K Ə R Ə M İ

TANRI  xəlq eylədi ta ki, əzəldən,

Külli  Kainatı  tək  bir  Kəlamdan.

"Ol"  dedi,   yrandı  bütün  Kainat,

Sevgidən yarandı  bu  gözəl  həyat.

İnsanı  yaratdı   torpaqdan,  sudan,

Ona  şərəf  verdi öz pak Ruhundan

Ancaq   istəmədi   yatmış   bədənə,

Ən   gözəl   neməti   hədiyyə   edə.

Əmr   etdi   mələyə,  musiqi    oxu,*

Sevgimi   qulumun   qəlbinə   toxu.

Gözəl  musiqilər*  ona  ikram    et,

Musiqi  zövqündən   onu   agah   et.

Mələk soruşdu ki, Ey ULU TANRI,

Bu   gözəl    nemətin   necədir   adı?

ALLAH cavab verdi, ey sadiq mələk,

MƏNİM   hər   əmrimə   itaət   gərək.

MƏN ULU TANRIYAM kərəm sahibi,

"Kərəmi"+  adlansın   bu    ilk    musiqi.

İkram kəramətdir  MƏNDƏN  insana.

Ruhum şərafətdir  MƏNDƏN ad-sana.

Bax,  onda  deyilər   insana  Adəm,

Onunçün  baş  əyər  Adəmə  Aləm.

Əmr etdi mələyə, yen oxu "Kərəmi",

Musiqiylə    oyat    yatmış    Adəmi.

Quluma salam ver, ona hörmət et,

Musiqi   elmini   quluma   ram  et.

1

(Mələk baş əyərək əmrə müntəzir,

Öyrətdi Adəmə  hər  şeyi  bir-bir.)

Musiqi  gəlincə  Adəmə  göydən,

Xoş bir ahəng  ilə  titrədi   bədən,

Elə   ki,   musiqi   Adəmə   gəldi,

Ayıldı yuxudan  o,  cana**  gəldi.

Musiqi    titrəşim    verincə    qana,

ALLAH Öz Ruhundan üfürdü ona.

Ruhun  musiqiylə  hopdurdu  cana,

Ruhuyla   şərafət   bəxş   etdi   ona.

İnsan  Adəm  oldu  ALLAH  Eşqinə,

Ruh   ilə   yetişdi   ALLAH   Elminə.

Qəlbində ALLAHA iman, məhəbbət,

Adəm    ömrü    boyu    etdi    ibadət.

Baxın,  bu   əhvalat   nəylə   bağlıdır,

UCA YARADANLA - HAQLA bağlıdır.                                         

Ruha     qida     verən    musiqimizlə,***

Kəramətlə**  bağlı,  Ruhla   bağlıdır...

Bax, belə yarandı "yen, oxu Kərəmi"

Sonralar    deyildi    "Yanıx  kərəmi".

Baxın, "yanıx" sözü oxşayır  deyə,

"Yen oxu" sözü təhrif edilmiş belə.

(TANRIDAN güc alan bir Mənəviyyat,                 

Tarixdə   iz   qoyan   bu   El,   bu   Elat,

Meylini    salsa    da    sonsuz    çöllərə,

Xeyli       xəzinələr      vermiş      ellərə.

Dastanlar yaratmış bu Xalq, bu Elat,

Sazla, Muğamatla  yoğrulmuş həyat.

2

Sevincə,   kədərə   vermişdir   dəyər,

Ki,  hər  kəs  çıxarsın  düz  nəticələr.

Dastanın  biri  də   Əsli   və   Kərəm,

Nakam bir sevgidən "yaşanan" ələm...

Bəli,  Kərəm  yanmış,  alışmış,  heyif,

Vüsala  çatmamış,  kül   olmuş,  heyif...)

Görürsüz,  bu  hava   oyun   havası,

Hərəkət    havası,    coşqu    havası.

Fitrətən   olsa   da   bir   od  havası,

Onun     yanıq    ilə    yox    əlaqəsi...

...Əhvalat səmada baş  verən zaman,

TANRIDAN əmrlər verilən  zaman,

Dönüb dövr  edirdi  çərxi - fələklər,

Bunu  seyr  edirdi  pərlər,  mələklər

Çün ALLAH onlara vermişdi rüsxət,

Ki, hər bir  buyruğa  etsinlər  diqqət.

Sonra  da  bilirik, baş  verdi  nələr,

Göydən yer üzünə yendi mələklər.

ALLAHIN əmrini müxtəlif zaman,

Seçilmiş    qullara    etdilər  bəyan.

Bəli, o vaxtlardan "Yen oxu Kərəmi"

Oldu    yer    üzündə    dillər    əzbəri.                          

Lakin    iblisin  də   rüsxəti   vardı,

Qiyamətə   qədər   möhləti   vardı.

İçində   təkəbbür,  hiylə  və  nifaq,

Yollarda qururdu görünməz duzaq.

Cahil   insanları   hey    qandırırdı,

Haqq yoldan sapdırıb küfrə salırdı.

