nümayəndələrinin qatıldığı tədbirdə iştirakçılar əvvəlcə teatrın foyesində sənətkarın ömür yolu və yaradıcılığından bəhs edən fotosərgi ilə tanış olublar.

İranda Azərbaycan dilində yeni film çəkiləcək

9 Noyabr 2017 08:15

İranda Azərbaycan dilində “Ögey gəlin” adlı yeni film çəkiləcək. Təbrizli rejissor Əsgər Yüsifinejad filmin İranın kinoteatrlarında nümayiş etdiriləcəyini bildirib. Hazırda filmin ssenarisi üzərində işlədiyini deyən Ə. Yusifinejad yaxın günlərdə ssenarini tamamlayacağını və çəkilişlərə başlayacağını bildirib. Çəkilişlər Təbriz və Tehran şəhərlərində aparılacaq.

“Eşq-i Nigar”  tamaşasına ictimai baxış keçirildi

9 Noyabr 2017 08:07

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı və  Bakı Yunis Əmrə İnstitutu birgə  türk dünyasının ortaq qəhrəmanı “Koroğlu” dastanının motivləri əsasında “Eşq-i Nigar” adlı tamaşa hazırlayır. Olaylar.az bildirir ki, artıq “Eşq-i Nigar” tamaşasına ictimai baxış keçirilib. Tamaşada teatrın aktyorları Zülfiyyə Alhüseynova, Manaf Dadaşov, Aydın Dəmirov, Eyvaz İbrahimov, Ramiq Nəsirov, İlham Əsədov, Anar Seyfullayev, Ramil Məmmədov, Elgün Yəhyayev və Vahid Orucoğlu çıxış ediblər.

Muğam Mərkəzində "Mənim Bayrağım"

9 Noyabr 2017 07:56

Beynəlxalq Muğam Mərkəzində  Mədəniyyət və İncəsənət Universiteti və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin Orkestrinin birgə təşəbbüsü ilə “Mənim Bayrağım” adlı konsert keçirilib. Olaylar.az bildirir ki, universitetin professor-müəllim və tələbələri ilə birlikdə Ali Hərbi Məktəbin də nümayəndə heyəti və tələbələrinin iştirak etdiyi tədbir Hərbi Orkestrin ifasında Dövlət Himninin səslənməsi ilə təntənəli şəkildə başlayıb. Daha sonra tədbirin aparıcısı Kino və televiziya fakültəsinin magistr tələbəsi Abbasağa Əlizadənin hazırladığı Ulu Öndər Heydər Əliyev və Respublikanın Prezidenti cənab İlham Əliyevin bayraq haqqında söylədiyi dəyərli fikirlərdən ibarət video çarx nümayiş olunub.

Həftəsonu Gənc Tamaşaçılar Teatrında 

8 Noyabr 2017 21:25

Olaylar.az bildirir ki, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında  noyabrın 10-da saat 15:00-da gənclər üçün bəşəriyyətin bəlasına çevrilmiş narkomaniya əleyhinə “Ağ ölüm” (V.Siqarev) , 11 noyabrda saat 19:00-da dahi M.Füzulinin nakam eşq dastanı olan “Leyli və Məcnun” , 12 noyabr saat 19:00-da xalqımızın yaddaşında qanlı 20 Yanvar hadisəsi kimi yazılmış, azadlıq uğrunda qurban getmiş şəhidlərimizin əziz xatirəsinə yazıçı-dramaturq Tamara Vəliyevanın “Mənim ağ göyərçinim” tamaşalarını nümayiş etdirəcəkdir.

Azərbaycanı “Eurovision-2018”də təmsil edəcək ifaçı müəyyənləşib

8 Noyabr 2017 16:36

Azərbaycanı “Eurovision-2018” mahnı müsabiqəsində təmsil edəcək ifaçı müəyyənləşib. Bu barədə İctimai Televiziya və Radio Yayımları Şirkətindən məlumat verilib.

Heydər Əliyev Mərkəzi CNN-in tərtib etdiyi dünyanın 10 ən heyranedici mədəni məkanı sırasında

8 Noyabr 2017 16:15

CNN dünyanın heyranedici mədəni məkanları haqqında yazı və fotolar təqdim edib. Dünyanın 10 ən heyranedici mədəni məkanı siyahısına Heydər Əliyev Mərkəzi də daxil edilib.

“Hacı Qara”- da yeniliklər olacaq

8 Noyabr 2017 15:30

 Noyabrın 9 – da Azərbaycan Dövlət Musiqili Teatrında 108-ci mövsümün növbəti premyerası olacaq. Teatrın Mətbuat xidmətindən Olaylar.az – a bildirilib ki, dahi Mirzə Fətəli Axundzadənin “Hacı Qara” iki hissəli komediyası nümayiş olunacaq. Meydan üslubunda hazırlanan və bir sıra yeniliklərlə zəngin olan tamaşanın quruluşçu rejissoru Əməkdar artisti Loğman Kərimovdur. Rəqslərin quruluşu Hüseyn Əliliyə məxsusdur.

