Aysel Əlizadə Azərbaycanın ilk feminist saytını açdı
Bu gün Azərbaycanda ilk feminist sayt yayıma başlayıb. Qadinkimi.com adlanan feminist saytı Azərbaycan Cümhuriyyətinin yüz illiyinə ithaf edilib. Layihənin rəhbəri yazıçı Aysel Əlizadə məlumat verib:
14 May 2018 10:49 MədəniyyətBu gün Azərbaycanda ilk feminist sayt yayıma başlayıb. Qadinkimi.com adlanan feminist saytı Azərbaycan Cümhuriyyətinin yüz illiyinə ithaf edilib.
Layihənin rəhbəri yazıçı Aysel Əlizadə məlumat verib:
"Dünya feminizmi qadın-kişi hüququnu bərabərləşdirmək üçün böyük mübarizələrdən keçib. Sonunda dünyada insan haqları təmin edilib. Bu günlərdə ilk demokratik respublikamızın yaranmasının yüz illiyini keçirəcəyik. Azərbaycan Xalq Cümhuriyyəti dövründə qadınlarımıza seçki hüququ verilib. Cümhuriyyət qurucuları qadınların təhsil alması, ictimai həyatda öndə olması üçün bacardıqlarını ediblər. Saytımızla ideoloji uyğunluq olduğu üçün bu layihəni Cümhuriyyətin yüz illiyinə ithaf edirik".
Saytın adına gəlincə, Aysel Əlizadə deyib ki, bunu "kişi kimi" deyiminə alternativ olaraq düşünüblər:
"Cəmiyyətdə qadın kimi" anlayışı həmişə təhqir sayılıb. Birini aşağılamaq üçün ona "qadın kimisən" deyiblər. Biz buna qarşıyıq. Komandamız müxtəlif sahələrdən olan qadınlar və kişilərdi. Kişi düşmənçiliyi kimi başa düşülən feminizmin əslində insan faktoruna böyük xidmətləri olduğunu izah etməyə çalışacağıq".
Qeyd edək ki, saytda gender problemlərini əhatə edən bütün mövzular yer alacaq.


Musavat.com