Finala keçməyən Ayselə nə qədər səs gəlib?
14 May 2018 13:43 MədəniyyətAzərbaycanın "Eurovision" təmsilçisi Aysel Məmmədovaya verilən səslərin nəticəsi açıqlanıb. Eurovisionworld.com saytı birinci yarımfinalda münsiflərin və tamaşaçıların verdiyi balları yayımlayıb.
Məlum olub ki, Aysel cəmi 94 bal toplayaraq 11-ci sırada qərarlaşıb və onun finala keçməsi üçün bir neçə xalı çatmayıb. 1-ci yarımfinalda Azərbaycanla yarışan ölkələr arasında ən çox balı Ayselə Çexiya verib (10 xal).
Bundan əlavə, Ayselin xalları sırasına İslandiya 1, Yunanıstan 3, Avstrya 4, İsrail 5, Makedoniya 5, Estonya 7, Portuqaliya 7 göndərib.
Jürilərdən 47, tamaşaçı səsverməsində də 47 xal toplayan təmsilçimiz 94 balla finala vəsiqə qazanmayıb.


Qafqazinfo.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31