Beynəlxalq Muğam Mərkəzində Zakir Mirzəyevin yaradıcılıq gecəsi 

8 Noyabr 2017 15:09

Beynəlxalq Muğam Mərkəzində Əməkdar artist, tanınmış qarmon ifaçısı Zakir Mirzəyevin yaradıcılıq gecəsi keçirilib. Olaylar.az bildirir ki, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Beynəlxalq Muğam Mərkəzinin və “Mədəniyyət” kanalının birgə layihəsi çərçivəsində keçirilən tədbir Zakir Mirzəyevin ifasında müəllifi olduğu “Muğam və rəqs” əsərinin səslənməsi ilə başlanıb. 

Azərbaycan telekanalında HƏYƏCANLI AN: canlı efirdə asıldı

8 Noyabr 2017 12:03

Dünən Zaurun aparıcılığını etdiyi "5/5" verilişi həyəcanlı anlara səhnə olub. Aparıcı canlı yayıma Kamandar adlı pəhləvanı dəvət edib. Onun dırnaqlarındakı qurğu diqqətdən qaçmayıb. Canlı yayımda ilk dəfə olaraq dırnağından asılacağını deyən pəhləvanın sözləri studiyadakı qonaqları qorxudub. Müğənni Gülay sözügedən prosesi izləyə bilməyəcəyini öncədən bildirib.

Azərbaycanın İrandakı səfirliyindən AMEA - ya hədiyyə

8 Noyabr 2017 12:01

Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyindən AMEA Mərkəzi Elmi Kitabxanasına  kitablar hədiyyə edilib. Kitabları MEK-ə Azərbaycanın İrandakı Fövqəladə və Səlahiyyətli səfiri cənab Bünyad Hüseynov təqdim edib. Olaylar.az bildirir ki, qədim, orta əsrlər və müasir dövr İranının tarixi, arxitekturası, ədəbiyyatı və incəsənətini əks etdirən ədəbiyyat siyahısına həmçinin, İran türklərinin qədim və zəngin tarixini, habelə Cənubi Azərbaycan və çağdaş Azərbaycan Respublikasının siyasi həqiqətlərini əks etdirən materiallar da daxildir.

"Avroviziya -2018"in iştirakçılarının siyahısı bəlli oldu

8 Noyabr 2017 11:33

"Avroviziya -2018"in Portuqaliyadan olan təşkilatçıları Azərbaycanın da daxil olduğu 42 ölkədən ibarət müsabiqə iştirakçılarının siyahısını açıqlayıb. Məlumata görə, siyahı müsabiqənin rəsmi saytında dərc olunub. Saytda həmçinin müsabiqənin dəniz balıqqulağını xatırladan loqotipi və "Hamı göyərtəyə!" adlı rəsmi şüarı təqdim edilib.

Mosul kitabxanalarına kitablar göndəriləcək

8 Noyabr 2017 11:24

İraq Respublikasının Azərbaycandakı səfirliyinin üçüncü katibi Enas Abdul Kadhim Mohammed Al-Khazraji AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru Leyla İmanova ilə görüşüb. Olaylar.az bildirir ki, görüş zamanı diplomat İraqın Mosul şəhərinin İŞİD terror təşkilatı tərəfindən dağıdılmasından, o cümlədən 2014-cü ildə buradakı ən böyük kitabxanaların yandırılmasından söz açıb. Mosul Universiteti Kitabxanasının, Ninəva Milli Muzeyi kitabxanasının, Ninəva Yerli Admnistrasiyası Milli Kitabxanasının yandırıldığını deyən üçüncü katib işğaldan azad olunmuş Mosul şəhərindəki kitabxanalara kitablar topladıqlarını açıqlayıb. Onun sözlərinə görə kitab toplanılması prosesi İraq Respublikası Nümayəndələr Palatası Mədəniyyət və Mətbuat Komitəsinin qərarı ilə başlayıb. E.Al-Khazraji həm ölkə daxilindən, həm də səfirliklər vasitəsilə xarici ölkələrdən kitablar topladıqlarını söyləyib.

Filmə həyat verən düha

7 Noyabr 2017 21:47

Hər bir istedada, sənətkara onun yaşadığı, böyüdüyü mühitin çox böyük təsiri olur. Emin Sabitoğlu elə bir bəstəkardır ki, onun həyatı daim ədəbiyyat adamlarının, musiqiçilərin əhatəsində keçmişdir. Atasının sayəsində bir çox şair və yazıçıları daha uşaq yaşda tanımış, onların yaradıcılıqlarını o yaşlardan dərk etməyə başlamışdır. Bu təbii ki, gələcəkdə onun da yaradıcılığına öz müsbət təsirini göstərmişdir. Gözəl musiqi duyumuna və qabiliyyətinə malik bəstəkar Emin Sabitoğlu Azərbaycan kinofilminə böyük töhfələr vermiş, onu hər cəhətdən zənginləşdirmişdir. Film çox gözəl olsa da, mənim fikrimcə, musiqisiz heç nədir. Deməli, Emin bəy kinofilmə musiqi bəstələyərkən onu sadəcə zənginləşdirmir, həmçinin onun bir çox çatışmayan cəhətlərini tamamlayır.