Mədəniyyət
Musiqili Teatrın rəhbəri ölkə başçısına müraciət etdi
Azərbaycan Dövlət Musiqili Teatrının direktoru, əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev ölkə başçısına müraciət məktubu ünvanlayıb. Məktubda deyilir: “Möhtərəm cənab Prezident! Sizin 9 may 2018-cı il tarixində ''İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında” Sərəncamınız bizə - ömrünü səhnəyə həsr edən insanlara yüksək qiymətin bariz nümunəsidir. Sənət adamlarının sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını daha da artırmaq məqsədilə imzaladığınız bu Sərəncam qəlbimizdə fərəh hissi doğurur.
İstanbulda kitab sərgisi
11-13 may tarixlərində İstanbuldakı Heydər Əliyev parkında 7-ci Sarıyer Ədəbiyyat Günləri çərçivəsində Baş Konsulluğun təşəbbüsü ilə Ulu Öndər Heydər Əliyev və Azərbaycan Xalq Cümhuriyyətinə dair türk dilində nəşr olunmuş kitablar sərgilənəcək.
"Deyirlər, arsızdır, ana kimi məni təhqir edirlər" - Afaq Gəncəli - VİDEO - FOTO
Atlamaq onsuz da çətin idi. Hələ təzyiqlər... Biri var özbaşına çarə tapıb bunu keçəsən... Amma atlatmaq olmur, hara baxırsan - sağında, solunda, yatanda, duranda yanında olan bir mələkdir. Deməzdim ki, atlatdım, yoxdur. Hər zaman deyirəm yanımdadır, mənimlədir.
Estoniyada Azərbaycan Kinosu Günü təşkil olunub
Estoniyanın Baltik Film, Media, İncəsənət və Kommunikasiya Məktəbində Azərbaycan Kinosu Günü təşkil olunub. DİDK-dən “OLAYLAR”-a bildirilib ki, Estoniya radiosunda yayımlanan “Ocaq” verilişinin baş redaktoru Sənəm Əliyeva və Baltik Məktəbinin rəhbəri Elari Lendin təşəbbüsü ilə reallaşdırılan bu layihə gənc istedadları dəstəkləməyə yönəlib. S.Əliyeva çıxışında bu ilin avqustunda özünün 120 illiyini qeyd edəcək Azərbaycan kinematoqrafiyasının tarixindən danışıb. O, Azərbaycan kinosunun tanınmış prodüser, rejissor və aktyorlarının adlarını sadalayıb.
"Bu iş məni yaman ağlatdı" - Xumar Qədimova
Əməkdar artist Xumar Qədimovadan xəbər var. Sevilən müğənni “Niyə getdin, niyə döndün, niyə baxdın” adlanan yeni layihəsini təqdim edib. Yaradıcılığında klassik ədəbiyyata tez-tez müraciət edən Qədimovanın budəfəki seçimi dahi Azərbaycan dramaturqu Hüseyn Cavid olub.
Bakıda "Sevdiyim" layihəsinin təqdimatı olub YENİLƏNİB
Mayın 11-də Bakıda ümummilli lider Heydər Əliyevin anadan olmasının 95, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileylərinə həsr olunmuş "Sevdiyim" layihəsinin təqdimat mərasimi keçirilib. Tədbirdə Azərbaycan Respublikası Prezidentinin hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərov, mədəniyyət naziri Əbülfəs Qarayev, gənclər və idman naziri Azad Rəhimov, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev və digər rəsmi şəxslər iştirak ediblər.
Ulu öndər anıldı - Musiqi Mədəniyyəti Dövlət Muzeyində
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi Abdulla Şaiqin mənzil-muzeyi və Azərbaycan Milli Konservatoriyası ilə birgə ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə tədbir keçirib. Olaylar.az bildirir ki, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar Mədəniyyət İşçisi Alla Bayramova tədbiri açaraq milli incəsənətimizin inkişafında ümummilli lider Heydər Əliyevin xidmətlərindən, bu sahədə çalışan sənətkarlara diqqət və qayğısından danışıb.
Musiqili Teatrda Elçinin 75 illiyi
13 may saat 19:00-da Azərbaycan Dövlət Musiqili Teatrında xalq yazıçısı Elçinin 75 illik yubileyi ilə əlaqədar onun məşhur hekayələri əsasında hazırlanan "Baladadaşın toy hamamı” ikihissəli musiqili lirik komediyası nümayiş etdiriləcək. Olaylar.az bildirir ki, tamaşadan öncə tanınmış jurnalist Telli Pənahqızı böyük dramaturqun yaradıcılıq yolu barədə çıxış edəcək.
Heydər Əliyev - mədəniyyətimizin hamisi
Gənc tamaşaçılar Teatrında ulu öndər Heydər Əliyevin 95 illiyinə həsr edilmiş “Heydər Əliyev mədəniyyətimizin hamisi” adlı tədbir keçirilib. Olaylar.az bildirir ki, tədbirdə ümummilli liderin teatr sənəti ilə bağlı fikirlərini və sənət adamları ilə görüşlərini əks etdirən videoçarx nümayiş olunub. Tədbiri teatrın direktoru, Əməkdar artist Mübariz Həmidov açaraq ümummilli lider Heydər Əliyevin Azərbaycan mədəniyyətinin mühüm sahələrindən olan teatrımızın inkişafı istiqamətində misilsiz xidmətlərindən və sənət adamlarına böyük diqqət və qayğısından söhbət açıb.
"Deyirlər, arsızdır, ana kimi məni təhqir edirlər" - Afaq Gəncəli
Vaqif Bayatlı Odərdən XƏBƏR VAR
“Vaqif müəllimin səhhəti gözlədiyimiz kimi çox sürətlə yaxşılaşmadı. Düzdü həkimlər söyləmişdilər ki, beynindəki problem 6 ay və ya 2 il arasında aradan qalxmalı idi. İki il də bu ilin avqust ayında tamam olur. 2016 – cı il avqustun 10 –da beynində əməliyyat olunmuşdu. Hər –halda avqusta kimi vaxtımız var. Ümid edirik ki, müalicə avqust ayına kimi daha da yaxşı nəticə verəcək. Yaxşılığa doğru proses gedir, amma elə də sürətli getmir.Yayda yenidən həkim nəzarətindən keçəcək. İnşallah, ona qədər tam saxalacağına ümid edirik. Əgər beynindəki problem aradan qalxarsa, o zaman biz həkimlərdən xahiş edəcəyik ki, ürəyinə də müdaxilə etsinlər. Ürəyindəki problem də aradan qalxsın. Ona görə də yayı səbirsizliklə gözləyirik.”














