Bakıxanovun yaradıcılığı gənclər tərəfindən araşdırılır
14 May 2018 12:06 MədəniyyətMilli Azərbaycan Tarixi Muzeyində 18 may Beynəlxalq Muzeylər Gününə həsr olunmuş "Muzeyşünaslıq-elmlər arası inteqrasiya kontekstində" silsiləsindən: "Abbasqulu Ağa Bakıxanovun yaradıcılığının gənc muzeyşünaslar tərəfindən araşdırılması. "Faktlar və təhlillər" adlı tələbə elmi-nəzəri seminar keçirilib.
Olaylar.az bildirir ki, tədbir Təhsil Nazirliyi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin və Milli Azərbaycan Tarix Muzeyinin birgə təşkilatçılığı ilə keçirilib. Elmi-nəzəri seminar Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universitetini "Gənc muzeyşünaslar" tələbə elmi klubunun rəhbəri Muzeyşünaslıq kafedrasının dosenti, sənətşünaslıq üzrə fəsləfə doktoru, muzeyşünas Elfira Məlikova-Qurbanova tərəfindən təşkil olunub. Seminarda ADMİU-nun müəllimlər və tələbələri, sənətşünaslar, muzey əməkdaşları iştirak ediblər.
Tədbiri giriş sözü ilə Muzeyin direktoru, akademik Nailə Vəlixanlı açaraq gələn qonaqlrı salamladı və muzeydə keçirilən maarifləndirici elmi-nəzəri seminarın əhəmiyyətindən danışdı. Əmircan qəsəbə Bələdiyyəsinin müdir müavini, Fəridə Bünyatova "A.A.Bakıxanov dühası" adlı məruzə ilə çıxış edib.
Tədbirdə iştirak edən teatrşünas, sənətşünaslıq doktoru, əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Elm və yaradıcılıq işləri üzrə prorektoru Məryəm Əlizadə tədbir təşkilatçılarına və muzeyin rəhbərliyinə elmi seminarın keçiriliməsinə görə təşəkkürünü bildirib.