İcra başçısından türkiyəli müğənniyə torpaq hədiyyəsi
14 May 2018 10:27 MədəniyyətŞəki şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov türkiyəli müğənni Petek Dinçözə torpaq sahəsi verəcək.
Bu barədə sənətçi "ATV maqazin onlarla" proqramına açıqlamasında bildirib.
Müğənni icra başçısının ona söz verdiyini qeyd edib: "Bunun müjdəsini verim. İcra başçısı sayəsində, onun verdiyi söz sayəsində torpaq sahibi olacam. Həmin ərazidə ev tikdirəcəm. Yay aylarında bura gələcəm".
Qafqazinfo.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31