Azərbaycanlı jurnalist və rejissor "Google"da yüksək vəzifəyə təyin olundu

Azərbaycanlı rəssam, jurnalist və bir çox musiqi kliplərinin rejissoru Röyal Paşayev ABŞ-da Google şirkətinin art direktor vəzifəsinə təyin olunub. Hazırda Nyu-Yorkda yaşayan Röyal Paşayev 25 dekabr 1985-ci ildə Gəncədə anadan olub. Sonradan ailəsi ilə birlikdə Ukraynaya köçüb. Orada orta məktəbi bitirdikdən sonra valideynləri yenidən Bakıya qayıdıb və o, 2003-cü ildə jurnalist kimi işə başlayıb. 2004-cü ildə Odlar Yurdu Universitetinə daxil olub, 2008-ci ildə isə jurnalistika üzrə magistr dərəcəsini alıb.

Azərbaycanlı rəssam, jurnalist və bir çox musiqi kliplərinin rejissoru Röyal Paşayev ABŞ-da Google şirkətinin art direktor vəzifəsinə təyin olunub.

Hazırda Nyu-Yorkda yaşayan Röyal Paşayev 25 dekabr 1985-ci ildə Gəncədə anadan olub. Sonradan ailəsi ilə birlikdə Ukraynaya köçüb. Orada orta məktəbi bitirdikdən sonra valideynləri yenidən Bakıya qayıdıb və o, 2003-cü ildə jurnalist kimi işə başlayıb. 2004-cü ildə Odlar Yurdu Universitetinə daxil olub, 2008-ci ildə isə jurnalistika üzrə magistr dərəcəsini alıb.

R. Paşayev H.O.S.T-un təsisçilərindən biri və "MadHouse Community" musiqi leyblının meneceridir.

2007-ci ildə fəaliyyətə başlayan H.O.S.T-un yaradıcılarından biri olan R.Paşayev qrupun bütün simvollarının, posterlərinin, konsertlərin vizual dizaynlarının, eləcə də yüzlərlə mahnı albomunun üz qabığının müəllifidir.

2015-ci ildə Royal Paşayev "Magdalena" adlı incəsənət layihəsini təqdim edib. Bu layihənin fərqi onda idi ki, rəssam məşhur qadınları fərqli hicablarda təsvir etmişdi.

Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31