Dünya şöhrətli musiqiçi heç yerdə demədiyi SİRLƏRİNİ BÖLÜŞDÜ
Mədəniyyət və İncəsənət Universitetinin növbəti qonağı Fransada yaşayan həmyerlimiz, Əməkdar artist, dünya şöhrətli pianoçu Adilə Əliyeva olub. Olaylar/az bildirir ki, universitetlə yaxından tanış olan pianoçu, “Vernisaj” zalında professor-müəllim və tələbə heyəti ilə görüşüb. Adilə Əliyeva İnstrumental ifaçılıq kafedrasının tələbələrini dinləyərək, onların ifasından razı qaldığını bildirib. Ustad-dərsi şəklində keçən bu görüşdə Adilə Əliyeva heç bir yerdə demədiyi ifa sirləri ilə məhz gənc həmkarları ilə bölüşdüyünü qeyd edərək, onlara ifa ilə bağlı dəyərli məsləhətlər verib.
7 Noyabr 2017 11:27 MədəniyyətMədəniyyət və İncəsənət Universitetinin növbəti qonağı Fransada yaşayan həmyerlimiz, Əməkdar artist, dünya şöhrətli pianoçu Adilə Əliyeva olub. Olaylar/az bildirir ki, universitetlə yaxından tanış olan pianoçu, "Vernisaj" zalında professor-müəllim və tələbə heyəti ilə görüşüb. Adilə Əliyeva İnstrumental ifaçılıq kafedrasının tələbələrini dinləyərək, onların ifasından razı qaldığını bildirib. Ustad-dərsi şəklində keçən bu görüşdə Adilə Əliyeva heç bir yerdə demədiyi ifa sirləri ilə məhz gənc həmkarları ilə bölüşdüyünü qeyd edərək, onlara ifa ilə bağlı dəyərli məsləhətlər verib.
Qeyd edək ki, artıq 25 ildir Fransada yaşayan və Ali Beynəlxalq Musiqi Akademiyasının direktoru olan həmvətənimizin adına 22 ildir ki, Fransa və İsveçrədə Beynəlxalq Pianoçular müsabiqəsi təşkil olunur.