Mədəniyyət
Şuşa Şəhər Uşaq İncəsənət məktəbinin 85 illik yubileyi
Beynəxalq Muğam Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin, Şuşa Şəhər İcra Hakimiyyətinin, Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə Niyazi adına Şuşa Şəhər Uşaq İncəsənət məktəbinin 85 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Olaylar.az bildirir ki, ilk olaraq Mərkəzin foyesində Şuşa Şəhər Uşaq İncəsənət məktəbinin şagirdlərinin əl işlərindən ibarət rəsm sərgisi nümayiş olundu.
Aprel şəhidi Nicat İsgəndərov haqqında film çəkildi
Şəhid Nicat İsgəndərov haqda film çəkilib. 2016-cı ilin aprelində cəbhənin Cəbrayıl istiqamətində Azərbaycan Ordusunun Lələtəpə yüksəkliyini erməni işğalçılarından azad etməsi üçün həyata keçirdiyi uğurlu döyüş əməliyyatları zamanı şəhid olan Nicat Bəhruz oğlu İsgəndərov haqda sənədli film işıq üzü görüb. “Şəhidliyə aparan arzu” adlanan filmdə Nicat İsgəndərovun doğmalarının, müəllimlərinin və silahdaşlarının qəhrəman hərbiçi haqda fikirləri, həmçinin həlak olmamışdan əvvəl yaxınlarına və dostlarına göndərdiyi səsli mesajlar yer alır. Sənədli film Ağdam rayonunda yeni yaradılmış “T.Z Media” qrupu tərəfindən hazırlanıb. Layihənin rəhbəri jurnaslist Teymur Zahidoğlu, müəllifi, “Cümhuriyət” qəzetinin Qarabağ üzrə əməkdaşı Elgün Gəncimsoy, operatorları Ziya İsmayıloğlu, Səxavət Əsədov və Ziyəddin Tağızadə, montajçı isə Nuranə Vəliyevadır. Filmdə Azərbaycan Aşıq havalarından “Ruhani” və Türk dünyasının sevimlisi olan Əhmət Şəfəqin “Məmləkət məsələsi” mahnılarından istifadə olunub. Filmin informasiya dəstəyi Sahil TV internet televiziyasıdır.
Cəfər Namiq Kamaldan "Qonaqlıq"
Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında xalq artisti Cəfər Namiq Kamalın quruluş verdiyi tamaşanın premyerası olub. Olaylar.az bildirir ki, “Qonaqlıq” adlanan musiqili komediyanın müəllifi Əhməd Orucoğludur. Tamaşada Cəfər Namiq Kamal, Zemfira Əbdülsəmədova, Hüsniyyə Əhmədova müxtəlif həyat tərzi yaşayan insanları canlandırıblar.
Sevinc-Sevil bacılarının əməliyyatsız FOTOSU yayıldı
Sevil və Sevinc bacıları sosial şəbəkə ünvanında arxiv fotosunu paylaşıb. Əkizlər şəklin 19 il əvvəl çəkildiyini söyləyərək fotoya belə şərh yazıblar: “Zaman çox tez gedir, geridə qalan illəri geri qaytarmaq mümkün deyil.
"Aldığım təqaüd müalicələrə gedir, gündə bir dəfə yemək yeyirəm..." - 3 xəstəlikdən əziyyət çəkən Xalq artisti
Dərmana pul catdıra bilməyən Rasim Balayev: “Allaha yalvarıram ki…” Xalq artisti, sevilən aktyor Rasim Balayevin müsahibəsini təqdim edirik: – Çoxdandır görünmürsünüz, haralardasınız? – Əvvəllər insanlar kasıb yaşayırdı, amma bir-birini görməyə trramvayla gedirdi. İndi hər şey var, evdən bayıra çıxmaq istəmirik. Bu texnika, internet inkişaf etdikcə insanlar zombiləşir, bir-birinə qarşı səmimiyyəti, hörməti yox olub gedir.
Azərbaycanlı “Stalin” Rusiyanı təəccübləndirdi
Rusiyanın ОРТ telekanalında gedən 8 serialı “Trotski” bədii filmi böyük ajiotaja səbəb olub. Sevindirici haldır ki, reytinqlərdə ən yüksək yerlərdə qərarlaşan filmin qəhrəmanlardan birini əslən azərbaycanlı olan aktyor Orxan Xanlaroğlu Abulov oynayır.
Tətil günləri Gənc Tamaşaçılarda Gənc Tamaşaçılarda
Məktəblilərin payız tətili günlərində, Gənc Tamaşaçılar Teatrında “Tamaşaların paradı” təşkil ediləcək. Olaylar.az bildirir ki, noyabr ayının 15-dən 20-dək təşkil ediləcək layihə çərçivəsində teatr daimi tamaşaçılarına müxtəlif janrlı, rəngarəng və maraqlı mövzuları əhatə edən həm xarici həm də yerli rejissorların quruluş verdiyi tamaşaları təqdim edəcək.
