Mədəniyyət

K Ə R Ə M İ

10 May 2018 11:37

Petek Dinçöz Şəkidə səhnəyə bu geyimdə çıxdı - VİDEO

10 May 2018 10:53

Türkiyəli müğənni Pətək Dinçöz Azərbaycana gəlib. Sənətçi Şəki şəhərdi baş tutan konsertdə səhnəyə çıxıb. 

Azərbaycanlı jurnalist və rejissor "Google"da yüksək vəzifəyə təyin olundu

10 May 2018 10:33

Azərbaycanlı rəssam, jurnalist və bir çox musiqi kliplərinin rejissoru Röyal Paşayev ABŞ-da Google şirkətinin art direktor vəzifəsinə təyin olunub. Hazırda Nyu-Yorkda yaşayan Röyal Paşayev 25 dekabr 1985-ci ildə Gəncədə anadan olub. Sonradan ailəsi ilə birlikdə Ukraynaya köçüb. Orada orta məktəbi bitirdikdən sonra valideynləri yenidən Bakıya qayıdıb və o, 2003-cü ildə jurnalist kimi işə başlayıb. 2004-cü ildə Odlar Yurdu Universitetinə daxil olub, 2008-ci ildə isə jurnalistika üzrə magistr dərəcəsini alıb.

Rəqsanə Şövkət Ələkbərovanı tanımadı - VİDEO

10 May 2018 10:31

Müğənni Rəqsanə İsmayılova "5/5" verilişinin qonağı olub. Sənətçiyə proqram zamanı dahi sənətkarların fotoları göstərilib və ondan adları soruluşub. Şövkət Ələkbərovanın fotosunu görən Rəqsanə ona Leyla Bədirbəyli deyib.

Vladiqafqaz səfərininin uğurları

10 May 2018 10:24

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti Şimali Osetiyanın Vladiqafqaz şəhərinə qastrol səfərini uğurla yekunlaşdırıb. Teatrın direktoru, Əməkdar incəsənət xadimi Mübariz Həmidov səfər təəssüratlarını Olaylar.az -a bölüşərək bildirib ki, kollektivimiz çox yüksək səviyyədə qarşılandı. "Səfərin ilk günündə Şimali Osetiya Respublikasının mədəniyyət naziri Ruslan Mildzuxov tamaşamızı izləməyə gəlmişdi və tamaşadan sonra kollektivlə görüşərək təəssüratlarını bölüşdü. Səfərin sonuncu günü, bağlanış mərasimində isə Şimali Osetiyanın mədəniyyət nazirinin müavini Çermen Dudayev kollektivimizə yüksək səhnə peşəkarlığı, xalqlarımız və mədəniyyətlərimiz arasında əlaqələrin qorunması naminə apardıqları yorulmaz fəalliyyətə görə nazirin “Təşəkkür məktubu”nu təqdim etdi.

Hamam xələtində foto paylaşdı, Fridaya bənzədildi

10 May 2018 10:16

Əməkdar artist Tünzalə Əliyeva hamam xalatında foto paylaşıb. Müğənni şəklinə “Mənəviyyatımıza baxım edə biliriksə, üz baxımının faydası olar... Qəlbi çirkin, üzdə boş “gözəllikdən“ nə fayda” sözlərini yazıb.

Teatr “Konuk Tiyatrolar” layihəsində uğurla çıxış etdi

10 May 2018 10:12

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktrisası Güşvər Şərifova  Antalya Büyükşehir Bələdiyyəsinin “Şehir Tiyatroları"nın keçirdiyi “Konuk Tiyatrolar” layihəsində iştirak edib.

Nizami Kino Mərkəzinin repertuarında dəyişiklik edildi

10 May 2018 10:10

Mayın 10 –da Nizami Kino Mərkəzində ümummilli lider Heydər Əliyevin 95 illik yubileyi ilə əlaqədar repertuarda dəyişiklik edilib. Olaylar.az bildirir ki, kinomərkəzin repertuarına, Mədəniyyət Nazirliyinin sifarişi ilə “Səlnamə” kinostudiyasında rejissor İqbal Məmmədəliyevin çəkdiyi “Əbədiyyət yolu” adlı qısametrajlı sənədli film daxıl edilib.