“Keloğlan” 40 ildən sonra YENİDƏN...

Məşhur türk filmi "Keloğlan" 40 ildən sonra yenidən ekranlara qayıdır.

Olaylar.az türk mediasına istinadən bildirir ki, ilk dəfə 1970  - ci ildə lentə alınan filmdə Keloğlan obrazını Rüştü Asyalı canlandırmışdı. Bu dəfə isə Atilla Doğukan Türkyılmaz Keloğlan olacaq.

Filmdə Keloğlanın sevgilsi Canqızı isə hər kəsin "Su" serialından tanıdığı Yağmur Ün canlandıracaq.

Yaradıcı heyət filmdə təbiəti və heyvanları uşaqları sevdirməyi hədəf alıblar. Buna görə də "Keloğlan" filmində Heyvanların Qorunması Assosiasiyasının  direktoru epizodik rolda yer alıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31