3

Bax, beləcə iblis səyy göstərərək,

"Yen oxu"  sözünü  təhrif  edərək

Haqqı    batil    ilə     əvəzləyərək,

Bu   şaqraq   havanın   əsil   adını

"Yanıq"   kəlməsilə   əvəzləyərək,

Adın    dəyərini,     adın     özünü,

TANRI kəlməsini, TANRI sözünü

Dəyişik çatdırdı bir  xeyli  müddət,

Görəsən  nə  zaman  ayılar  xilqət?...

(Görürsüz  bu  sözlər  oxşardır deyə,

İblis    də    hiyləylə,    məharət    ilə

Bizdəki     laqeydlik      "fərasətiylə"

"Yen  oxu  Kərəmi"   təhrif   olundu,

"Yanıx Kərəmi"   ilə   tərif   olundu.)

İblis     sınaq     üçün     yaradılmışdı,

ALLAHDAN, bax, bu cür proqramlanmışdı.

Ancaq

İnsansa yaranmış faili - muxtar

Ki,  haqla   batili   etsin   aşikar.

Bəli,

O Hakimi Mütləq - Ali İqtidar,

Yaratdı    insanı    faili - muxtar.

Sonra rəhm edərək endirdi Quran,

Oxusun,  tanısın  ALLAHI  insan.

("TANRI" kəlməsinin bir anlamı da

"Tanımaq"   sözüylə   bağlıdır  ADA.)

ALLAHIN Elmidir qapılar açan,

Sevgiylə  Cahana   işıqlar  saçan.

ALLAHIN elmidir sonsuz, tükənməz,

Elm ilə yüksələn  heç  zaman  enməz!

4

...Elə   ki,  yarandı  Adəmin   nəsli,

Yetişdi  Ürf,  Adət,  Ən-ənə  vəsli.

ALLAH əmr elədi, buyurdu: -mələk

Ürf,  Adət,  Ən-ənə   endirsin   gərək.

Ülvi  dəyərlərlə    yaşansın    deyə,

Ürf, Adət,  Ən-ənə  gərəkdir  Yerə.

Əmr  etdi  yenə  də sadiq mələyə:

-Musiqiylə  endir  bunları Yerə,

Yetdi  Törə  anı,  Ürf,  Adət  anı,

Bu hava adlansın, olsun "Ürf  anı"...****

["Təranə"   sözü də    Törə    anından

Yaranmış, adlanmış həmin zamandan. 

Təranə  "Türk"  ilə,  "an"  ilə birgə,

"Türkan"   adıyla   da  tanışdır  Elə.

Əgər etsək "Türkü" sözünə diqqət,

Orda    "Şarkı"  sözü görünər əlbət.

(Filologiyada " T " - səs  çevrilir,

Bəzən  " Ş "  kimi də səslənə bilir)]

...Onunçün  bu  hava  Ürflə  bağlıdır,

Adət,   Ənənəylə,   Ürflə    bağlıdır.

Bax, belə enmişdir "Ürf  anı" yerə

Sonra  söylədilər   "Ürfani"   deyə...

Bəli,  "İrfani"  də  deyilmiş  ona,

Çünki  irfan  əhli  vurulmuş ona.

(İrfan  alimləri    düz    söyləyərlər,

Həmişə   dəyərli   söz   söyləyərlər

Dərin mənəviyyat, həm də ki, zəka,

TANRIDAN  onlara  olmuşdur əta)

5

Yenidən      qayıdaq      izahatlara,

Həm  dərin, həm uca  incə qatlara...

...Əhvalat   Ruh   ilə  bağlıdır  deyə,

Həm də ki, "Ruhani" deyirlər deyə,

Bu    əsas    məqamı    açarıq    indi,

Kölgəyə    aydınlıq    qatarıq    indi.

Gözəl  bir  məkanda,  gözəl  zamanda,

Zaman     ölçüsüylə     həmin  o  anda,

ALLAH Öz Ruhundan bəxş etdi deyə,

"Kərəmi"   "Ruh anı"*****  adlandı həm də.

Əzəldən  "Ruh anı" adlanan hava

"Ruhani"     adıyla     yayıldı     Xalqa.

ALLAH   adlandırdı   bunları   bu  cür,

Musiqilər    bu    cür    etdilər     zühur.

TANRI  kərəm   etdi,   verdi   kəramət,

Ruhundan   bəxş   etdi   verdi    şərafət.

"Kərəmi"******, "Ürfani" qoşa bir qanad,

Biri    Havacatdır,     biri     Muğamat.

Nemətlər   içində   ən   böyük  nemət,

TANRIDAN Xalqıma böyük əmanət!

Fikrimcə  buna   da   izah  gətirdik,

Qəlblərə   rahatlıq,   rifah   gətirdik.       

ALLAHIN izniylə bu gün nəhayət,

Kölgədən    işığa    çıxdı    həqiqət.

Qırıldı     tilsimlər,    açıldı    gözlər,

Nurlandı  qaranlıq  qalmış  könüllər.