Səidə Taciri yıxıb-sürüdü: "Eləsinin başını kəsəsən"
Heç vaxt ərə getmək üçün özümü öldürmürəm. Elə-belə kişiyə ərə getməyəcəm. Mənim ailə quracağım oğlan zəif olmamalıdır.Bu sözləri müğənni Səidə Sultan "Səhər-səhər" verilişində deyib. Sənətçi ona ünvanlanan "Niyə ailə qurmursan" sualına əsəbiləşib: "Bilirəm ki, yaş gedir. Elə zəmanədə yaşayırıq ki... Bu saatda ürəyim istəyəni edib ərə getmək mənim üçün problem deyil. Amma o ailədən ailə olmayacaq. Elə ad olsun ki, Səidə də ərə getdi? İnsan kasıb da olar, hər şey pul deyil. Əsas odur ki, kişi mən istəyən olsun. Bəsdirin ərə getməkdən danışdınız".
Azğın qocanın Bakı macəraları - “Yanlış anlama”dım...
Bu günlərdə Türkiyə və Azərbaycan aktyorlarının çəkildiyi “Yanlış anlama” filminin təqdimatı oldu. Ssenaridə kəskin çatışmazlıqlar yer alıb. Baxmayaraq ki, filmin treyleri 2-3 milyon dəfə izlənilib, ancaq ekran işi bəsit zarafatlar üzərində qurulub. Azərbaycan və Türk sözlərininin bir ölkədə yaxşı, digərində isə pis mənaya gəldiyini anladan ssenarist cılız, 2009-cu ildə yazılan feysbuk statuslarından istifadə edib.
İranlı rejissorun “Tayson”u
İranlı rejissor Babək Şirinsifət Azərbaycanda yeni filminin çəkilişlərini bitirmək üzrədi. Bu haqda Olaylar.az – a filmin əsas qəhrəmanlarından biri olan Kamran Ağabalayev məlumat verib. Onun sözlərinə əsasən, komediya janrında olan “Tayson” filminin çəkilişləri artıq tamamlanmaq üzrədi. Filmin quruluşçu operatoru İranda yaşayan həmyerlimiz Mehdi Pərizad, prodüsseri İlham Qasımovdu.
Dövlət Bayrağı Günü qeyd olundu
Mədəniyyət və İncəsənət Universitetində Dövlət Bayrağı Gününə həsr olunmuş tədbir keçirilib. Tədbir professor-müəllim və tələbə heyətinin ifasında Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayıb.
Burak və Fəxriyyə Özçevitlər BAKIYA GƏLİR
Noyabrın 30 - da Park Cinema Flame Towers kinoteatrında "Kardeşim Benim 2" filminin qala gecəsi olacaq. Olaylar.az bildirir ki, qala gecədə Türkiyənin tanınmış aktyorları Burak Özçevit və xanımı Fəxriyyə Özçevit iştirak edəcəklər. Filmin premyerası AZERCELL IMAX zalı, həmçinin Park Cinema Flame Towers kinoteatrının digər zallarında da nümayiş olunacaq. Gecənin qonaqlarını seans öncəsi cocktail-party və aktyorlar Burak Özçevit və Fəxriyyə Özçevitlə birgə film izləmək imkanı əldə edəcəklər.
Damlanın canlı yayımda "narkoman" açıqlaması Zauru təəccübləndirdi - FOTO
Ötən gün “5/5” verilişinin qonaqlarından biri son zamanlar adı sürəkli olaraq qalmaqallarda hallanan Damla olub. Verilişin aparıcısı Zaur Kamal xanım ifaçıya suallar ünvanlayıb. Müğənninin aparıcı ilə sözügedən dialoqunu təqdim edirik: Əlinə pul gələndən sonra ətrafındakı insanlara qarşı dəyişdinmi?
“Meyvələrin şahı-Nar” müsabiqənin qalibləri məlum oldu
Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası İctimai Birliyi, Mədəniyyət və Turizm Nazirliyi, eləcə də Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun dəstəyi ilə XXI əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzində “Meyvələrin şahı-Nar” adlı müsabiqənin mükafatlandırılması mərasimi keçirilib. Olaylar.az bildirir ki, tədbirdə Xalq rəssamı Ömər Eldarov, Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası İctimai Birliyinin sədri Fərhad Qaraşov, AZPROMO-nun prezidenti Rüfət Məmmədov, vitse-prezidenti Yusif Abdullayev adına və keyfiyyətinə görə ölkə narının dünyada təbliği baxımından müsabiqənin əhəmiyyətini vurğulayıblar.
Xanəndə şadlıq evində bıçaqlandı
Abşeron rayonunun Xocasən qəsəbəsində bıçaqlanma hadisəsi baş verib. 1992-ci il təvəllüdlü Cəfərov Vüsal Vüqar oğlu “Murad” şadlıq evində müğənnilik fəaliyyəti ilə məşğul olan zaman bıçaqlanıb. Hadisə onunla tanışları arasında düşən mübahisə zəminində qeydə alınıb. Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.










.jpg)


.jpg)