6

Çox şükr Haqq gəldi, batil yox oldu,***

Qəlblər   sevinc   ilə   fərəhlə  doldu.

Ey ULU YARADAN şükr olsun sənə,

Ki,   haqqı     çatdırdın      bəşəriyyətə!

Gəlin,  ey  insanlar, biz  də  ALLAHA,

O UCA ALİMƏ - ZÜLCƏLALUHA,

İbadət      eləyək      ömrümüz      boyu,

Budur  HAQQIN  yolu,  qurtuluş  yolu.

İlqar Böyükkişi oğlu,

12. 05. 2017, Bakı.

İ Z A H A T

*   "Oxu" sözü həm də çatdırmaq, nüfuz etmək anlamındadır. Quranın ilk ayəsi də "Oxu" ilə başlayır (iqra bismirəbbikəlləzi xələq - Oxu, Yaradan Rəbbinin Adı ilə oxu) ki, bunun da anlamı, qeyd etdiyimiz kimi   "ALLAHIN əmrlərini, sözlərini çatdırmaq, təlqin etmək, nüfuz etmək, qəlbə çatdırmaq, qovuşdurmaq deməkdir.

*   "Musiqilər" dedikdə, həmin musiqinin öz ahəngi, ritmi, və s. çalarları da nəzərdə tutulur.

+  "Kərəmi", yəni TANRI kərəmi (TANRI ikramı, neməti, qayğısı).

**    "Cana gəlmək" özünə gəlmək, oyanmaq anlamındadır.

***   "Ruha qida verən musiqimizlə". Əlbəttə Ruh ALLAHDANDIR, Onun heç nəyə ehtiyacı yoxdur. Burada  "Ruha qida verən musiqimizlə" deməkdə məqsəd, ALLAHIN bu gözəl nemətinin insanlar üçün necə dəyərli və gərəkli olduğunu qiymətləndirməkdir.

**   Musiqi insanlara həqiqətən ALLAHIN böyük bir ikramı - Kəramətidir. Musiqinin insan əhval - ruhiyyəsinə təsiri danılmazdır. Tarixən musiqilər vasitəsilə müalicələr də çoxumuza məlumdur.

****   "Ürf  anı"...  Zamanın özünü də ALLAH yaratmışaır. Ona görə də insanların zaman ölçüsündən fərqli olaraq, ALLAH üçün hər bir iş əsasən anla ölçülməkdədir  ["Quran" sözünün  "Qur" hissəsi həm də  "Qiraət etmək",  "Oxumaq",  "an"  hissəsi isə anla - zamanla bağlıdır (bildiyimiz kimi Quran iyirmi üç ildə nazil olmuşdur. Ancaq qeyd etdiyimiz kimi, bizim ölçümüzlə olan istənilən zaman müddəti ALLAH üçün bir an ölçüsündədir). Ona görə də "Quran" həm də oxu anı, izah anı, təlqin anı, aydınlatma anı, aydınlatma zamanı olaraq başa düşülməlidir)].  

*****     "Ruh anı". Bax,  "Ürf  anı" ifadəsinin izahına.

******   "Kərəmi", "Ürfani" qoşa bir qanad... Artıq bildiyimiz kimi  "Kərəmi" havası həm də "Ruhani" deməkdir. Ona görə də misranı bu cür də yazmaq olardı  ""Ruhani", "Ürfani" qoşa bir qanad". Ancaq söhbət əsasən "Yaniq Kərəmi"ninn düzgün anlamının izahından - "Kərəmi"dən ("Yen oxu Kərəmi"dən) getdiyindən misranı bu cür - ""Kərəmi", "Ürfani" qoşa bir qanad" olaraq verdik.

***   Qurani - Kərimdən Ayə.                                                  

ƏLAVƏ

Baxın, əgər dastan haqqında məlumatı olan istənilən bir şəxsdən dastanın necə qurtardığı (sonuclandığı) haqda soruşsaq, onda o şəxsdən qısa şəkildə "axırda Kərəm alışıb yanır",  "axırda Kərəm yanır, kül olur",  "axırda Kərəm od tutub yanır",  "Eşqdən Kərəm yanıb, kül olur" kimi cavablar alarıq. Bir baxın, heç diqqət etdinizmi, onda nədən haqqında danışdığımız bu hava  "Alışan Kərəm",  "Alışmış Kərəm",  "Yanmış  Kərəm",  "Yanan Kərəm",  "Odlanan Kərəm",  "Kül olan Kərəm"  kimi yox, məhz  "Yanıq Kərəmi" adlanmışdır, heç düşündünüzmü?

Yaxşı diqqət etdikdə hətta bu havanın adının  "Yanıq Kərəm" yox,  "Yanıq Kərəmi" olaraq deyilməsinin şahidi oluruq. Buradan, "Yanıq Kərəmi"nin  "Yen oxu Kərəmi"dən törədiyini, daha doğrusu İblis tərəfindən təhrif edildiyini bir daha aydın şəkildə sübut etmiş oluruq (UCA  ALLLAHA  tükənməz həmd, şükr və sənalar olsun!!!)   

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31